Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    Vaşinqton Avropada söz azadlığı təşəbbüslərini maliyyələşdirməyi planlaşdırır

    18 İyul 2026 22:45
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Vaşinqton Avropada söz azadlığı təşəbbüslərini maliyyələşdirməyi planlaşdırır
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA,Yusif Şərifzadə

    ABŞ Prezidenti Donald Trampın administrasiyası xarici yardım siyasətində yeni prioritetlər çərçivəsində Avropa və digər regionlarda MAGA (Make America Great Again) ideyalarına yaxın təşəbbüslərin maliyyələşdirilməsini nəzərdə tutan qrant proqramını elan etməyə hazırlaşır. Bu barədə Financial Times qəzeti məlumat yayıb.

    VOA xəbər verir ki, qəzetin əldə etdiyi və ABŞ Dövlət Departamentinin Konqres üzvlərinə göndərdiyi bildirilən sənədə əsasən, təklif olunan proqramlardan biri Avropa İttifaqının Rəqəmsal Xidmətlər Aktı (Digital Services Act) və Rəqəmsal Bazarlar Aktı (Digital Markets Act) çərçivəsində tətbiq olunan məzmun tənzimləmələrinin yaratdığı iddia edilən senzura ilə mübarizə məqsədilə 2 milyon dollar ayrılmasını nəzərdə tutur. Məlumatda bildirilir ki, Reuters həmin sənədi müstəqil şəkildə təsdiqləyə bilməyib.

    Məlumata görə, proqram ABŞ administrasiyasının xarici yardım siyasətinin yenidən formalaşdırılması strategiyasının bir hissəsidir. Plan çərçivəsində söz azadlığı, milli suverenlik və Tramp administrasiyasının prioritet hesab etdiyi digər mövzular üzrə fəaliyyət göstərən təşkilatların dəstəklənməsi nəzərdə tutulur.

    Financial Times yazır ki, təklif olunan digər qrantlar Avropada "Qərb sivilizasiyası dəyərləri" istiqamətində əməkdaşlığın genişləndirilməsi, Şərqi Avropa və Balkanlarda müxtəlif təşəbbüslərin dəstəklənməsi, həmçinin digər regionlarda insan hüquqları və söz azadlığı layihələrinin maliyyələşdirilməsini də əhatə edir.

    Qəzetin məlumatına görə, proqram hələ yekun təsdiq mərhələsindədir və bəzi təşəbbüslərlə bağlı Dövlət Departamenti daxilində fikir ayrılıqları mövcuddur. Administrasiya isə bu dəyişiklikləri ABŞ-ın xarici yardım siyasətinin yeni prioritetlərinə uyğunlaşdırmaq məqsədi daşıdığını bildirir.

    #ABŞ #Avropa İttifaqı #Donald Tramp #ABŞ Dövlət Departamenti #MAGA #Rəqəmsal Xidmətlər Aktı #Rəqəmsal Bazarlar Aktı #Xarici yardım
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Rusiya Aİ-yə üzvlük məsələsində Ermənistanla danışıqlar aparmır - Overçuk

    3 Sentyabr 2026 11:17

    ABŞ-də Trampın metal pulu dövriyyəyə buraxılıb

    3 Sentyabr 2026 10:52

    BƏƏ Prezidenti Donald Trampla telefon danışığı aparıb

    3 Sentyabr 2026 10:32

    Ermənistan Aİ-yə üzv olmaq həvəsini itirəcək - Lavrov

    3 Sentyabr 2026 10:07

    İranla yenidən başlayan döyüşlər uzun çəkməyəcək - Tramp

    2 Sentyabr 2026 22:42

    Anthropic Tramp administrasiyası ilə münasibətlərini yaxşılaşdırıb

    2 Sentyabr 2026 20:58

    Tramp Hörmüz boğazına öz adının verilməsini təklif edib

    2 Sentyabr 2026 19:56

    ABŞ bölgədə təhlükəsizliyin pozulmasının mənbəyidir - Qalibaf

    2 Sentyabr 2026 19:49

    İran ABŞ-nin mülki şəxsləri hədəfə almadığı barədə açıqlamasını rədd edib

    2 Sentyabr 2026 19:33

    ABŞ-də yüksək hərbi vəzifələrdə dəyişikliklər davam edir

    2 Sentyabr 2026 19:07

    ABŞ-nin İrana hücumlarında ölənlərin sayı 19-a çatıb

    2 Sentyabr 2026 18:41

    ABŞ Mərkəzi Komandanlığı İranda mülki şəxsləri hədəfə alması ilə bağlı ittihamları rədd edib

    2 Sentyabr 2026 18:38
    XƏBƏR LENTİ

    Təhlükəsiz torpaqdan dayanıqlı şəhərlərə: Minatəmizləmə ərazi inkişafının təməl komponentinə çevrilir

    Səudiyyə Ərəbistanı Olimpiadada 11 idman növünə fokuslanacaq

    Azərbaycanda da sevilən ərəb ulduzu qayıdır - Şirin Əbdülvahabdan yeni albom müjdəsi

    Dubay birjası Körfəz bazarlarında yüksəlişə yönəlib

    Səudiyyə Ərəbistanında 7 nəhəng su zavodu tikilir - digər ölkələrə su satılacaq

    İslam Hərbi Alyansı və Britaniya terrorla mübarizədə əməkdaşlığı genişləndirir

    Rusiya hərbi bazasının Ermənistanda mövcudluğunu həyati əhəmiyyətli hesab etmirik - Paşinyan

    Səudiyyə enerji sektoru birinci yarımildə 67 milyard dollarlıq mənfəət əldə edib

    Yəməndə ərzaq böhranı dərinləşir

    İspaniyada Seuta miqrasiya böhranına görə kütləvi etirazlar keçirilib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.