Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət
    Cəmiyyət

    Sertifikat mediator üçün nə deməkdir?

    25 Avqust 2026 12:49
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Sertifikat mediator üçün nə deməkdir?
    Facebook Twitter LinkedIn Pinterest Email

    VOA-nın təqdim etdiyi Hüquq Bələdçisi rubrikasında Quba 1 saylı Mediasiya Təşkilatının direktoru, hüquqşünas mediator Hümmət Əliyev mediatorların sertifikatlaşdırılması barədə mühüm məqamlara aydınlıq gətirib.

    Mediatorların sertifikatlaşdırılması onların peşəkar hazırlığının təsdiqlənməsi, bilik və praktiki bacarıqlarının müəyyən standartlara uyğunlaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Bununla belə, sertifikat mediatorun peşəkarlığını müəyyən edən yeganə göstərici hesab edilmir.

    Sertifikat mediator üçün nə deməkdir?

    Hümmət Əliyevin sözlərinə görə, sertifikat mediatorun mediasiya sahəsində müvafiq hazırlıq və qiymətləndirmədən keçdiyini təsdiqləyən mühüm sənəddir.

    Azərbaycanda mediator olmaq istəyən şəxsin ilkin hazırlıq təlimindən, artıq fəaliyyət göstərən mediatorun isə ixtisasartırma təlimindən keçməsi nəzərdə tutulur.

    İlkin hazırlıq üzrə təqdim edilən sertifikatın qüvvədəolma müddəti beş ildir. Bununla yanaşı, mediator ən azı iki ildə bir dəfə ixtisasartırma kursunda iştirak etməli və müvafiq sertifikat almalıdır.

    Sertifikatlaşdırma mediatora etimadı artırırmı?

    Hüquqşünas bildirib ki, sertifikatlaşdırma mediatorun peşəkar hazırlığının müəyyən edilmiş meyarlar əsasında qiymətləndirildiyini göstərdiyindən ona etimadın formalaşmasına müsbət təsir edir.

    Lakin sertifikatın olması təkbaşına yüksək keyfiyyətli mediasiya xidmətinə zəmanət vermir.

    “Etimadın əsasını mediatorun peşəkarlığı, qərəzsizliyi, məxfiliyi qoruması, etik davranışı və praktiki təcrübəsi də təşkil edir. Qanun mediatorun mediasiya prinsiplərinə riayət etməsini və biliklərini mütəmadi olaraq yeniləməsini tələb edir”, – deyə Hümmət Əliyev bildirib.

    Sertifikatlaşdırma necə həyata keçirilir?

    Hüquqşünas-mediatorun sözlərinə görə, Azərbaycan qanunvericiliyində mediatorların ilkin hazırlığı və ixtisasartırılması müəyyən edilmiş tələblər əsasında həyata keçirilir.

    Təlimləri uğurla başa vuran və tələb olunan nəticəni göstərən şəxslərə müvafiq sertifikat təqdim olunur.

    Hümmət Əliyev vurğulayıb ki, bu məsələdə əsas meyar sertifikatın “dövlət” və ya “özəl” adlandırılması deyil, onun qanunvericiliklə müəyyənləşdirilmiş tələblərə uyğun şəkildə verilməsidir.

    Beynəlxalq sertifikatlar mediatora nə qazandırır?

    Beynəlxalq sertifikatlar mediatorun beynəlxalq standartlar və metodologiyalar üzrə əlavə hazırlıq keçdiyini göstərməklə onun peşəkar imkanlarını genişləndirə bilər.

    Hümmət Əliyevin sözlərinə görə, bu cür hazırlıq xüsusilə beynəlxalq kommersiya mübahisələri, xarici elementli mübahisələr və sərhədlərarası mediasiya baxımından əhəmiyyətlidir.

    Azərbaycan qanunvericiliyində də beynəlxalq mediasiya qurumlarının təşkil etdiyi mediator-təlimçilərin hazırlığına dair sertifikatların müəyyən hallarda təlimçi kimi fəaliyyət üçün nəzərə alınması mümkündür.

    Sertifikatlaşdırma xidmətin keyfiyyətinə necə təsir edir?

