Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət
    Cəmiyyət

    Mediasiya məhkəməni əvəz edirmi?

    10 Avqust 2026 11:58
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Mediasiya məhkəməni əvəz edirmi?
    Facebook Twitter LinkedIn Pinterest Email

    VOA-nın təqdim etdiyi Hüquq Bələdçisi rubrikasında Quba 1 saylı Mediasiya Təşkilatının direktoru, hüquqşünas mediator Hümmət Əliyev mediasiya və məhkəmə əməkdaşlığı barədə mühüm məqamlara aydınlıq gətirib.

    - Mediasiya məhkəməni əvəz edirmi?

    Xeyr, mediasiya məhkəməni əvəz etmir. Bunlar mahiyyət etibarilə fərqli, lakin ədalət mühakiməsinin və mübahisələrin həllinin daha səmərəli təşkilinə xidmət edən mexanizmlərdir.

    Məhkəmədə mübahisə üzrə hüquqi qərarı hakim qəbul edir. Mediasiyada isə qərarı tərəflərin özləri formalaşdırırlar. Mediator tərəflərdən heç birinin mövqeyini müdafiə etmir, onların əvəzinə qərar vermir və tərəfləri müəyyən razılaşmaya məcbur etmir. Onun əsas vəzifəsi tərəflər arasında effektiv kommunikasiya yaratmaq və qarşılıqlı məqbul həllin tapılmasına kömək etməkdir.

    “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununda mediasiya tərəflər arasında yaranmış mübahisənin mediatorun vasitəçiliyi ilə qarşılıqlı razılıq əsasında həlli prosesi kimi müəyyən edilir. Qanun mediasiyanın mülki, kommersiya, ailə, əmək və müəyyən inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələrdə tətbiqini nəzərdə tutur.

    Ona görə mediasiyanı məhkəmənin alternativi olmaqla yanaşı, məhkəmə sistemini tamamlayan və məhkəmələrin iş yükünün optimallaşdırılmasına kömək edən mexanizm kimi qiymətləndirmək daha doğrudur.

    - Hakimlərin mediasiyaya yönləndirmə rolu nədir?

    Hakimlərin burada çox mühüm rolu var. Çünki hakim konkret mübahisəyə baxarkən tərəflərin mövqelərini, münasibətlərin xarakterini və mübahisənin razılaşma yolu ilə həll imkanlarını daha aydın görə bilir.

    Azərbaycan qanunvericiliyində bu məsələ konkret şəkildə tənzimlənir. “Mediasiya haqqında” Qanunun 31.1-ci maddəsinə əsasən, məhkəmə prosesinin istənilən mərhələsində, işin hallarını nəzərə alaraq, öz təşəbbüsü və tərəflərin razılığı ilə, yaxud tərəflərdən birinin müraciəti və digər tərəfin razılığı ilə onlara mübahisənin mediasiya vasitəsilə həllini təklif edə bilər. Belə halda məhkəmə icraatı barışıq sazişi və mediasiya prosesinin nəticələri barədə protokol təqdim edilənədək dayandırılır.

    Burada mühüm məqam ondan ibarətdir ki, hakimin mediasiyanı təklif etməsi tərəflərin məcburi şəkildə barışdırılması demək deyil. Hakim mediasiyanın imkanlarını tərəflərə təqdim edir, tərəflər isə öz iradələri əsasında qərar qəbul edirlər.

    Bu yanaşma həm məhkəmənin, həm də mediasiyanın müstəqilliyini qoruyur.

    - Məhkəmə–mediasiya əlaqəsi necə qurulur?

    Məhkəmə–mediasiya əlaqəsi bir-birinin səlahiyyətlərinə müdaxilə etmədən, aydın hüquqi prosedurlar və qarşılıqlı əməkdaşlıq əsasında qurulmalıdır.

    Bu əlaqəni şərti olaraq üç mərhələdə izah edə bilərik.

    Birinci mərhələ – məhkəmədən əvvəl mediasiya.

    Azərbaycan Respublikası qanunvericiliyində müəyyən kateqoriyalı mübahisələr üzrə məhkəməyə müraciət etməzdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Hazırda bu tələb, xüsusilə, ailə, əmək mübahisələri üzrə qanunvericilikdə nəzərdə tutulur.

    İkinci mərhələ – məhkəmə prosesində mediasiya.

