Türkiyə Hərbi Dəniz Qüvvələri Somali silahlı qüvvələri ilə birgə həyata keçirdiyi əməliyyat nəticəsində Somali sularında dəniz quldurları tərəfindən qaçırılan gəmini azad edib. Moqadişu hökumətinin şənbə günü yaydığı bəyanata görə, bir neçə gün davam edən şiddətli toqquşmalarda 14 pirat məhv edilib.
#Türkiyənin Milli Müdafiə nazirliyi
Türkiyə Milli Müdafiə Nazirliyi Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında imzalanan Məkkə Birgə Müdafiə Razılaşmasının hərbi əməkdaşlığın mərhələli şəkildə inkişaf etdirilməsini nəzərdə tutduğunu açıqlayıb. Aktürk bildirib ki, razılaşmanın əsas məqsədi regional təhlükəsizlik və sabitliyə töhfə vermək, üç ölkə arasında hərbi əməkdaşlığı inkişaf etdirmək və mümkün böhranlar zamanı birgə fəaliyyət imkanlarını gücləndirməkdir.
Türkiyənin Milli Müdafiə Nazirliyi Pençe-Kilit əməliyyatı bölgəsində baş vermiş hərbi avtomobil qəzasında yaralanan mütəxəssis çavuş Abdurrahman Hilalın şəhid olduğunu açıqlayıb. Hərbi qulluqçu mayın 22-də baş vermiş avtomobil qəzası zamanı xəsarət almışdı. Xəstəxanada müalicə alan Abdurrahman Hilal həkimlərin bütün səylərinə baxmayaraq bu gün vəfat edib.
Türkiyə Respublikası Milli Müdafiə Nazirliyi (MSB) Amerika Birləşmiş Ştatları (ABŞ) və İran İslam Respublikası arasında hərbi gərginliyin və münaqişələrin dayandırılması məqsədilə əldə olunan rəsmi memorandumu dəstəklədiyini bəyan edib. Regional təhlükəsizlik və müdafiə sənayesi mövzularına toxunan nazirlik sözçüsü, Vaşinqton və Tehran arasında əldə edilən sülh addımını Ankaranın rəsmən alqışladığını bildirib.
Tədbirdə Azərbaycan Respublikasının Türkiyədəki hərbi attaşelik aparatının nümayəndələri də iştirak edib.
Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə səfərdə olan Türkiyə Milli Müdafiə Universitetinin rektor müavini professor Talat Canbolatın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bildirilir ki, türkiyəli qonaqlar əvvəlcə Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını, həmçinin Şəhidlər xiyabanı və Türk Şəhidliyini ziyarət edərək gül dəstələri qoyub, xatirələrini ehtiramla yad ediblər.
Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülər Qətərin Baş nazirinin müavini və müdafiə məsələləri üzrə dövlət naziri Şeyh Suud bin Əbdürrəhman bin Həsən Al Sani ilə görüşüb. Türkiyə Milli Müdafiə Nazirliyinin sosial şəbəkə hesabında verilən məlumata görə, nazirlərin görüşü Dohada baş tutub. Rəsmi qarşılanma mərasimindən sonra tərəflər arasında ikitərəfli görüş keçirilib.
Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülər ölkədə rəsmi səfərdə olan Niger Respublikasının Müdafiə naziri, Ordu generalı Salifu Modi ilə görüşüb. Milli Müdafiə Nazirliyinin məlumatına görə, nazir Yaşar Gülər həmkarı Salifu Modini nazirlik binasında rəsmi hərbi mərasimlə qarşılayıb. Mərasimdən sonra nazirlər arasında təkbətək görüş keçirilib, daha sonra isə nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli müzakirələr aparılıb.
Türkiyənin Milli Müdafiə Nazirliyi Türk Silahlı Qüvvələrinin arsenalına yeni hərbi texnikaların daxil edildiyini açıqlayıb. Eyni zamanda müəyyən sayda AKSUNGUR pilotsuz uçuş aparatı və CATS elektro-optik/infraqırmızı müşahidə sisteminin qəbul və yoxlama prosesinin başa çatdığı bildirilib. Bununla da silahlı qüvvələrin arsenalında bu tip sistemlərin sayı ən azı üçə çatıb.
Türkiyə Milli Müdafiə Naziri Yaşar Gülər İngiltərəyə səfər edərək Eurofighter Typhonn döyüş təyyarələrinin tədarükü ilə bağlı görüşlər aparacaq. Türkiyə və İngiltərə arasında davam edən və ötən ilin oktyabr ayında Rəcəb Tayyib Ərdoğan və İngiltərə Baş naziri Kir Starmer arasında ilkin imzaların atıldığı “Eurofighter Typhonn döyüş təyyarələrinin tədarükü” layihəsi də gündəmdə olacaq.
Türkiyənin Milli Müdafiə Naziri Yaşar Gülər, Qətər Silahlı Qüvvələrinin helikopter qəzasında şəhid olanların nəşlərini Türkiyəyə gətirən Qətər heyətini qəbul edib. Qətər heyəti də şəhid olan Sinan Taştekin, ASELSAN texnikləri Süleyman Cemre Kahraman və İsmail Enes Can üçün Allahdan rəhmət, Türk xalqına isə başsağlığı və səbr arzulayıb.
Türkiyə Milli Müdafiə Nazirliyi (MSB) Adana İncirlik bazasında keçirdiyi həftəlik mətbuat konfransında regiondakı gərginliklə bağlı mühüm açıqlamalar verib. Nazirliyin mətbuat və ictimaiyyətlə əlaqələr müşaviri, kontr-admiral Zeki Aktürk Türkiyənin hava məkanının və vətəndaşlarının təhlükəsizliyini təmin etmək məqsədilə görülən əlavə tədbirləri diqqətə çatdırıb.