BAKI,VOA
Qətərdə sentyabr ayı üçün dizel və benzin qiymətləri açıqlanıb. Bu barədə “Gulf Times” Qətər Xəbər Agentliyinə (QNA) istinadən məlumat yayıb.
QatarEnergy şirkətinin qərarına əsasən, bir litr dizelin qiyməti 2,05 Qətər rialı, Super Benzin (95) 2,10 rial, Premium Benzin (91) isə 2 rial təşkil edəcək.
Sentyabr ayında dizel və Super Benzin (95) üzrə qiymətlər dəyişməyib. Premium Benzin (91) isə əvvəlki ayla müqayisədə ucuzlaşıb.
Yeni qiymətlər 2026-cı ilin sentyabr ayı ərzində qüvvədə olacaq.