    Məhkəmə prosesinin istənilən mərhələsində tərəflərin razılığı olduqda məhkəmə mediasiyanı təklif edə bilər. Qanunun 31-ci maddəsi məhz bu mexanizmi müəyyən edir.

    Üçüncü mərhələ – nəticənin məhkəmə prosesinə qaytarılması.

    Tərəflər mediasiyada razılığa gəldikdə, əldə olunan razılaşmanın hüquqi nəticələri müvafiq qaydada rəsmiləşdirilir. Razılaşma əldə olunmadıqda isə tərəflərin məhkəmə müdafiəsinə çıxış hüququ qorunur.

    Deməli, mediasiya ilə məhkəmə arasında əlaqə “birinin digərini əvəz etməsi” prinsipi ilə deyil, bir-birini tamamlaması prinsipi ilə qurulmalıdır.

    - Bu əməkdaşlıq ədaləti gücləndirirmi?

    Bəli, düzgün qurulduğu halda bu əməkdaşlıq ədalət mühakiməsinin effektivliyini əhəmiyyətli dərəcədə artıra bilər.

    Məhkəmənin əsas üstünlüyü ondan ibarətdir ki, hakim hüquqi mübahisəyə dövlət adından məcburi hüquqi qüvvəyə malik qərar qəbul edir. Mediasiyanın üstünlüyü isə ondan ibarətdir ki, tərəflər öz həll yollarını özləri müəyyən edə bilirlər.

    Bəzən tərəfin məhkəmədə əsas məqsədi yalnız pul və ya əmlak əldə etmək olmur. Onun üçün münasibətlərin qorunması, gələcək əməkdaşlığın davam etdirilməsi, üzrxahlıq, ödəniş qrafikinin müəyyən edilməsi və ya digər qeyri-maddi maraqlar daha əhəmiyyətli ola bilər.

    Məhkəmə bütün bunları hüquqi qərarın çərçivəsində tam şəkildə həll edə bilməyə bilər. Mediasiya isə tərəflərin real maraqlarını üzə çıxarmağa və daha çevik həll variantları yaratmağa imkan verir.

    Bu baxımdan məhkəmə ilə mediasiyanın səmərəli əməkdaşlığı “ədalət + çeviklik + razılaşma mədəniyyəti” modelini formalaşdıra bilər.

    Lakin burada bir şərt vacibdir: mediasiyanın inkişafı məhkəmə sisteminin zəifləməsi hesabına baş verməməlidir. Əksinə, vətəndaş bilməlidir ki, razılaşma mümkün olmadıqda onun məhkəməyə müraciət etmək hüququ tam şəkildə qorunur.

    - Beynəlxalq modellər nələrdir?

    Hümmət Əliyev:
    Beynəlxalq təcrübədə vahid məhkəmə–mediasiya modeli yoxdur. Müxtəlif ölkələr öz hüquq sistemlərinə uyğun fərqli mexanizmlər formalaşdırıblar.

    Məsələn, Avropa İttifaqında mediasiya məhkəmə prosesinə alternativ deyil, onunla paralel və tamamlayıcı mexanizm kimi inkişaf etdirilir. Avropa İttifaqının rəsmi e-Justice portalında da qeyd olunur ki, mediasiya tərəflər tərəfindən başlana, məhkəmə tərəfindən təklif və ya bəzi hallarda qərarlaşdırıla, yaxud milli qanunvericiliklə müəyyən edilə bilər.

    İtaliya modeli xüsusilə maraqlıdır. Burada müəyyən mülki və kommersiya mübahisələri üzrə mediasiya məhkəmə icraatına başlamazdan əvvəl şərt kimi nəzərdə tutulur. Eyni zamanda mediasiya məhkəmənin təklifi əsasında da tətbiq oluna bilər.

    Beynəlxalq təcrübənin əsas mesajı məncə çox aydındır: məhkəmə və mediasiya rəqib institutlar deyil.

    Məhkəmə hüquqi mübahisəyə dövlət adından qərar verir, mediasiya isə tərəflərə öz razılaşmalarını formalaşdırmaq imkanı yaradır. Bu iki mexanizmin düzgün əlaqələndirilməsi həm vətəndaşın hüquqa çıxış imkanlarını genişləndirir, həm də ədalət sisteminin daha çevik və insanmərkəzli olmasına xidmət edir.

    Azərbaycan üçün də əsas məqsəd beynəlxalq modelləri olduğu kimi köçürmək deyil, ölkəmizin hüquq sistemi, məhkəmə təcrübəsi və mediasiya institutunun inkişaf səviyyəsi nəzərə alınmaqla ən səmərəli elementləri tətbiq etməkdir.

