#Tramp İran siyasəti

İran və ABŞ arasındakı gərginlik 90-cı müharibə günündə də davam edib. ABŞ Bandar Abbas limanı yaxınlığında hərbi zərbələr həyata keçirib, İran isə partlayışların insan və maddi ziyana səbəb olmadığını bildirib. Tramp İranın zənginləşdirilmiş uran ehtiyatlarının təhvil verilməsini tələb edib, Hörmüz boğazı strateji təhlükəsizlik nöqtəsi kimi qalır. Livan və Qəzza sektorunda isə İsrail və Hizbullah arasında yeni toqquşmalar qeydə alınıb.

ABŞ Prezidenti Donald Tramp, nümayəndə heyətinin Pakistan səfərini son anda ləğv etməsinin regionda hərbi əməliyyatların yenidən başlayacağı mənasına gəlmədiyini bəyan edib. "Axios" xəbər portalına açıqlama verən Tramp, "Xeyr, bu, elə bir şey demək deyil. Hələ ki, müharibənin yenidən başlamasını düşünməmişik" deyərək gərginliyi müəyyən qədər səngidib.

Amerika Birləşmiş Ştatları ilə İran arasında elan edilən müddətsiz atəşkəsə baxmayaraq Hörmüz boğazında strateji gərginlik yüksək həddə qalmaqda davam edir. ABŞ Prezidenti Donald Tramp özünə məxsus sosial media platforması vasitəsilə mühüm bəyanat yayaraq Amerika Hərbi Dəniz Qüvvələrinə boğazda dəniz minaları yerləşdirməyə cəhd edən hər hansı qayığın dərhal vurulub məhv edilməsi barədə əmr verdiyini açıqlayıb.

Pakistan hökumət rəsmilərinin verdiyi məlumata görə, ölkənin Baş Qərargah rəisi mareşal Asım Munir ilə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub. İslamabadda ABŞ və İran nümayəndə heyətləri arasında planlaşdırılan ikinci raund müzakirələr ərəfəsində keçirilən bu görüşdə əsas müzakirə mövzusu Hörmüz boğazındakı vəziyyət olub.

İsrail artıq Livanı bombalamayacaq. ABŞ tərəfindən bunu etmələri qadağan edildi. Bu sözləri Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp bildirib. O, məsələ ilə bağlı mövqeyini "Artıq kifayətdir" ifadəsi ilə qəti şəkildə ortaya qoyub. ABŞ lideri bu diqqətçəkən bəyanatla özünə məxsus "Truth Social" sosial media platformasındakı paylaşımında çıxış edib.

ABŞ Prezidenti Donald Tramp İran rəhbərliyinə ünvanladığı son bəyanatında Tehranın diplomatik və hərbi mövqeyini sərt şəkildə tənqid edib. Tramp İran rəsmilərinin həyatda qalmasını birbaşa olaraq davam edən sülh prosesi ilə əlaqələndirib. Prezident Tramp bildirib ki, İran beynəlxalq su yollarından istifadə edərək dünyanı şantaj etməkdən başqa heç bir siyasi gücə malik deyil: