Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / Digər Xəbərlər
    Digər Xəbərlər

    Biz bu müharibəni uduzuruq - Amerikalı senator Kris Mörfi

    3 Aprel 2026 14:08
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Biz bu müharibəni uduzuruq - Amerikalı senator Kris Mörfi
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA, Nailə Babazadə

    ABŞ-ın demokrat senatoru Kris Mörfi ölkəsinin Yaxın Şərqdə İrana qarşı apardığı hərbi əməliyyatlara sərt reaksiya verərək, Vaşinqtonun strateji məğlubiyyətə uğradığını bəyan edib.

    VOA xəbər verir ki,senator Prezident Donald Trampın Ağ Evdəki "Xalqa müraciət" nitqini tənqid edərək, dövlət başçısının təsvir etdiyi vəziyyətin reallıqla üst-üstə düşmədiyini bildirib. Mörfi vurğulayıb ki, ABŞ-ın İrana qarşı hücumları gözlənilən nəticəni vermir: "Biz bu müharibəni uduzuruq".

    Senatorun sözlərinə görə, ABŞ-ın İranın bütün raket, pilotsuz uçuş aparatları və nüvə proqramlarını tamamilə məhv etmək imkanı yoxdur. O qeyd edib ki, İran Hörmüz boğazını daimi nəzarətə götürərsə, regionda müharibədən əvvəlki dövrlə müqayisədə daha böyük güc nümayiş etdirəcək. "Biz sahib olmadığımız milyardlarla dolları xərcləyirik, dünyanı qeyri-sabitləşdiririk və bizi bacarıqsız göstərən bir müharibədə amerikalıların həyatını itiririk," — deyə Mörfi əlavə edib. O, həmçinin İsrailin ABŞ-a nə vaxt müharibə edəcəyini diktə etməsini qəbulolunmaz adlandırıb.

    Digər tərəfdən, Pentaqonun müharibədəki hərbi itkilərlə bağlı real rəqəmləri ictimaiyyətdən gizlətdiyi iddia olunur. "The Intercept" araşdırmaçı jurnalistika platformasının məlumatına görə, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) ölənlər və yaralananlar barədə güncəl olmayan və aşağı rəqəmlər paylaşır. Məsələn, rəsmi məlumatda "Epic Fury" əməliyyatı başlayandan bəri 303 ABŞ əsgərinin yaralandığı bildirilsə də, martın 27-də Səudiyyə Ərəbistanındakı şahzadə Sultan aviabazasına edilən hücumdakı itkilərin bu siyahıya daxil edilmədiyi irəli sürülür.

    Adı açıqlanmayan bir Pentaqon rəsmisi Müdafiə Nazirliyinin məlumatları bilərəkdən əskik əks etdirdiyini və bu vəziyyətin Müdafiə naziri Pit Heqset ilə Ağ Ev tərəfindən ört-basdır edildiyini iddia edib. İddialara görə, Vaşinqton ictimaiyyətdə müharibəyə qarşı narazılığın artmaması üçün itkiləri gizlətməyə çalışır. Bu gəlişmələr ABŞ daxilində İran müharibəsinin həm maliyyə, həm də insani bədəli ətrafında siyasi qarşıdurmanı daha da alovlandırıb.

    #Donald Tramp #CENTCOM #İsrail və İran gərginliyi #Trampın siyasətləri #Tramp administrasiyası #Trampın iddiaları #İsrail və İran münasibətləri #Tramp İran siyasəti #İsrailin İran hücumu #İsrailin İran hücum planı #ABŞ və İsrailin İran siyasəti #İsrail İran hücumu #İran-İsrail qarşıdurması
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Qalibaf ABŞ-nin iqtisadi təzyiq iddialarına cavab verib - “Əsl 130-lar bunlardır”

    29 Avqust 2026 21:11

    ABŞ rəsmiləri media vasitəsilə enerji bazarlarını manipulyasiya edir - Əraqçi

    29 Avqust 2026 17:26

    İran Hörmüz boğazı ilə bağlı ABŞ-ın iddialarını təkzib etdi

    29 Avqust 2026 16:57

    Rusiya NATO ərazisinə hücum etməyəcək - Tramp

    29 Avqust 2026 16:34

    ABŞ Moskva görüşləri barədə Ukraynaya məlumat verib - Zelenski

    29 Avqust 2026 16:16

    İran problemləri ABŞ-la dialoq yolu ilə həll etməyə hazırdır - Pezeşkian

    29 Avqust 2026 15:37

    Trampın Venesuela açıqlaması - ABŞ neft ehtiyatlarını ikiqat artıra bilərmi?

    29 Avqust 2026 10:19

    Altı aydır nə strategiya var, nə də müharibənin sonu görünür - ABŞ senatoru

    28 Avqust 2026 22:24

    Fransanın “Pasqal” şirkətinin səhmləri ilk gündə 73 faizədək bahalaşıb

    28 Avqust 2026 22:18

    ABŞ Yaxın Şərqdə 50 mindən çox hərbçi saxlayır

    28 Avqust 2026 21:13

    Vaşinqton və Tehran arasında diplomatik çıxış yolu hələ görünmür

    28 Avqust 2026 20:36

    Şotlandiyada Fələstinə dəstək verən yeddi fəalın işi məhkəməyə çıxarılır

    28 Avqust 2026 18:05
    XƏBƏR LENTİ

    Yeni "Freelander 8" Yaxın Şərq bazarına çıxır

    Ağciyərlər: Hər nəfəsdə həyat verən möhtəşəm sistem

    Bədr ər-Rəzizə Səudiyyə Ərəbistanı Futbol Federasiyasında yeni prezidenti seçildi

    Dubaydan sonra İstanbul: Məşhur brendin Yaxın Şərq və Türkiyə xətti

    Oman banklarında kreditlər depozitləri üstələyib

    Qətər Qran-prisinə bilet satışı rekord vurur

    Səudiyyə Ərəbistanında 3D çap bazarı 5 dəfə böyüyür

    Həcc və ümrə ziyarətləri Məkkədə otel sektorunu əsas gəlir mənbəyinə çevirib

    Yağış buludların hansı “gizli nöqtəsində” yaranır? Alimlər sirrin izinə düşdü

    Qaraciyər xərçənginin müalicəsində yeni dövr: müasir üsullar sağ qalma şansını artırır

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.