    Mən hesab edirəm ki, Azərbaycanda mediasiyanın gələcək inkişafında əsas istiqamətlərdən biri məhz məhkəmə–mediasiya əməkdaşlığının daha da institusional və sistemli şəkildə gücləndirilməsi olmalıdır.

    Vətəndaşa yalnız “məhkəməyə getmək” və ya “mediasiyaya müraciət etmək” kimi iki ayrı seçim təqdim etməkdənsə, ona konkret mübahisənin xüsusiyyətlərinə uyğun ən effektiv hüquqi həll yolunu seçmək imkanı yaratmalıyıq.

    Çünki güclü ədalət sistemi yalnız çoxsaylı məhkəmə qərarları ilə deyil, eyni zamanda mübahisələrin vaxtında, ədalətli və davamlı şəkildə həll olunması ilə ölçülür.

    Mediasiyanın əsas məqsədi məhkəməni zəiflətmək deyil, vətəndaşın ədalətə çıxış imkanlarını genişləndirməkdir. Məhkəmə və mediasiya bir-birini tamamladıqda isə bundan ən böyük faydanı cəmiyyət və vətəndaş əldə edir.

    Ünvan: Quba şəhəri, Heydər Əliyev prospekti,

    "İlqaroğlu" Business Center, II mərtəbə.

    Tel.mob: (+994) 77 250.77.44, (+994) 77 450.77.44

    E/ünvan:[email protected]

    Şabran ofisi:

    Ünvan: Şabran şəhəri, Zərifə Əliyev küç., (Şabran Məhkəməsinin qarşısı)

    Tel.mob: (+994) 77 588.77.4

    #Hümmət Əliyev #Mediasiya Təşkilatı #Mediasiya Şurası #Quba 1 saylı Mediasiya Təşkilatı #mediasiya prosesi #Hüquqşünas mediator #Hüquq Bələdçisi rubrikası #Mediasiya məhkəməni əvəz edirmi?
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Mediatorların təlimi necə təşkil olunmalıdır?

    17 Avqust 2026 11:14

    Müxtəlif ölkələr mediasiyanı necə tənzimləyir?

    27 İyul 2026 13:05

    Direktivin əsas məqsədi nədir?

    20 İyul 2026 11:21

    Türk Dövlətləri Təşkilatında Beynəlxalq Kommersiya Arbitrajının perspektivləri

    13 İyul 2026 15:44

    Türk dövlətlərində mediasiya: Ortaq hüquqi dəyərlər və gələcək perspektivlər

    6 İyul 2026 16:39

    Sinqapur Konvensiyasının məqsədi nədir?

    29 İyun 2026 13:04

    Transsərhəd mediasiya: beynəlxalq mübahisələrin sülh yolu ilə həllində effektiv mexanizm

    22 İyun 2026 11:42

    Rəqəmsal mübahisələr: yeni dövrün hüquqi çağırışları və mediasiyanın rolu

    16 İyun 2026 11:12

    Onlayn mediasiya qanunvericilikdə necə tanınır?

    8 İyun 2026 12:37

    Mediasiyanın effektivliyi necə ölçülür?

    1 İyun 2026 10:47

    Konflikt idarəçiliyi və mediasiya arasındakı fərq nədir?

    25 May 2026 10:35

    Mediasiya cəmiyyətdə sosial gərginliyin azalmasına necə təsir göstərir?

    18 May 2026 11:03
    XƏBƏR LENTİ

    Bu gün COVID-19 vaksini təsdiqləndi

    Tarixdə bu gün – 23 Avqust

    İsrail Livanın cənubuna hücumları davam etdirir

    Hindistan sahillərində Panama bayraqlı yük gəmisi batıb

    Türkiyə ilə gərginliyi artırmaq niyyətimiz yoxdur - Gideon Saar

    ABŞ TikTok-la 400 milyon dollarlıq məxfilik razılaşmasına gəlib

    Qəzza müharibəsi AIPAC-ın ABŞ siyasətindəki mövqeyinə zərbə vurur

    Özbəkistan–Azərbaycan Regionlararası Forumu keçirilib

    ABŞ-nin “iqtisadi terrorunun” ölkədə sabitliyi pozmasına imkan verməyəcəyik - İran

    Misir və İran bölgədə gərginliyin azaldılması və diplomatik danışıqların bərpasını müzakirə edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.