    Hüquqşünas qeyd edib ki, sertifikatlaşdırma mediatorların bilik və praktiki bacarıqlarının müəyyən standartlar əsasında formalaşdırılmasına və onların davamlı peşəkar inkişafına kömək edir.

    Mediatorların hazırlanması zamanı nəzəri biliklərlə yanaşı, praktiki məşğələlərin, təlimlərin və səhnələşdirilmiş mediasiya proseslərinin keçirilməsi nəzərdə tutulur. Qiymətləndirmə zamanı isə həm nəzəri biliklər, həm də praktiki bacarıqlar yoxlanılır.

    Hümmət Əliyevin fikrincə, sertifikatlaşdırma düzgün təşkil edildikdə mediasiya xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə və peşəkar mediatorlara ictimai etimadın gücləndirilməsinə xidmət edir.

    “Sertifikat mediatorun peşəkarlığının başlanğıc göstəricisidir, lakin həqiqi peşəkarlıq yalnız sənədlə deyil, bilik, təcrübə, etik davranış və tərəflərin etimadı ilə ölçülür”, – deyə Hümmət Əliyev vurğulayıb.

    Ünvan: Quba şəhəri, Heydər Əliyev prospekti, "İlqaroğlu" Business Center, II mərtəbə.

    Tel.mob: (+994) 77 250.77.44, (+994) 77 450.77.44

    E/ünvan: [email protected]

    Şabran ofisi:

    Ünvan: Şabran şəhəri, Zərifə Əliyev küç., (Şabran Məhkəməsinin qarşısı)

    Tel.mob: (+994) 77 588.77.44

    #Hümmət Əliyev #Quba 1 saylı Mediasiya Təşkilatı #hüquqi maarifləndirmə #Hüquq Bələdçisi #mediator #mediasiya #Hüquq Bələdçisi rubrikası
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Mediatorların təlimi necə təşkil olunmalıdır?

    17 Avqust 2026 11:14

    Mediasiya məhkəməni əvəz edirmi?

    10 Avqust 2026 11:58

    Müxtəlif ölkələr mediasiyanı necə tənzimləyir?

    27 İyul 2026 13:05

    Direktivin əsas məqsədi nədir?

    20 İyul 2026 11:21

    Türk Dövlətləri Təşkilatında Beynəlxalq Kommersiya Arbitrajının perspektivləri

    13 İyul 2026 15:44

    Türk dövlətlərində mediasiya: Ortaq hüquqi dəyərlər və gələcək perspektivlər

    6 İyul 2026 16:39

    İsrail 3 465 dəfə atəşkəsi pozub - Qəzza

    29 İyun 2026 19:15

    Sinqapur Konvensiyasının məqsədi nədir?

    29 İyun 2026 13:04

    Transsərhəd mediasiya: beynəlxalq mübahisələrin sülh yolu ilə həllində effektiv mexanizm

    22 İyun 2026 11:42

    Rəqəmsal mübahisələr: yeni dövrün hüquqi çağırışları və mediasiyanın rolu

    16 İyun 2026 11:12

    Onlayn mediasiya qanunvericilikdə necə tanınır?

    8 İyun 2026 12:37

    Mediasiyanın effektivliyi necə ölçülür?

    1 İyun 2026 10:47
    XƏBƏR LENTİ

    Ciddə İslam Limanında 434 milyon dollarlıq nəhəng layihə - Yeni dördüncü terminal qurulur

    Suriyadan İsrailə Colan mesajı: PUA-larla xəritə yaradıldı

    Sertifikat mediator üçün nə deməkdir?

    İraq Ceyhan limanı vasitəsilə ixracı artırır

    Doha, Lusayl və The Pearl - Qətərdə hansı ərazidə əmlak almaq daha sərfəlidir?

    Türkiyə ABŞ-nin Suriya ilə bağlı qərarını alqışlayıb

    Bu gün Paris dörd illik nasist işğalından azad olundu

    Qətərin qlobal internet reytinqində yeri açıqlandı

    Səudiyyə Ərəbistanı Fransada 22 min iş yeri açacaq

    Fələstin sənətinin canlı yaddaşı Süleyman Mənsur kimdir?

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.