İsrailin müdafiə naziri İsrael Katz Suriyanın cənubundakı ərazilərə səfər edib və İsrailin bölgədə hərbi mövcudluğunu qoruyacağını bildirib. Katz İsrailin Qolan təpələrindəki Şeyx dağı və Suriyada yaradılan təhlükəsizlik zonasından təhdidlər davam etdiyi müddətdə çıxmayacağını deyib. İsrailin müdafiə naziri Suriya Prezidenti Əhməd əş-Şəraaya mesaj göndərərək, Dəməşqdəki prezident sarayından Şeyx dağına baxarkən İsrail qüvvələrini görməsinin ölkəsinin sərhədlərini və yaşayış məntəqələrini qorumaq məqsədi daşıdığını bildirib.
#Suriya münaqişəsi
Suriyanın terroru dəstəkləyən dövlət təsnifatından çıxarılması onun təcriddən tərəfdaşlığa doğru yolunda növbəti addımdır və Birləşmiş Ştatlar ilə Suriya arasında qarşılıqlı maraqlara əsaslanan yeni münasibətlərdə daha bir təməl daşıdır.ArabAZ xəbər veri ki, bu haqda ABŞ-nin Dəməşqdəki Səfirliyinin "X" platformasındakı paylaşımında deyilir.
Səudiyyə Ərəbistanı Suriya ilə iqtisadi əlaqələri dərinləşdirmək məqsədilə Dəməşqdə yükdaşımaları və sərnişin daşınması da daxil olmaqla müraciətləri qəbul edən viza xidməti mərkəzinin açılışını həyata keçirib. Mərkəz iqtisadi əlaqələri gücləndirmək və ağır iqtisadi çətinliklər fonunda Suriyanın bərpasını dəstəkləmək istiqamətindəki birgə səylərin tərkib hissəsi kimi yaradılıb.
Hərbi bazalarla bağlı danışıqlar təxminən 18 ay çəkdi və Suriyanın suverenliyini təmin edən, eyni zamanda Rusiyanın nüfuzuna ciddi xələl gətirməyən bir nəticə ilə yekunlaşdı. Lakin Suriya hökuməti Əsədin təhvil verilməsi üçün Moskvaya rəsmi müraciət edəcəyi təqdirdə, bu məsələ hüquqi, siyasi, geosiyasi və iqtisadi maraqların, həmçinin hər iki tərəf üçün yüksək rəmzi dəyər daşıyan amillərin toqquşduğu olduqca çətin və mürəkkəb danışıqlar prosesi tələb edəcək.
Suriyadakı düşərgələrdən Avstraliyaya qaytarılan və İŞİD terror təşkilatı ilə əlaqəli olduqları bildirilən bir qrup qadın ölkəyə daxil olduqdan sonra həbs təhlükəsi ilə üz-üzədir. Dörd qadın və doqquz uşaq bu gün axşam saatlarında Avstraliyanın Sidney və Melburn şəhərlərinə çatacaq. Onların Suriyadakı qaçqın düşərgələrindən Qətərin paytaxtı Doha üzərindən təxliyə edildiyi bildirilib.
Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) gələrək Nəsib sərhəd keçid məntəqəsi vasitəsilə Suriyaya daxil olan 200-dən çox avtomobilin Avropa bazarlarına daşınması üçün Laziqiyyə limanında gəmilərə yüklənməsinə başlanılıb. Suriyanın SANA agentliyi məlumat verib. Bu addım Suriya limanlarının logistik fəaliyyətindəki kəskin artımın və strateji əhəmiyyətinin göstəricisi kimi qiymətləndirilir.
Suriya Prezidenti Əhməd Əş-Şəraa, “Dörd Dəniz və Doqquz Koridor” təşəbbüsü ilə Suriyanın Orta Asiya və Körfəz regionunu Avropanın mərkəzinə bağlayan təhlükəsiz və alternativ bir marşrut olduğunu vurğulayıb. Kiprin paytaxtı Nikosiyada keçirilən Avropa İttifaqı və Regional Tərəfdaşların Toplantısında çıxış edən Prezident Əş-Şəraa bildirib ki, bu görüş ənənəvi əməkdaşlıq çərçivələrini aşan yeni bir geosiyasi reallığı təsdiqləyir və strateji yetkinlik anını təmsil edir.
