#ABŞ dövlət katibi Marko Rubio

ABŞ Prezidenti Donald Trampın İranla sülh razılaşmasına nail olmaq istiqamətində administrasiya daxilində fərqli siyasi baxışlara malik yüksək vəzifəli şəxslərdən istifadə etməsi diqqət çəkir. ABŞ dövlət katibi Marko Rubio sərt mövqeli siyasətçi kimi qiymətləndirildiyi halda, vitse-prezident Cey Di Vens daha yumşaq və diplomatik yanaşmanın tərəfdarı hesab olunur.

ABŞ Prezidenti Donald Tramp, həyata keçirdikləri hava hücumlarından sonra İranın nüvə proqramını yenidən başlatmaq təşəbbüsündə bulunduğunu iddia edib. Tramp, İran ilə cümə günü Omanın paytaxtı Maskatda keçirilməsi gözlənilən görüşlər ərəfəsində "NBC News"a gündəmlə bağlı açıqlamalar verib. İranın ABŞ ordusunun vurduğu nüvə obyektlərinə qayıda bilmədiyini, lakin ölkənin başqa bir nöqtəsində yeni bir nüvə obyekti qurmağı düşündüyünü irəli sürən Tramp: "Bunu öyrəndik və 'Bunu etsəniz, çox ağır nəticələri olar' dedim," — ifadəsini işlədib.