BAKI,VOA,Vüsalə Əzimzadə
Səudiyyə Ərəbistanı və Pakistan kibertəhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsinə dair anlaşma memorandumu imzalayıb.
VOA məlumat verir ki,memorandum kiberməkanın və iki ölkənin mühüm maraqlarının qorunmasını, həmçinin kibertəhlükələrə qarşı mübarizədə əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.
Sənədi Səudiyyə Ərəbistanının Milli Kibertəhlükəsizlik İdarəsinin rəhbəri Macid Əl-Məzid və Pakistanın informasiya texnologiyaları və kommunikasiyalar üzrə dövlət naziri Şaza Fatimə Xoca imzalayıb.
Razılaşma çərçivəsində kibertəhlükəsizlik sahəsində təcrübə və qabaqcıl təcrübələrin mübadiləsi, eləcə də mövcud çağırış və təhdidlərə qarşı birgə fəaliyyət imkanlarının inkişaf etdirilməsi planlaşdırılır.
Saziş Səudiyyə Ərəbistanının beynəlxalq səviyyədə kibertəhlükəsizlik sahəsində mövqeyini gücləndirmək və xarici tərəfdaşlarla əməkdaşlıq mexanizmlərini inkişaf etdirmək səylərinin bir hissəsidir.