Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Xəbərlər
    Digər Xəbərlər

    Tehran ABŞ Prezidentini yalan danışmaqda və dezenformasiya yaymaqda ittiham edib

    25 Fevral 2026 12:35
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Tehran ABŞ Prezidentini yalan danışmaqda və dezenformasiya yaymaqda ittiham edib
    Facebook Twitter LinkedIn Pinterest Email
    Bizi buradan izləyin və Bizə yazın

    BAKI, VOA, Nailə Babazadə

    İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ABŞ Prezidenti Donald Trampı ünvanına sərt ittihamlar səsləndirərək onu "yalanı təkrarlamaqda" günahlandırıb.

    VOA xəbər verir ki, İsmayıl Bəqayi "X" sosial media hesabı vasitəsilə etdiyi açıqlamada Donald Trampın ABŞ Konqresindəki çıxışı zamanı İran haqqında səsləndirdiyi fikirlərə münasibət bildirib. O, Trampın iddialarını kəskin tənqid edərək, bu cür bəyanatların saxta reallıq yaratmaq məqsədi daşıdığını qeyd edib.

    İranlı rəsmi öz açıqlamasında nasist Almaniyasının təbliğat naziri Jozef Göbbelsin "Yalanı həqiqət kimi görünənə qədər təkrarlayın" metodunu xatırladıb:

    "Bu qayda bu gün ABŞ hökuməti və onun ətrafındakı müharibə tərəfdarları, xüsusən də İsrail tərəfindən İran xalqına qarşı şər kampaniyası məqsədilə sistemli şəkildə istifadə olunur. İranın nüvə proqramı, qitələrarası ballistik raketləri və yanvar hadisələri ilə bağlı irəli sürülən iddialar böyük yalanların təkrarından başqa bir şey deyil."

    Xatırladaq ki, Donald Tramp Konqresdəki çıxışında İranın Avropanı və ABŞ-ın dənizaşırı bazalarını hədəf ala biləcək raketlər hazırladığını iddia etmişdi. O, həmçinin İranın nüvə silahı əldə etməsinə icazə verməyəcəyini və ölkədəki etirazlar zamanı 32 min insanın həyatını itirdiyini irəli sürmüşdü.

    Bəqayi isə bu rəqəmlərin və iddiaların heç bir əsasının olmadığını vurğulayaraq, beynəlxalq ictimaiyyəti bu növ dezenformasiyalara aldanmamağa çağırıb.

    #Donald Tramp #İran-ABŞ münasibətləri #Trampın siyasətləri #Tramp administrasiyası #Trampın fərmanları #Tramp İran siyasəti #İsmayıl Bəqai #İran–ABŞ danışıqları #ABŞ İran toqquşması #ABŞ-İran dialoqu #İran-ABŞ qarşıdurması #ABŞ və İran münasibətləri #İran–ABŞ əlaqələrinin kəsilməsi #ABŞ–İran münasibətləri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Kanada dolları ABŞ tarifləri təhdidi fonunda bir həftənin ən aşağı səviyyəsinə düşüb

    21 İyul 2026 21:59

    Tramp İranın nüvə obyektlərinə yeni zərbə ehtimalından danışıb

    21 İyul 2026 20:55

    İran müharibəsi aralıq seçkilərə təsir etməyəcək - Tramp

    21 İyul 2026 20:27

    Suriya Hizbullahla mübarizədə effektiv ola bilər - Tramp

    21 İyul 2026 20:24

    Tramp İranın hərbi imkanları barədə danışıb

    21 İyul 2026 20:21

    İran dialoq üçün “ümidsiz şəkildə görüşmək istəyir” - Tramp

    21 İyul 2026 20:13

    İsrail Livanın cənubunda yenidən yerləşdirilmə prosesindədir - Tramp

    21 İyul 2026 20:10

    ABŞ-İran münaqişəsində uzunmüddətli qarşıdurma riski artır

    21 İyul 2026 20:06

    Livan Prezidenti Ağon Ağ Evdə Trampla görüşüb

    21 İyul 2026 20:03

    ABŞ-da süni intellekt təhlükəsizliyi institutuna yeni rəhbər gəlir

    20 İyul 2026 22:21

    Netanyahu ABŞ-da olduğu müddətdə həbs edilməyəcək - Tramp

    20 İyul 2026 21:52

    ABŞ hərbçiləri öldürülərsə, İrana qarşı daha çox hücum olacaq - Tramp

    20 İyul 2026 21:08
    XƏBƏR LENTİ

    Kanada dolları ABŞ tarifləri təhdidi fonunda bir həftənin ən aşağı səviyyəsinə düşüb

    İran Fransa diplomatlarını “qeyri-peşəkar” davranışda ittiham edib

    Azərbaycan-Almaniya əlaqələri bütövlükdə bölgəmizdə əməkdaşlığa, sülhə töhfəsini verəcək - Prezident İlham Əliyev

    Prezident İlham Əliyev və Federal Kansler Fridrix Merts mətbuata bəyanatlarla çıxış ediblər

    BMT Qəzzada artan hücumlarla bağlı xəbərdarlıq edib

    Neftdən sonra nə gəlir? Səudiyyənin təmiz enerji strategiyası

    Tramp İranın nüvə obyektlərinə yeni zərbə ehtimalından danışıb

    Şahbaz Şərif İran daxili işlər naziri ilə görüşdə bütün tərəfləri təmkinli olmağa çağırıb

    İran müharibəsi aralıq seçkilərə təsir etməyəcək - Tramp

    Suriya Hizbullahla mübarizədə effektiv ola bilər - Tramp

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.