Müdafiə qabiliyyətimiz Türkiyənin təhlükəsizliyi üçün əsas amildir. Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ASELSAN-ın Gölbaşı kompleksində keçirilən tədbirdə çıxış edərkən deyib. “Son illər hava hücumundan müdafiə sistemlərinin nə qədər önəmli olduğunu görürük. Öz müdafiə sistemini inkişaf etdirməyən heç bir ölkə gələcəyinə inamla baxa bilməz. Müdafiə qabiliyyətimiz ölkənin təhlükəsizliyi üçün əsas faktordur” – deyə, o vurğulayıb.
#Türkiyə milli müdafiə strategiyası
Türkiyə, hava qüvvələrinin gücləndirilməsi istiqamətində strateji bir addım atmağa hazırlaşır. 5-ci nəsil milli döyüş təyyarəmiz KAAN inventarda yerini alana qədər, qısa və orta müddətli dövrdə 40 ədəd Eurofighter, yeni nəsil F-16 və F-35 təyyarələrinin alınması planlaşdırılır. Türkiyənin uzunmüddətli hava qüvvələri planlamasında KAAN mühüm rol oynayacaq. Lakin bu keçid dövründə Eurofighter, yeni nəsil F-16 və F-35 kimi platformalar dəstəkçi əsas elementlər kimi ön plana çıxır. Göy Vətənin (Türkiyə hava məkanı) müdafiəsini gücləndirmək üçün bütün ehtimalları nəzərdən keçirən Türkiyə, 5-ci nəsil milli təyyarə KAAN inventarda yerini alana qədər alternativlər üzərində diplomatik danışıqlar aparmağa davam edir.
ROKETSAN-ın baş direktoru Murat İkinci, yerli və milli imkanlarla hazırlanmış ballistik raket sistemi TAYFUN BLOK-4-ün inkişaf mərhələsinin sonlarına yaxınlaşdığını və test atışlarına yaxın zamanda başlanacağını açıqlayıb.
Belçika Müdafiə və Xarici Ticarət naziri Theo Francken, 2026-cı ildə Belçika şahzadəsi Astrid ilə birlikdə Türkiyəyə rəsmi səfər edəcəklərini açıqlayıb.
Türkiyənin Baykar şirkəti tərəfindən hazırlanan süni intellekt dəstəkli KEMANKEŞ 1 mini qanadlı kruiz raketi yeni sınaqlarda yer hədəflərini də dəqiqliklə vuraraq uğurlu nəticə göstərib.
Türkiyə Müdafiə Sənayesi Başqanı Haluk Görgün sosial media hesabında paylaşdığı açıqlamada milli döyüş təyyarəsi KAAN-ın İndoneziyaya ixracına dair fikirlərini bölüşüb.