Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Yaxın Şərq
    Yaxın Şərq

    Suriya hava məkanını yenidən açır: Doha və Ciddədən Dəməşqə uçuşlar bərpa edilir

    23 Aprel 2026 20:06
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Suriya hava məkanını yenidən açır: Doha və Ciddədən Dəməşqə uçuşlar bərpa edilir
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA, Nailə Babazadə

    Suriya rəsmiləri ABŞ-İsrail və İran arasındakı münaqişə səbəbindən bir neçə həftəlik fasilədən sonra mayın birindən etibarən Doha və Ciddədən Dəməşq Beynəlxalq Hava Limanına uçuşların bərpa ediləcəyini elan ediblər.

    VOA xəbər verir ki, Suriya Mülki Aviasiya və Hava Nəqliyyatı Baş İdarəsinin verdiyi məlumata görə "Qatar Airways" Dohadan Dəməşqə hər gün müntəzəm reyslər həyata keçirəcək. Eyni zamanda Səudiyyə Ərəbistanının "Flynas" aviaşirkəti də gələn həftənin cümə günündən etibarən Ciddədən Suriyanın paytaxtına həftədə üç uçuş reallaşdıracağını təsdiqləyib.

    İdarənin media ofisinin rəhbəri Mustafa Xeyrullah bu addımın regional əlaqələrin gücləndirilməsi istiqamətində mühüm bir mərhələ olduğunu bildirib. SANA xəbər agentliyinə danışan rəsmi uçuşların bərpasının regionda təhlükəsizlik vəziyyətinin yaxşılaşması fonunda Dəməşq Beynəlxalq Hava Limanında hava nəqliyyatının bərpasına böyük töhfə verəcəyini vurğulayıb. Suriya aprel ayının əvvəlində ABŞ və İran arasında əldə olunan atəşkəs razılaşmasından sonra hava məkanını yenidən açaraq hava hərəkətini qismən bərpa etmişdi.

    Ölkənin ən böyük hava limanı olan Dəməşq Beynəlxalq Hava Limanı paytaxtı şimaldakı Hələb kimi digər daxili şəhərlərlə də birləşdirir. 2024-cü ilin dekabrında Bəşər Əsəd rejiminin devrilməsindən sonra hava limanının fəaliyyətində tədricən bərpa prosesi müşahidə olunur. Beynəlxalq uçuşların artması ölkənin həm iqtisadi dirçəlişi həm də xarici ölkələrlə diplomatik və mülki əlaqələrinin normallaşması baxımından strateji əhəmiyyət kəsb edir.

    #Doha #Suriya #Dəməşq #Suriya xəbərləri #Suriya münaqişəsi #İran-ABŞ münasibətləri #Ciddə #İran–ABŞ danışıqları #ABŞ İran toqquşması #ABŞ-İran dialoqu #İran-ABŞ qarşıdurması #ABŞ və İran münasibətləri #İran–ABŞ əlaqələrinin kəsilməsi #ABŞ–İran münasibətləri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    ABŞ-nin İrana qarşı iqtisadi təzyiq siyasəti uğursuzluğa məhkumdur - Abbas Əraqçi

    21 Avqust 2026 21:34

    Pekin Vaşinqton və Tehranı danışıqlar masasına çağırıb

    21 Avqust 2026 19:03

    Müharibədən sonrakı bərpa mərhələsi - Suriya neft və qaz infrastrukturunu yenidən qurur

    21 Avqust 2026 12:49

    ABŞ səfiri İsrail və Türkiyə arasında birbaşa toqquşma ehtimalını qiymətləndirdi

    21 Avqust 2026 12:43

    Suriya Məkkə müdafiə paktına qoşulur? – Xarici İşlər nazirindən İslamabadda mühüm bəyanat

    21 Avqust 2026 06:22

    Bölgədə sülh üçün əməkdaşlığımızı gücləndirəcəyik - Hakan Fidan

    20 Avqust 2026 21:10

    Qətərin xarici işlər naziri Hörmüz boğazında “şantaja” son qoymağa çağırıb

    20 Avqust 2026 18:09

    Suriyanın suverenliyini pozan hücumlar qəbuledilməzdir - Türkiyə MN

    20 Avqust 2026 13:21

    Keçmiş Əsəd generalı Livandan Suriyaya təhvil verildi

    20 Avqust 2026 09:40

    ABŞ İranla danışıqları gələcəkdə yenidən başlada bilər - Tramp

    19 Avqust 2026 22:26

    Qətər və Misir bölgədə gərginliyin azaldılması üçün birgə səyləri müzakirə edib

    19 Avqust 2026 20:33

    Dəməşq tələb edir - Moskvanın isə Əsədi təhvil verməmək üçün hüquqi bəhanələri var

    19 Avqust 2026 19:57
    XƏBƏR LENTİ

    Ronalda futboldan sonra nə işlə məşğul olacaq?

    Bu gün “Mona Liza”nın oğurlanması üzə çıxdı

    Qəzzanın milyardlıq büdcəsini kim idarə edəcək?

    Kəbənin yerləşdiyi müqəddəs Məkkənin tarixi, coğrafiyası və dini əhəmiyyəti

    Tarixdə bu gün – 22 Avqust

    Tramp bal zalını “hərbi mərkəz” adlandırır - Layihənin 65 faizi tamamlanıb

    Lula Trampa xəbərdarlıq edib - Tariflər hər iki iqtisadiyyata zərər verəcək

    ABŞ-nin İrana qarşı iqtisadi təzyiq siyasəti uğursuzluğa məhkumdur - Abbas Əraqçi

    Hərbi təchizat zəncirimiz fəaliyyətini davam etdirir - İran

    NATO ölkələri Hörmüz boğazı üçün planları müzakirə edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.