Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət
    Cəmiyyət

    Hüquq Bələdçisi - 2025-ci ildə mediasiya sahəsində irəliləyişlər

    29 Dekabr 2025 12:30
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Hüquq Bələdçisi - 2025-ci ildə mediasiya sahəsində irəliləyişlər
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Hümmət Əliyev – hüquqşünas və mediator – AzerVoice-a verdiyi müsahibədə 2025-ci ilin mediasiya sahəsi üçün əhəmiyyətini və gələcək hədəfləri dəyərləndirib.

    2025-ci il: Mediasiya sahəsi üçün dönüş ili

    Hümmət Əliyev bildirib ki, 2025-ci il həm institusional, həm də ictimai baxımdan mediasiya üçün mühüm dönüş ili oldu. Cəmiyyət artıq mübahisələrin yalnız məhkəmə yolu ilə deyil, dialoq və qarşılıqlı anlaşma əsasında da həll edilə biləcəyini qəbul edir. Bu il mediasiya mexanizmlərinin praktik tətbiqi daha da genişləndiyi qeyd olunub.

    Əsas irəliləyişlər

    Hümmət Əliyev diqqətə çatdırıb ki, barışıq sazişlərinin sayı və keyfiyyəti artıb, mediasiya prosesində tərəflərin hüquq və maraqları balanslı şəkildə qorunub. Regionlarda mediasiya mərkəzlərinin aktivliyi yüksəlib və vətəndaşlar üçün əlçatanlıq xeyli artırılıb.

    Cəmiyyət üçün mediasiyanın rolu

    Mediator qeyd edib ki, mediasiya yalnız hüquqi mexanizm deyil, eyni zamanda sosial mədəniyyət formalaşdıran bir prosesdir. Bu, insanları dinləməyə, qarşı tərəfi anlamağa və kompromisə açıq olmağa təşviq edir. Bu yanaşma ailə münasibətlərindən tutmuş biznes və icma səviyyəsində münasibətlərə qədər geniş təsir göstərir və sosial gərginliyin azalmasına xidmət edir.

    Regionlarda inkişaf

    Hümmət Əliyev vurğulayıb ki, xüsusilə şimal bölgəsində mediasiya xidmətlərinə maraq əhəmiyyətli dərəcədə artıb. İnsanlar mediasiyanın sürətli, xərci az və nəticəyönümlü olduğunu praktik olaraq görüb. Bu da mediasiyanın yalnız paytaxt mərkəzli olmadığını, ölkənin bütün bölgələri üçün effektiv hüquqi alət olduğunu göstərir.

    2026-cı il üçün hədəflər

    Hümmət Əliyev bildirib ki, əsas hədəf mediasiya mədəniyyətini daha da dərinləşdirmək, xüsusilə gənclər arasında bu yanaşmanı təşviq etməkdir. Maarifləndirmə tədbirlərinin genişləndirilməsi, dövlət qurumları və ictimai institutlarla əməkdaşlığın gücləndirilməsi prioritet olacaq. O, inanır ki, mediasiya gələcək illərdə cəmiyyətimizdə mübahisələrin həllində əsas mexanizmlərdən birinə çevriləcək.

    Ünvan: Quba şəhəri, Heydər Əliyev prospekti,
    "İlqaroğlu" Business Center, II mərtəbə.
    Tel.mob: (+994) 77 450.77.44, (+994) 77 450.77.44
    E/ünvan: [email protected]

    Şabran ofisi:
    Ünvan: Şabran şəhəri, Zərifə Əliyev küç., (Şabran Məhkəməsinin qarşısı)
    Tel.mob: (+994) 77 588.77.44

    #Hümmət Əliyev #Mediasiya Təşkilatı #Mediasiya Şurası #Quba 1 saylı Mediasiya Təşkilatı #MediasiyaŞurasıə #Quba Mediasiya #mediasiya nədir #mediasiya prosesi #mediasiyanın hüquqi qüvvəsi #Vəkillərin Mediasiya Prosesi #Mediasiya və məhkəmə prosesi arasındakı fərqlər #Mediasiyada qarşılıqlı razılıq #Ədliyyə sistemində mediasiya rolu #Xarici dildə mediasiya mümkündürmü #Onlayn mediasiya #Azərbaycan mediasiya sistemi #ABŞ mediasiya təcrübəsi #Yaponiyada mediasiya #Dövlət sektorunda mediasiya #Mediasiya təcrübəsi #Mediasiya institutunun təbliği #Mediasiyada hüquqi maarifləndirmə #Mediasiya və vəkil əməkdaşlığı #Mediasiyanın tətbiq mexanizmləriMediasiyanın tətbiq mexanizmləri #Mediasiyanın üstünlükləri #Hüquq və mediasiya #Azərbaycanda mediasiya #Mediasiya institutları #Regional mediasiya təşkilatları
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Mediator özünü necə inkişaf etdirməlidir?

    31 Avqust 2026 10:40

    Sertifikat mediator üçün nə deməkdir?

    25 Avqust 2026 12:49

    Mediatorların təlimi necə təşkil olunmalıdır?

    17 Avqust 2026 11:14

    Mediasiya məhkəməni əvəz edirmi?

    10 Avqust 2026 11:58

    Dövlət mediasiya sistemində hansı rola malikdir?

    4 Avqust 2026 12:04

    Müxtəlif ölkələr mediasiyanı necə tənzimləyir?

    27 İyul 2026 13:05

    Direktivin əsas məqsədi nədir?

    20 İyul 2026 11:21

    Türk Dövlətləri Təşkilatında Beynəlxalq Kommersiya Arbitrajının perspektivləri

    13 İyul 2026 15:44

    Türk dövlətlərində mediasiya: Ortaq hüquqi dəyərlər və gələcək perspektivlər

    6 İyul 2026 16:39

    Sinqapur Konvensiyasının məqsədi nədir?

    29 İyun 2026 13:04

    Transsərhəd mediasiya: beynəlxalq mübahisələrin sülh yolu ilə həllində effektiv mexanizm

    22 İyun 2026 11:42

    Rəqəmsal mübahisələr: yeni dövrün hüquqi çağırışları və mediasiyanın rolu

    16 İyun 2026 11:12
    XƏBƏR LENTİ

    Qətərdə sentyabr ayı üçün yanacaq qiymətləri açıqlanıb

    “Rəqəmsal platforma təsirçisi” adlı uçot təsnifatı yaradılıb

    Si Cinpinin Misir səfəri: Çin ABŞ-ın Yaxın Şərqdəki təsirinə meydan oxuyur

    Səudiyyə Ərəbistanında ərəb dilinin öyrənilməsi üçün oyun platforması yaradılıb

    2027-ci ildə innovasiya fəaliyyətində iştirakçı qurumların sayının 40-a çatdırılması hədəflənir - Fərid Osmanov

    Yaponiyadan Sakit okeanda kritik həmlə: "ASM-3 Kai" həm gəmiləri, həm təyyarələri vuracaq

    Yəmən İŞİD terror təşkilatının rəsmi sözçüsünün məhv edildiyini açıqlayıb

    Səudiyyə Ərəbistanı və Pakistan kibertəhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirir

    Goranboyda sursat anbarında yanğınla müşayiət olunan partlayış olub, xəsarət alan olmayıb (YENİLƏNİB)

    Pezeşkian: ABŞ iyun razılaşmasına qayıtsa, İran dərhal qarşılıq verəcək

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.