İsrailin müdafiə naziri İsrael Kats ölkəsinin İrana qarşı yenidən hərbi əməliyyat keçirməyə hazır olduğunu bildirib. O, İsrail ordusunun yüksək hazırlıq vəziyyətində saxlanıldığını və zərurət yaranarsa daha güclü zərbələr endirilə biləcəyini açıqlayıb. Kats İsrail Hərbi Hava Qüvvələrinin uzaq məsafələrdə fəaliyyət imkanlarını vurğulayıb. Onun sözlərinə görə, İranla bağlı hərbi kampaniya hələ tamamlanmayıb və yeni təhlükələrə qarşı hazırlıq davam edir.
#Müdafiə siyasəti
NATO-nun yeni hesablamalarına əsasən, alyansın beş üzvü 2026-cı ildə əsas müdafiə xərclərini ümumi daxili məhsulun 3,5 faizi səviyyəsinə çatdıracaq. Bununla yanaşı, bəzi ölkələrin müdafiə xərcləri təxminən 2 faiz səviyyəsində qalacaq. NATO liderləri ötən il Haaqada keçirilən Zirvə Toplantısında 2035-ci ilədək 3,5 faizlik hədəfə çatmaq barədə razılıq əldə ediblər. Onlar, həmçinin kibertəhlükəsizlik və digər müdafiə sahələrinə əlavə 1,5 faiz həcmində investisiya qoyulmasını da qəbul ediblər. ABŞ Prezidenti Donald Tramp NATO üzvlərini müdafiəyə daha çox vəsait ayırmağa çağırır. Alyans daxilində müdafiə xərclərinin artırılması əsas prioritetlərdən biri kimi qiymətləndirilir. Bu məsələ Ankara Zirvə Toplantısının əsas gündəm mövzularından biridir.
İran Prezidenti Məsud Pezeşkian son açıqlamasında ölkəsinin həm təhlükəsizlik sahəsində, həm də diplomatik müstəvidə fəaliyyətini davam etdirdiyini bəyan edib. O bildirib ki, İranın əsas məqsədi milli təhlükəsizliyin qorunması və xalqın sülh şəraitində yaşamasının təmin edilməsidir. Prezident vurğulayıb ki, Tehran heç bir təhdid qarşısında geri çəkilməyəcək və ölkənin milli maraqlarını qətiyyətlə müdafiə edəcək. Bununla yanaşı, Pezeşkian diplomatiyanın da İranın xarici siyasətində mühüm yer tutduğunu qeyd edib. Onun sözlərinə görə, müdafiə və diplomatiya dövlətin milli gücünün ayrılmaz hissələridir və İran hər iki istiqamətdə fəaliyyətini paralel şəkildə davam etdirəcək. Açıqlama bölgədə gərginliyin davam etdiyi və diplomatik səylərin intensivləşdiyi bir dövrdə diqqət çəkib.
Türkiyə, hava qüvvələrinin gücləndirilməsi istiqamətində strateji bir addım atmağa hazırlaşır. 5-ci nəsil milli döyüş təyyarəmiz KAAN inventarda yerini alana qədər, qısa və orta müddətli dövrdə 40 ədəd Eurofighter, yeni nəsil F-16 və F-35 təyyarələrinin alınması planlaşdırılır. Türkiyənin uzunmüddətli hava qüvvələri planlamasında KAAN mühüm rol oynayacaq. Lakin bu keçid dövründə Eurofighter, yeni nəsil F-16 və F-35 kimi platformalar dəstəkçi əsas elementlər kimi ön plana çıxır. Göy Vətənin (Türkiyə hava məkanı) müdafiəsini gücləndirmək üçün bütün ehtimalları nəzərdən keçirən Türkiyə, 5-ci nəsil milli təyyarə KAAN inventarda yerini alana qədər alternativlər üzərində diplomatik danışıqlar aparmağa davam edir.
Türkiyənin hazırladığı və “ən güclü konvensional bomba” kimi təqdim olunan GAZAP termobarik bombası dünya mediasında geniş əks-səda doğurub.
ROKETSAN-ın baş direktoru Murat İkinci, yerli və milli imkanlarla hazırlanmış ballistik raket sistemi TAYFUN BLOK-4-ün inkişaf mərhələsinin sonlarına yaxınlaşdığını və test atışlarına yaxın zamanda başlanacağını açıqlayıb.