#Azərbaycanda mediasiya

Hüquq Bələdçisi rubrikasında Quba 1 saylı Mediasiya Təşkilatının direktoru, hüquqşünas mediator Hümmət Əliyev mediasiya prosesinin mahiyyəti, prinsipləri və vətəndaşlar üçün üstünlükləri barədə mühüm məqamlara aydınlıq gətirib. Etik davranış qaydaları mediatorun fəaliyyət çərçivəsini müəyyən edir. Bu qaydalar mediatorun müstəqilliyini, qərəzsizliyini, məxfiliyə riayət etməsini, tərəflərə bərabər yanaşmasını və peşəkar məsuliyyətini tənzimləyir.Mediator yalnız hüquqi biliklərlə deyil, yüksək etik standartlarla da silahlanmalıdır. Çünki mediasiya prosesi tərəflərin etimadı üzərində qurulur. Əgər etik prinsiplər qorunmursa, prosesin mahiyyəti zədələnir.

Hüquq Bələdçisi rubrikasında Quba 1 saylı Mediasiya Təşkilatının direktoru, hüquqşünas mediator Hümmət Əliyev mediasiya prosesinin mahiyyəti, prinsipləri və vətəndaşlar üçün üstünlükləri barədə mühüm məqamlara aydınlıq gətirib. Hümmət Əliyevin sözlərinə görə, mediator “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən mübahisə tərəflərinə könüllü razılıq əldə etməyə kömək edən müstəqil və qərəzsiz şəxsdir.

2025-ci il: Mediasiya sahəsi üçün dönüş ili Hümmət Əliyev bildirib ki, 2025-ci il həm institusional, həm də ictimai baxımdan mediasiya üçün mühüm dönüş ili oldu. Cəmiyyət artıq mübahisələrin yalnız məhkəmə yolu ilə deyil, dialoq və qarşılıqlı anlaşma əsasında da həll edilə biləcəyini qəbul edir. Bu il mediasiya mexanizmlərinin praktik tətbiqi daha da genişləndiyi qeyd olunub.

Hüquq Bələdçisi rubrikasının növbəti buraxılışında Quba 1 saylı Mediasiya Təşkilatının direktoru, mediator-hüquqşünas Hümmət Əliyev bu dəfə mediasiya sahəsində təhsil və peşəkarlıq imkanları müzakirə olunub. Məsələyə dair fikirlərini bölüşmək üçün ekspertlərlə söhbət etdik. Hüquq və mediasiya üzrə ekspertlər bildirirlər ki, mediasiya təhsili sahəsində ən inkişaf etmiş proqramlar əsasən ABŞ, Böyük Britaniya və Niderlandda mövcuddur. Bu ölkələrdə mediasiya hüquqi sistemin ayrılmaz hissəsinə çevrilib və mediator hazırlığı üzrə xüsusi ixtisaslaşmış institutlar fəaliyyət göstərir.