Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    Berlin-Tehran gərginliyi - İran XİN rəhbəri Mertsin İran siyasətini tənqid etdi

    5 Fevral 2026 10:16
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Berlin-Tehran gərginliyi - İran XİN rəhbəri Mertsin İran siyasətini tənqid etdi
    Facebook Twitter LinkedIn Pinterest Email
    Bizi buradan izləyin və Bizə yazın

    BAKI,AzerVoice, Fərid Mikayılov

    İranın xarici işlər naziri Abbas Əraqçi Almaniya kansleri Fridrix Mertsin son açıqlamalarına sərt reaksiya verib. Nazir Almaniyanın bir vaxtlar Avropanın inkişafının “mühərriki” olduğunu, lakin hazırda “geriləmənin mühərrikinə” çevrildiyini bildirib.

    AzerVoice xəbər verir ki, Əraqçi sosial şəbəkə paylaşımında qeyd edib ki, ötən ilin sentyabrında Nyu-Yorkda Mertsin təkidi ilə E3 formatı İranla nüvə danışıqlarındakı rolundan faktiki olaraq imtina edib və BMT sanksiyalarının bərpası istiqamətində addımlar atılıb.

    Onun sözlərinə görə, eyni siyasətin müəllifi olan Merts indi yenidən həmin danışıqlara qayıtmağa çalışır.

    İran XİN rəhbəri Almaniya kanslerini siyasi sadəlövhlükdə və məsuliyyətsiz mövqedə ittiham edib. O, 2025-ci ilin iyununda İsrailin zərbələri nəticəsində min nəfərdən çox iranlının həlak olmasını xatırladaraq, həmin dövrdə Mertsin bu hadisələri “sevinc”lə qarşıladığını iddia edib. Əraqçi həmçinin kanslerin İranın guya “bir neçə həftəyə çökməsi” ilə bağlı açıqlamalarını reallıqdan uzaq adlandırıb.

    Nazir vurğulayıb ki, Alman xalqı tarix boyu zəhmətkeşliyi və yenilikçi düşüncəsi ilə bəşəriyyətə böyük töhfələr verib və İran hər zaman Berlinlə güclü münasibətlərin tərəfdarı olub. Buna görə də, onun fikrincə, hazırkı siyasi ritorika Almaniyanın beynəlxalq nüfuzuna zərər vurur.

    Əraqçi bəyanatını Almaniyada daha yetkin və məsuliyyətli siyasi liderliyin yenidən önə çıxacağına ümid etdiyini bildirərək yekunlaşdırıb.

    Abbas Əraqçi Fridrix Mertsi tənqid etdi

    İran Almaniya münasibətlərində gərginlik

    Almaniya kansleri Merts İran siyasətinə görə ittiham edildi

    Abbas Əraqçi Almaniya kansleri Fridrix Mertsin İranla bağlı açıqlamalarına cavab verib. İran Almaniya münasibətləri, Berlin Tehran diplomatik gərginlik, İran nüvə proqramı, E3 nüvə danışıqları, BMT sanksiyalarının bərpası, Avropa İttifaqının rolu, Almaniya xarici siyasəti, İran XİN rəhbərinin bəyanatı, Yaxın Şərq geosiyasəti, İsrail İran qarşıdurması, Qərbin İran siyasəti, Avropanın diplomatik mövqeyi, beynəlxalq siyasi gərginlik, nüvə danışıqları böhranı, Fridrix Merts X paylaşımı, Abbas Əraqçi cavab bəyanatı, Berlinin regional siyasəti, Avropa liderlərinin mövqeyi, Almaniya İran dialoqu, siyasi ritorika və diplomatik qarşıdurma

    • İran Almaniya diplomatik böhran
    • Abbas Əraqçi Fridrix Merts mübahisəsi
    • İran nüvə proqramı Avropa
    • Almaniya kansleri İran açıqlaması
    • Berlin Tehran siyasi qarşıdurma
    • E3 formatı və BMT sanksiyaları
    • Avropa İran danışıqları
    • Geosiyasi gərginlik Yaxın Şərq

    #İran #Almaniya #Fransa #Böyük Britaniya #Avropa İttifaqı (Aİ) #Tehran #Abbas Əraqçi #İranın nüvə proqramı #İranın nüvə danışıqları #Berlin #Tehran nüvə danışıqları #Fridrix Merts #E3 formatı #Berlin Tehran gərginliyi #Qərb İran siyasəti
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Qalibaf ABŞ-nin iqtisadi təzyiq iddialarına cavab verib - “Əsl 130-lar bunlardır”

    29 Avqust 2026 21:11

    Abbas Əraqçi müsəlman ölkələrini böyük dövlətlərin “həddindən artıq tələblərinə” qarşı birliyə çağırıb

    29 Avqust 2026 20:09

    İraqdakı silahlı qrup tərksilah üçün ABŞ qüvvələrinin çıxmasını şərt qoyub

    29 Avqust 2026 18:52

    Yeni regional razılaşmalar bölgədə yeni mərhələnin başlanğıcı ola bilər - Qalibaf

    29 Avqust 2026 18:30

    Müdafiə gücümüzün ən mühüm dayağı milli birlikdir - İranın müdafiə naziri

    29 Avqust 2026 18:19

    İran İnqilab Keşikçiləri Korpusu ölkənin cənub-şərqində silahlı qrupa qarşı əməliyyat keçirib

    29 Avqust 2026 18:16

    ABŞ rəsmiləri media vasitəsilə enerji bazarlarını manipulyasiya edir - Əraqçi

    29 Avqust 2026 17:26

    İran Hörmüz boğazı ilə bağlı ABŞ-ın iddialarını təkzib etdi

    29 Avqust 2026 16:57

    İran problemləri ABŞ-la dialoq yolu ilə həll etməyə hazırdır - Pezeşkian

    29 Avqust 2026 15:37

    Hərbi gücümüzün məhv edilməsi barədə iddialar yalandır - İran generalı

    29 Avqust 2026 14:18

    Altı aydır nə strategiya var, nə də müharibənin sonu görünür - ABŞ senatoru

    28 Avqust 2026 22:24

    Fransanın “Pasqal” şirkətinin səhmləri ilk gündə 73 faizədək bahalaşıb

    28 Avqust 2026 22:18
    XƏBƏR LENTİ

    Məğlubiyyətdən gücə - Çində “Boksçular üsyanı” ölkənin gələcəyini necə dəyişdi?

    31 avqustda ərəb dövlətlərində nə baş verdi?

    Tarixdə bu gün – 31 Avqust

    Mavritaniyanın antiterror modeli-Sələfilərlə dialoq və inteqrasiya

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüşü və sərgisini izləyiblər

    Casus peykindən elmi tədqiqata - Roman teleskopunun gizli hərbi keçmişi haqqında nə bilirik?

    Məkkə yağışlarının sirri nədir? Süheyl ulduzu və “El-Ninyo” hadisəsi nə deyir?

    Yeni "Freelander 8" Yaxın Şərq bazarına çıxır

    Ağciyərlər: Hər nəfəsdə həyat verən möhtəşəm sistem

    Bədr ər-Rəzizə Səudiyyə Ərəbistanı Futbol Federasiyasında yeni prezidenti seçildi

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.