#İsrail İran hücumu

İsrailin müdafiə naziri İsrail Katz ABŞ ilə aparılan danışıqlarda razılıq əldə olunmayacağı təqdirdə İrana qarşı daha şiddətli zərbələr endirəcəkləri ilə hədələyib. İsrail Müdafiə Nazirliyindən verilən yazılı məlumata görə, nazir Katz iştirak etdiyi mərasimdə çıxışı zamanı ABŞ ilə 8 aprel tarixində əldə olunmuş müvəqqəti atəşkəsə qədər 40 gün boyunca hücum etdikləri İranın hazırda "tarixi bir yol ayrımında" olduğunu iddia edib.

Finlandiya Prezidenti Aleksandr Stubb Yaxın Şərqdəki gərginlik və İranın dəniz strategiyası ilə bağlı kəskin xəbərdarlıq edib. Prezident İranın Hörmüz boğazı üzərindəki nəzarətinin qlobal təhlükəsizlik üçün yaratdığı təhdidi nüvə silahı ilə müqayisə edib. Aleksandr Stubb bildirib ki, Tehranın bu mühüm su yolu üzərindəki təsiri artıq sadəcə bir coğrafi üstünlük deyil:

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İran limanlarına daxil olan və bu limanlardan çıxan bütün gəmilərə qarşı dəniz blokadasına başlayıb. Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp ABŞ hərbi dəniz donanmasının Hörmüz boğazına daxil olmağa və ya boğazdan çıxmağa çalışan bütün gəmilərin blokadaya alınması prosesinə başlayacağını bəyan etmişdi.

Şənbə günü Papa Leo dünya miqyasında milyardlarla insanı sülhü qəbul etməyə, "sevgiyə, təmkinli olmağa və sağlam siyasətə yenidən inanmağa" çağıraraq, müharibə tərəfdarlarını kəskin tənqid edib. Yaxın Şərqdə davam edən şiddətli münaqişəni dayandırmaq üçün etdiyi ən ehtiraslı müraciətlərindən birində Amerikalı Papa, "tarixin bu dramatik anı ilə birlikdə üzləşmək üçün" imana ehtiyac olduğunu bildirib.

Səudiyyə Press Agentliyinin məlumatına görə, şənbə günü Səudiyyə Ərəbistanı Küveytin mühüm obyektlərini hədəf alan hücumları qətiyyətlə pisləyib. Krallıq gərginliyin artmasında İranı, onun proksi qüvvələrini və əlaqəli qrupları günahlandırıb. Küveyt Xarici İşlər Nazirliyi cümə axşamı gecəsi ölkənin həyati əhəmiyyətli obyektlərinə İran və onun proksi qüvvələri tərəfindən həyata keçirilən pilotsuz uçuş aparatı (PUA) hücumlarını pisləyib. Nazirlik bu zərbələri ölkənin suverenliyinin və hava məkanının pozulması kimi qiymətləndirib.

İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi ölkə mətbuatına verdiyi açıqlamada Pakistanın vasitəçiliyi ilə keçirilən İran-ABŞ müzakirələrini şərh edib. Qəribabadi Tehranın danışıqlarda iştirak edən nümayəndə heyətinin tərkibinin İranın bu prosesə nə dərəcədə ciddi yanaşdığının bariz göstəricisi olduğunu vurğulayıb.

İsrail Başınaziri Benyamin Netanyahu, bazar günü yenidən başlaması planlaşdırılan korrupsiya məhkəməsinin təxirə salınması üçün Qüds Regional Məhkəməsinə müraciət edib. Netanyahu Yaxın Şərqdəki mövcud təhlükəsizlik vəziyyətini və ABŞ ilə İran arasında əldə olunmuş müvəqqəti atəşkəsdən sonrakı diplomatik prosesləri əsas gətirib.

ABŞ Prezidenti Donald Tramp İran rəhbərliyinə ünvanladığı son bəyanatında Tehranın diplomatik və hərbi mövqeyini sərt şəkildə tənqid edib. Tramp İran rəsmilərinin həyatda qalmasını birbaşa olaraq davam edən sülh prosesi ilə əlaqələndirib. Prezident Tramp bildirib ki, İran beynəlxalq su yollarından istifadə edərək dünyanı şantaj etməkdən başqa heç bir siyasi gücə malik deyil:

İran Parlamenti Hörmüz boğazından gəmilərin keçidi üçün yeni qaydaları ehtiva edən qanun layihəsinin detallarını açıqlayıb. Milli Təhlükəsizlik Komissiyasının sədri İbrahim Əzizi dövlət televiziyasına verdiyi müsahibədə bildirib ki, hazırlanan yeni layihəyə əsasən, boğazdan "təhlükəsiz keçid" üçün alınacaq ödənişlər yalnız İranın milli valyutası olan rial ilə qəbul ediləcək.

İranın Xarici İşlər naziri Abbas Əraqçi İsrail Baş naziri Binyamin Netanyahunun korrupsiya işi üzrə məhkəmə prosesinin yenidən başlamasına toxunaraq, regional sülhün İsrailin daxili siyasətinə təsir edəcəyini iddia edib. Nazir sosial media hesabı vasitəsilə yaydığı bəyanatda Netanyahunun məhkəmə qarşısına çıxarılmasını atəşkəs prosesi ilə əlaqələndirib.