Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Xəbərlər
    Digər Xəbərlər

    Tramp İranın nüvə proqramını yenidən başlatmağa çalışdığını iddia etdi

    5 Fevral 2026 09:22
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Tramp İranın nüvə proqramını yenidən başlatmağa çalışdığını iddia etdi
    Facebook Twitter LinkedIn Pinterest Email
    Bizi buradan izləyin və Bizə yazın

    BAKI,AzerVoice, Nailə Babazadə

    ABŞ Prezidenti Donald Tramp, həyata keçirdikləri hava hücumlarından sonra İranın nüvə proqramını yenidən başlatmaq təşəbbüsündə bulunduğunu iddia edib.

    AzerVoice xəbər verir ki, Tramp, İran ilə cümə günü Omanın paytaxtı Maskatda keçirilməsi gözlənilən görüşlər ərəfəsində "NBC News"a gündəmlə bağlı açıqlamalar verib.

    İranın ABŞ ordusunun vurduğu nüvə obyektlərinə qayıda bilmədiyini, lakin ölkənin başqa bir nöqtəsində yeni bir nüvə obyekti qurmağı düşündüyünü irəli sürən Tramp: "Bunu öyrəndik və 'Bunu etsəniz, çox ağır nəticələri olar' dedim," — ifadəsini işlədib.

    ABŞ və müttəfiqi İsrail İranı nüvə silahı inkişaf etdirməyə çalışmaqda ittiham edərkən, İran isə nüvə proqramının elektrik enerjisi istehsalı da daxil olmaqla dinc məqsədlərə yönəldiyini müdafiə edir.

    Ağ Ev rəsmisi İranla danışıqların 6 fevral cümə günü Omanın paytaxtı Maskatda keçiriləcəyini bildirmişdi.

    ABŞ Dövlət Katibi Marko Rubio mövzu ilə bağlı açıqlamasında, İranla keçiriləcək görüşlərdə bəzi başlıqların mütləq masada olmalı olduğunu vurğulayaraq: "Danışıqların həqiqətən mənalı bir nəticəyə çatması üçün bəzi mövzuları əhatə etməsi lazımdır. Bunların arasında ballistik raketlərin mənzili, bölgədəki terror təşkilatlarına verdikləri dəstək, nüvə proqramları və öz xalqına qarşı rəftarları yer alır," — demişdi.

    İsrail, İran ilə ABŞ arasında nüvə danışıqları prosesi davam edərkən, 13 iyun 2025-ci ildə İranın müxtəlif şəhərlərində nüvə və hərbi obyektləri, həmçinin mülki yaşayış məntəqələrini hədəf alan hücumlar başlatmışdı.

    İsrailə açıq dəstək verən ABŞ, 22 iyun 2025-ci ildə İranın Nətənz, Fordo və İsfahandakı 3 nüvə obyektinə, yalnız ABŞ-ın sahib olduğu və "sığınacaq dağıdan" bombalarla "Gecə yarısı çəkici" adını verdiyi əməliyyatla hücumlar təşkil etmişdi.

    ABŞ Prezidenti Tramp hücumları "böyük uğur" kimi xarakterizə edərkən, mediaya sızan ilk zərər qiymətləndirmə hesabatında hücumların İranın nüvə proqramını "məhv etmədiyi", sadəcə "bir neçə ay gerilətdiyi" irəli sürülmüşdü.

    #Donald Tramp #Oman #Marko Rubio #İsrail və İran gərginliyi #Trampın siyasətləri #Tramp administrasiyası #Trampın fərmanları #Trampın iddiaları #İsrail və İran münasibətləri #Trampın Avropa siyasəti #İsrailin İran hücumu #ABŞ və İsrailin İran siyasəti #Oman vasitəçiliyi #İsrail İran hücumu #İran-İsrail qarşıdurması #İran-İsrail gərginliyi və İraq seçkiləri #İsrail İran münasibətləri #Oman Ticarət və Sənaye naziri #ABŞ dövlət katibi Marko Rubio
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Tramp Netanyahudan Suriya və Livandan qoşunların çıxarılmasını istəyib

    15 İyul 2026 12:22

    İranın hər qarışını müdafiə edəcəyik - Məsud Pezeşkian

    14 İyul 2026 22:35

    ABŞ İranın hərbi imkanlarının böyük hissəsini məhv edib - Tramp

    14 İyul 2026 22:31

    İran “ilk atəşi açdı” və bu, böyük səhv idi - Tramp

    14 İyul 2026 22:28

    ABŞ Prezidenti boğazın qorunması ilə bağlı yeni yanaşma açıqlayıb

    14 İyul 2026 22:26

    Tramp Hörmüz boğazından keçid üçün ödəniş ideyasını dəstəkləmədiyini bildirib

    14 İyul 2026 22:24

    Yeni hücumlar fonunda neft bahalaşıb, dollar zəifləyib

    14 İyul 2026 21:28

    Tramp Hörmüz boğazı ilə bağlı 20 faizlik rüsum qərarından geri çəkilib

    14 İyul 2026 21:14

    Hörmüz boğazında gəmi hərəkəti rekord həddə azalıb

    14 İyul 2026 20:16

    ABŞ senatoru Şumer Trampı İran müharibəsinə görə tənqid etdi

    14 İyul 2026 19:35

    İran hücum edərsə, İsrail güclü cavab verəcək - Benyamin Netanyahu

    14 İyul 2026 19:32

    Oman Hörmüz boğazında neytral mövqeyini açıqlayıb

    14 İyul 2026 18:59
    XƏBƏR LENTİ

    FETÖ artıq istifadə dəyərini itirmiş bir quruluşdur - Hakan Fidan

    İngiltərə Argentinanı keçə bilərmi? Qalmaqallarla dolu çempionat

    Türkiyənin ABŞ-yə elektrik avadanlıqları ixracı xeyli artıb (ÖZƏL)

    Hakan Fidan Ukraynaya gedəcək

    Türkiyənin ABŞ-yə hazır geyim ixracı xeyli artıb (ÖZƏL)

    Tramp Netanyahudan Suriya və Livandan qoşunların çıxarılmasını istəyib

    Azərbaycan 15 iyulda, o qaranlıq gecədə qardaşlığını nümayiş etdirdi - Birol Akgün

    Prezident İlham Əliyev Ərdoğana Türkiyədə Demokratiya və Milli Birlik Günü münasibətilə məktub ünvanlayıb

    İstanbul Hava Limanı qlobal aviasiyada liderliyini qoruyur: 39 milyondan çox sərnişin (ÖZƏL)

    Bylock necə deşifrə edildi? MİT-in gizli əməliyyatının detalları və 15 iyul çevriliş cəhdinə gedən yol

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.