#Trampın iddiaları

ABŞ Prezidenti Donald Tramp, nümayəndə heyətinin Pakistan səfərini son anda ləğv etməsinin regionda hərbi əməliyyatların yenidən başlayacağı mənasına gəlmədiyini bəyan edib. "Axios" xəbər portalına açıqlama verən Tramp, "Xeyr, bu, elə bir şey demək deyil. Hələ ki, müharibənin yenidən başlamasını düşünməmişik" deyərək gərginliyi müəyyən qədər səngidib.

2025-ci ilin yanvarında ABŞ-da Donald Tramp administrasiyasının hakimiyyətə gəlməsi qlobal ticarət balanslarını dəyişdirib. Vaşinqtonun xarici ölkələrə qarşı tətbiq etdiyi yeni gömrük tariflərinə cavab olaraq, Avropa İttifaqı strateji bir addım ataraq Hindistan ilə iqtisadi və hərbi əlaqələrini ən yüksək səviyyəyə çatdırıb. Aprelin 2-də Ağ Evin elan etdiyi sərt ticarət məhdudiyyətləri Avropa Komissiyasını illərdir ləngiyən "Azad Ticarət Sazişi" danışıqlarını sürətləndirməyə sövq edib.

Amerika Birləşmiş Ştatları ilə İran arasında elan edilən müddətsiz atəşkəsə baxmayaraq Hörmüz boğazında strateji gərginlik yüksək həddə qalmaqda davam edir. ABŞ Prezidenti Donald Tramp özünə məxsus sosial media platforması vasitəsilə mühüm bəyanat yayaraq Amerika Hərbi Dəniz Qüvvələrinə boğazda dəniz minaları yerləşdirməyə cəhd edən hər hansı qayığın dərhal vurulub məhv edilməsi barədə əmr verdiyini açıqlayıb.

Pakistan hökumət rəsmilərinin verdiyi məlumata görə, ölkənin Baş Qərargah rəisi mareşal Asım Munir ilə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub. İslamabadda ABŞ və İran nümayəndə heyətləri arasında planlaşdırılan ikinci raund müzakirələr ərəfəsində keçirilən bu görüşdə əsas müzakirə mövzusu Hörmüz boğazındakı vəziyyət olub.

ABŞ Prezidenti Donald Tramp İran rəhbərliyinə ünvanladığı son bəyanatında Tehranın diplomatik və hərbi mövqeyini sərt şəkildə tənqid edib. Tramp İran rəsmilərinin həyatda qalmasını birbaşa olaraq davam edən sülh prosesi ilə əlaqələndirib. Prezident Tramp bildirib ki, İran beynəlxalq su yollarından istifadə edərək dünyanı şantaj etməkdən başqa heç bir siyasi gücə malik deyil:

Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin məlumatına görə, Prezident Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Donald Tramp arasında strateji əhəmiyyətli telefon danışığı baş tutub. Liderlər ötən gecədən etibarən İranla bağlı elan edilmiş atəşkəs başda olmaqla, regiondakı son hadisələri ətraflı müzakirə ediblər.

İsrail müxalifətinin lideri Yair Lapid çərşənbə günü İranla əldə olunan atəşkəs razılaşmasını kəskin tənqid edərək, bunu "görünməmiş siyasi fəlakət" adlandırıb. Lapid Baş nazir Benyamin Netanyahunu müharibənin hədəflərinə çatmaqda uğursuzluğa düçar olmaqda ittiham edib. Lapid "X" (keçmiş Twitter) hesabında paylaşdığı bəyanatda İsrailin strateji maraqlarının kənarda qaldığını vurğulayıb.

Almaniyanın xarici işlər naziri İohann Vadeful ABŞ Prezidenti Donald Trampın NATO alyansı ilə bağlı səsləndirdiyi fikirlərin Berlin tərəfindən narahatlıqla qarşılandığını bildirib. "Funke Medya" qrupuna müsahibə verən nazir, dünyanın getdikcə daha təhlükəli bir məkana çevrildiyini və belə bir şəraitdə NATO müttəfiqlərinin daha sıx birləşməli olduğunu vurğulayıb. Vadeful NATO-nu dünyanın ən uğurlu müdafiə ittifaqı adlandıraraq, tərəfdaşların ortaq hədəfləri bölüşməsinin vacibliyini qeyd edib.

ABŞ-ın demokrat senatoru Kris Mörfi ölkəsinin Yaxın Şərqdə İrana qarşı apardığı hərbi əməliyyatlara sərt reaksiya verərək, Vaşinqtonun strateji məğlubiyyətə uğradığını bəyan edib. Senator Prezident Donald Trampın Ağ Evdəki "Xalqa müraciət" nitqini tənqid edərək, dövlət başçısının təsvir etdiyi vəziyyətin reallıqla üst-üstə düşmədiyini bildirib. Mörfi vurğulayıb ki, ABŞ-ın İrana qarşı hücumları gözlənilən nəticəni vermir: "Biz bu müharibəni uduzuruq".