İranın xarici işlər naziri Abbas Əraqçi diplomatiya ilə hərbi sahənin milli maraqların qorunması istiqamətində koordinasiyalı fəaliyyət göstərdiyini bildirib. Əraqçi 40 günlük müharibənin İran üçün mühüm hadisələrlə yadda qaldığını bildirib. O, Minab şəhərində Şəcərə Tayyibə məktəbinə endirilən raket zərbəsi nəticəsində 168 şagird və müəllimin öldüyünü deyib.
#İran–ABŞ danışıqları
İranlı nazir ABŞ ilə iyunun 17-də əldə olunmuş razılaşmanın “atəşkəs” deyil, “müharibənin başa çatması” barədə anlaşma olduğunu deyib. Onun sözlərinə görə, ABŞ razılaşmanın şərtlərini pozub və nəticədə hərbi qarşıdurma yenidən başlayıb. ABŞ ilə danışıqların yenidən başlayıb-başlamayacağına dair suala cavabında nazir hazırda vasitəçilər vasitəsilə yalnız mesaj mübadiləsinin aparıldığını vurğulayıb
ABŞ-ın vitse-prezidenti Cey Di Vens (JD Vance) İsraili Vaşinqtonun İranla müharibəyə son qoymaq məqsədilə apardığı danışıqları pozmağa yönəlmiş kampaniyaları dəstəkləməkdə ittiham edib. Vens iddia edib ki, bu kampaniyada iştirak edən bəzi şəxslər ABŞ Prezidenti Donald Trampın keçmiş seçki kampaniyasında çalışmış bir şəxslə əlaqəlidirlər.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai yaxın günlərdə İran və ABŞ nümayəndələri arasında Qətərdə danışıqlar keçiriləcəyi ilə bağlı iddiaları təkzib edib.O, bununla ABŞ Prezidenti Donald Trampın tərəflərin Tehranın təşəbbüsü ilə çərşənbə axşamı Dohada danışıqlar aparacağı barədə açıqlamasını təkzib etmiş olub.
İran Xarici İşlər Nazirliyi Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə əməkdaşlığın tamamilə daxili qanunvericilik və yüksək səviyyəli milli təhlükəsizlik mandatları çərçivəsində qalacağını qətiyyətlə bəyan edib və dərhal, yoxlanılmamış nüvə təftişlərinin keçiriləcəyi ilə bağlı gözləntiləri azaldıb.
Qətərin "Əl-Cəzirə" telekanalı ABŞ və İran arasında imzalanmış İslamabad memorandumunun ardınca rəsmi Tehranın atacağı növbəti diplomatik addımlarla bağlı kritik məlumatlar yayıb. XİN rəsmisi memorandum çərçivəsində Hörmüz boğazının yenidən dəniz ticarətinə açılması prosesinə toxunaraq, kənar güclərin prosesə müdaxilə cəhdlərini qətiyyətlə rədd edib:
İran və ABŞ arasında bu həftənin cümə günü imzalanması planlaşdırılan rəsmi memorandumun tam mətni yalnız tərəflərin yekun imzalarından sonra ictimaiyyətə açıqlanacaq. Adının açıqlanmasını istəməyən diplomatik mənbə bildirib ki, tərəflər arasında əldə olunmuş ilkin razılaşmaya əsasən, sənədin hüquqi müstəvidə qüvvəyə minəcəyi gün – cümə gününə qədər mətnin məxfiliyi qorunacaq və rəsmi mərasimdən dərhal sonra həm regional, həm də dünya mətbuatı üçün tam şəkildə dərc ediləcək.
İran parlamentinin sədri və ölkənin aparıcı danışıqçılarından biri olan Məhəmməd Baqir Qalibaf 12 günlük müharibənin ildönümü münasibətilə bəyanat yayıb. Onun sözlərinə görə, qarşı tərəf münaqişə zamanı günahsız uşaqların ölümünə səbəb olub və müxtəlif cinayətlər törədib.
ABŞ və İranın Yaxın Şərqdə aylarla davam edən münaqişəyə son qoyacaq sülh sazişi üçün çərçivə sənədi üzərində razılığa gəldiyi iddia olunur. Şərif bildirib ki, sənədin yekun mətni artıq hazırlanıb və müqavilənin növbəti 24 saat ərzində elektron şəkildə imzalanması gözlənilir. Onun sözlərinə görə, sazişin icrası ilə bağlı texniki məsələlərin müzakirəsi məqsədilə gələn həftə danışıqların başlanması ehtimal edilir.
Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) direktoru Rafael Qrossi İranla ABŞ arasında müzakirələr aparılan yeni nüvə sazişinin əvvəlki razılaşmadan fərqli olacağını bildirib. O əlavə edib ki, yeni razılaşma əvvəlki modelə bənzəməyəcək və müzakirələr nəticəsində müharibədən sonra formalaşan yeni tələblərə uyğun olmalıdır
İran mediası ABŞ ilə mümkün sazişin layihəsinin hələ də Tehranda incələndiyini və hələlik rəsmi cavabın göndərilmədiyini bildirib. İranın Mehr Xəbər Agentliyi ABŞ ilə danışıqlar prosesinə dair məlumatlı mənbəyə istinadən yayımladığı xəbərdə qeyd edib ki, layihə hələ də Tehran tərəfindən nəzərdən keçirilir və danışıqların vasitəçisi olan Pakistan tərəfinə heç bir rəsmi cavab verilməyib.
ABŞ Prezidenti Donald Tramp bildirib ki, İrana qarşı sülh sazişi hərbi qələbədən belə üstün ola bilər. Trampın sözlərinə görə, qarşıdakı həftə ərzində İranla atəşkəs rejiminin uzadılması və Hörmüz boğazının yenidən işlək vəziyyətə gətirilməsi barədə saziş əldə olunması mümkündür.