Suriya Mərkəzi Bankı Dəməşqdə valyuta və qızıl əməliyyatlarını tək dam altında toplayacaq elektron bazarın yaradıldığını elan edib. Bank bu addımın maliyyə şəffaflığını artırmaq və bazardakı qeyri-sabitliyi azaltmaq məqsədi daşıdığını bildirib. Suriya Mərkəzi Bankı pul siyasətinin inkişaf etdirilməsi və maliyyə sabitliyinin gücləndirilməsi çərçivəsində Şam Valyuta və Qızıl Bazarının fəaliyyətə başladığını açıqlayıb. Sözügedən addımın 2025-ci il tarixli 189 saylı Nazirlər Kabineti Qərarı çərçivəsində həyata keçirilən genişmiqyaslı strategiyanın ikinci mərhələsini təşkil etdiyi qeyd olunub.
Suriya rəsmiləri ABŞ-İsrail və İran arasındakı münaqişə səbəbindən bir neçə həftəlik fasilədən sonra mayın birindən etibarən Doha və Ciddədən Dəməşq Beynəlxalq Hava Limanına uçuşların bərpa ediləcəyini elan ediblər. Suriya Mülki Aviasiya və Hava Nəqliyyatı Baş İdarəsinin verdiyi məlumata görə "Qatar Airways" Dohadan Dəməşqə hər gün müntəzəm reyslər həyata keçirəcək. Eyni zamanda Səudiyyə Ərəbistanının "Flynas" aviaşirkəti də gələn həftənin cümə günündən etibarən Ciddədən Suriyanın paytaxtına həftədə üç uçuş reallaşdıracağını təsdiqləyib.
Suriya Prezidenti Əhməd Əş-Şəraa rəsmi səfər çərçivəsində Səudiyyə Ərəbistanına gəlib. Suriya liderini Ciddə şəhərindəki Kral Əbdüləziz Beynəlxalq Hava Limanında Məkkə bölgəsinin vitse qubernatoru şahzadə Səud bin Mişal bin Əbdüləziz qarşılayıb. Səfər proqramı çərçivəsində Əhməd Əş-Şəraanın Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi və Baş naziri Məhəmməd bin Salman ilə görüşü planlaşdırılır. Suriyanın rəsmi xəbər agentliyi SANA tərəfindən yayılan məlumata görə tərəflər ikitərəfli münasibətlərin möhkəmləndirilməsi və ortaq maraq kəsb edən regional məsələlər ətrafında geniş fikir mübadiləsi aparacaqlar.
Suriya Ümumi Sərhəd Keçid Məntəqələri və Gömrük İdarəsinin bəyanatına əsasən, Yarubiyə-Rabiə sərhəd-keçid məntəqəsinin rəsmi açılış mərasimi keçirilib. Tədbirdə Suriya tərəfindən Gömrük İdarəsinin rəhbəri Kuteybə Bədəvi, Prezident Administrasiyasının nümayəndəsi general Ziyad əl-Ayiş və digər rəsmi şəxslər, İraq tərəfindən isə Sərhəd Keçid Məntəqələri Qurumunun rəhbəri Ömər əl-Vailinin başçılıq etdiyi nümayəndə heyəti iştirak edib.
Avropa Birliyi Komissiyası 2011-ci ildən bəri askıda olan tarixi əməkdaşlıq müqaviləsinin bərpası üçün hərəkətə keçib. Komissiyanın sədri Ursula fon der Leyenin 2026-cı ilin yanvar ayında elan etdiyi yeni strateji çərçivəyə əsaslanan bu təklif Suriyanın iqtisadi dirçəlişinə və regiondakı sülh prosesinə dəstək verməyi hədəfləyir. Yeni yanaşma çərçivəsində Avropa Birliyi Suriyada inklüziv keçid dövrünün təşviqi və humanitar ehtiyacların qarşılanması istiqamətindəki səylərini daha da artıracaq.