Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    Avropa ölkələrinin BMT sanksiyalarını bərpa etmək hüququ yoxdur - İran

    26 Avqust 2025 15:42
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Avropa ölkələrinin BMT sanksiyalarını bərpa etmək hüququ yoxdur - İran
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib ki, 2015-ci il nüvə sazişində iştirak edən Avropa tərəflərinin, Tehrana qarşı BMT sanksiyalarını bərpa edəcək “tetik mexanizmi” (snapback) işlətmək üçün hüquqi səlahiyyəti yoxdur.

    AzerVoice xəbər verir ki,İranın rəsmi IRNA xəbər agentliyinə əsasən, Bəqai Tehranda Xarici İşlər Nazirliyində keçirdiyi mətbuat konfransında ölkənin xarici siyasət gündəmi ilə bağlı fikirlərini bölüşüb.

    İngiltərə, Fransa və Almaniyanın "İranın sazişi pozduğunu əsas gətirərək BMT sanksiyalarını bərpa etmək üçün mexanizmi işə salmaq" hədəsini dəyərləndirən Bəqai deyib ki, "Avropa tərəflərinin bu mexanizmdən istifadə etməyə nə hüquqi, nə də mənəvi legitimliyi var."

    Bəqai bu mexanizmin istifadəsinin nəticələrindən narahat olduqlarını bildirib və əlavə edib ki, "Əgər Avropa ölkələri saziş üzrə öhdəliklərini yerinə yetirmiş olsaydılar, bu kimi vəziyyətlər ortaya çıxmazdı və İran da sazişdəki öhdəliklərini azaltmaq hüququndan istifadə etməzdi."

    O, bu məsələnin İran xalqının zehni və mənəvi durumuna mənfi təsir göstərməsinə icazə verməyəcəklərini vurğulayıb.

    Bekayi 14 iyul tarixində verdiyi açıqlamada isə bəyan etmişdi ki, əgər İngiltərə, Fransa və Almaniya “tetik mexanizmi”ni işə salsa, Tehran bunu birbaşa toqquşma ilə bərabər tutacaq və buna qarşılıq verəcək.

    Qeyd edək ki, İranla BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniya arasında 14 iyul 2015-ci ildə imzalanan sazişə əsasən, sanksiyaların qaldırılması qarşılığında İranın nüvə fəaliyyətləri məhdudlaşdırılmışdı.

    ABŞ 2018-ci ildə bu sazişdən birtərəfli qaydada çıxaraq İrana qarşı sanksiyaları bərpa etmişdi. İran isə Avropa ölkələrindən bu sanksiyaların kompensasiya olunmasını tələb etsə də, Avropalılar ABŞ-ın bu addımına qarşı çıxmalarına baxmayaraq ciddi addım atmamışdılar.

    Nəticədə İran 1 il sonra sazişdəki öhdəliklərini mərhələli şəkildə dayandırmağa başlamış və uranın zənginləşdirilməsi üzrə fəaliyyətlərini artırmışdı.

    "E3" kimi tanınan Avropa tərəfləri – İngiltərə, Fransa və Almaniya – isə ABŞ-ın sazişdən çıxmasından sonra icra olunmayan razılaşmadakı “tetik mexanizmi” maddəsini işə salmaqla İrana qarşı BMT sanksiyalarını geri qaytarmaq hədəsi ilə çıxış edirlər. Bu mexanizmin tətbiq müddəti 18 oktyabrda başa çatır.

    Digər tərəfdən, İran ilə Avropa ölkələri (İngiltərə, Fransa və Almaniya) 25 iyulda İstanbulda xarici işlər nazir müavinləri səviyyəsində görüş keçirib və danışıqları davam etdirmək barədə razılığa gəliblər. Tərəflər 26 avqustda yenidən görüşəcəklər.

    İran rəsmiləri bildiriblər ki, əgər BMT sanksiyaları yenidən tətbiq olunarsa, ölkə 1970-ci ildən bəri üzv olduğu Nüvə Silahlarının Yayılmasının Qarşısının Alınması Müqaviləsinə (NPT) yenidən baxacaq.

    #İran #Almaniya #BMT #Fransa #İngiltərə #İranda seçkilər #İran şirkətləri #İran ballistik raketləri #İsrail və İran gərginliyi #İran sanksiyalar #BMT sülhməramlı qüvvələri #İsrail və İran münasibətləri #İsmayıl Bəqai #İsrailin İran hücumu #İsrailin İran hücum planı #İsrail İran hücumu #İran-İsrail qarşıdurması
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Qalibaf ABŞ-nin iqtisadi təzyiq iddialarına cavab verib - “Əsl 130-lar bunlardır”

    29 Avqust 2026 21:11

    Abbas Əraqçi müsəlman ölkələrini böyük dövlətlərin “həddindən artıq tələblərinə” qarşı birliyə çağırıb

    29 Avqust 2026 20:09

    İraqdakı silahlı qrup tərksilah üçün ABŞ qüvvələrinin çıxmasını şərt qoyub

    29 Avqust 2026 18:52

    Yeni regional razılaşmalar bölgədə yeni mərhələnin başlanğıcı ola bilər - Qalibaf

    29 Avqust 2026 18:30

    Müdafiə gücümüzün ən mühüm dayağı milli birlikdir - İranın müdafiə naziri

    29 Avqust 2026 18:19

    İran İnqilab Keşikçiləri Korpusu ölkənin cənub-şərqində silahlı qrupa qarşı əməliyyat keçirib

    29 Avqust 2026 18:16

    ABŞ rəsmiləri media vasitəsilə enerji bazarlarını manipulyasiya edir - Əraqçi

    29 Avqust 2026 17:26

    İran Hörmüz boğazı ilə bağlı ABŞ-ın iddialarını təkzib etdi

    29 Avqust 2026 16:57

    İran problemləri ABŞ-la dialoq yolu ilə həll etməyə hazırdır - Pezeşkian

    29 Avqust 2026 15:37

    Hərbi gücümüzün məhv edilməsi barədə iddialar yalandır - İran generalı

    29 Avqust 2026 14:18

    Tarixdə bu gün – 29 Avqust

    29 Avqust 2026 00:01

    Altı aydır nə strategiya var, nə də müharibənin sonu görünür - ABŞ senatoru

    28 Avqust 2026 22:24
    XƏBƏR LENTİ

    Suriyada keçmiş zabit öldürüldü

    Ərdoğan Bişkekə gedir

    Nigerdə üsyançı hücumundan sonra sakitlik bərpa olundu - Əlcəzair niyə hərəkətə keçdi?

    Məkkə müdafiə sazişinin ilk iclasında hansı məsələlər müzakirə ediləcək?

    Məğlubiyyətdən gücə - Çində “Boksçular üsyanı” ölkənin gələcəyini necə dəyişdi?

    31 avqustda ərəb dövlətlərində nə baş verdi?

    Tarixdə bu gün – 31 Avqust

    Mavritaniyanın antiterror modeli-Sələfilərlə dialoq və inteqrasiya

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüşü və sərgisini izləyiblər

    Casus peykindən elmi tədqiqata - Roman teleskopunun gizli hərbi keçmişi haqqında nə bilirik?

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.