“Sağlam iş mühiti dialoqdan başlayır, mediasiya isə bu dialoqun ən doğru ünvanıdır.” Müasir əmək münasibətləri dinamik inkişaf edir və bu prosesdə işçi ilə işəgötürən arasında yaranan mübahisələr qaçılmaz olur. Bu mübahisələrin ədalətli, operativ və qarşılıqlı anlaşma əsasında həlli isə xüsusi əhəmiyyət daşıyır. Son illərdə bu istiqamətdə mediasiya institutu effektiv mexanizm kimi ön plana çıxır. Əmək münasibətlərində mediasiyanın tətbiqi yalnız hüquqi mübahisələrin həllinə deyil, həm də sağlam iş mühitinin formalaşmasına xidmət edir.
#Mediasiya təcrübəsi
Mediasiya mübahisələrin məhkəmədən kənar, lakin dövlət tərəfindən qanunla tanınan və tənzimlənən həll mexanizmidir. Hümmət Əliyevin sözlərinə görə, bu proses tərəflərə problemi bitərəf mediatorun iştirakı ilə, qarşılıqlı razılaşma yolu ilə həll etmək imkanı yaradır. Hər neçə mediasiya klassik məhkəmə prosesi olmasa da, müəyyən edilmiş hüquqi çərçivəyə malikdir və yekunda əldə olunan nəticə hüquqi əhəmiyyət daşıyır.
2025-ci il: Mediasiya sahəsi üçün dönüş ili Hümmət Əliyev bildirib ki, 2025-ci il həm institusional, həm də ictimai baxımdan mediasiya üçün mühüm dönüş ili oldu. Cəmiyyət artıq mübahisələrin yalnız məhkəmə yolu ilə deyil, dialoq və qarşılıqlı anlaşma əsasında da həll edilə biləcəyini qəbul edir. Bu il mediasiya mexanizmlərinin praktik tətbiqi daha da genişləndiyi qeyd olunub.
Mübahisələrin alternativ həlli mexanizmi kimi mediasiya müasir hüquq sistemində getdikcə daha mühüm yer tutur. Bu mexanizm məhkəmələrin yükünü azaltmaqla yanaşı, iqtisadi qənaət yaradır, biznes mühitini sağlamlaşdırır və cəmiyyətdə sosial sabitliyə töhfə verir. Quba 1 saylı Mediasiya Təşkilatının direktoru, mediator-hüquqşünas Hümmət Əliyev AzerVoice-ə müsahibəsində mediasiyanın iqtisadiyyat və cəmiyyət üçün yaratdığı üstünlüklərdən danışıb.
Hüquq Bələdçisi rubrikasının növbəti buraxılışında Quba 1 saylı Mediasiya Təşkilatının direktoru, mediator-hüquqşünas Hümmət Əliyev mediasiyada etik məsuliyyət və gizlilik prinsiplərinin əhəmiyyətindən danışıb. Müasir dövrdə mediasiya institutunun genişlənməsi ilə yanaşı, etik davranış qaydaları və peşə məsuliyyəti məsələləri daha da aktuallaşır. Hüquqi proseslə yanaşı, mediatorların etik prinsiplərə riayət etməsi tərəflər arasında etimadın əsas şərti kimi qəbul olunur.
“Hüquq və Cəmiyyət” rubrikasının bu buraxılışında diqqətimizi dövlət qurumlarında mediasiyanın tətbiqinə yönəltdik. Dövlət qurumlarında yaranan mübahisələr çox vaxt uzun müddət davam edən müraciət və şikayət proseslərinə çevrilir. Lakin mediasiya bu kimi hallarda daha sürətli, səmərəli və qarşılıqlı etimada əsaslanan alternativ mexanizm kimi ön plana çıxır.