Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / VOA təhlil mərkəzi / VOA analitika: Geosiyasi təhlillər
    VOA analitika: Geosiyasi təhlillər

    Qəzzanın milyardlıq büdcəsini kim idarə edəcək?

    22 Avqust 2026 01:41
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Qəzzanın milyardlıq büdcəsini kim idarə edəcək?
    Facebook Twitter LinkedIn Pinterest Email

    Donald Tramp administrasiyasının region üçün irəli sürdüyü 20 bəndlik sülh planına əsasən Qəzzanın idarəçiliyi həvalə edilən Əli Əbdülhəmid Şaat bölgə boyu toplanmış dağıntı və xarabalıqları Aralıq dənizinə doğru itələyərək onlardan faydalanmağı planlaşdırır. O hesab edir ki, bu addım müharibə başlamazdan əvvəl də dar bir quru zolağında yaşayan Qəzza sakinləri üçün mövcud yaşayış sahəsini genişləndirməyə imkan verə bilər.

    Netanyahu Qəzzada beynəlxalq qüvvələrin yerləşdirilməsinə razılıq verməyib

    "Əgər buldozerlər gətirib dağıntıları dənizə töksəm, Qəzza üçün yeni torpaqlar qazana və eyni zamanda xarabalıqları təmizləyə bilərəm; bu proses üç ildən çox vaxt aparmayacaq".-deyə Şaat bildirib.

    Şaat bir çox cəhətdən ABŞ tərəfindən təyin edilmiş Qəzzanın İdarə Edilməsi üzrə Milli Komitəyə (NCAG) rəhbərlik etmək üçün münasib namizəd təsiri bağışlayır. O, 1958-ci ildə Qəzza zolağının Xan Yunis şəhərində anadan olub, Qahirə və Belfastda inşaat mühəndisliyi üzrə ali təhsil alıb, daha sonra Fələstin Muxtariyyəti hökumətində planlaşdırma nazirinin müavini və nəqliyyat naziri vəzifələrində çalışıb.

    HƏMAS-ın tərksilahı 30 gün ərzində başlaya bilər - Kuşner HƏMAS-ın tərksilahı 30 gün ərzində başlaya bilər - Kuşner

    Karyerası boyu o, Fələstin bürokratiyası və beynəlxalq donor təşkilatlarla geniş iş təcrübəsi toplayıb, həmçinin mülki inzibatçı kimi öz mövqeyini möhkəmləndirib.

    Şaat eyni zamanda beynəlxalq maliyyə mexanizmləri ilə işləmək sahəsində zəngin təcrübəyə malikdir. Qəzzanın İdarə Edilməsi üzrə Milli Komitənin internet səhifəsində o, "milyonlarla dollarlıq mürəkkəb büdcələri idarə etməyə, hökumətlər, inkişaf bankları və özəl sektor investorları ilə yüksək səviyyəli tərəfdaşlıqlar qurmağa qadir şəxs" kimi təsvir olunur. O, artıq aparıcı donorlarla əlaqələr qurmağa başlayıb və Avropa İttifaqının nümayəndəsi ilə görüş keçirib.

    İsrailin keçmiş təhlükəsizlik rəsmisi "Foreign Policy" nəşrinə bildirib ki, Şaat rəsmi olaraq NCAG rəhbəri təyin edilməzdən əvvəl hərtərəfli yoxlamadan keçib.

    Yanvar ayında Qəzzada keçid dövrünün idarəçiliyinə cavabdeh olan və təxminən 12 nəfərdən ibarət komitə heyəti barədə danışan Şaat "Biz Fələstin beyinləriyik, silah deyilik" sözlərini qeyd etmişdi.

    Trampın Qəzza üzrə tərksilah planı: Tərəflərin şərtləri və icra maneələri nədir? Trampın Qəzza üzrə tərksilah planı: Tərəflərin şərtləri və icra maneələri nədir?

    Başqa sözlə desək, Şaat infrastrukturun bərpası və iqtisadi inkişafın təmin edilməsi üçün tələb olunan təcrübə ilə yanaşı, İsrail tərəfindən müəyyən dərəcədə qəbul edilmə xüsusiyyətini özündə birləşdirir. Onun iqtisadi məsələləri idarə etmək təcrübəsi ABŞ Prezidenti Donald Trampın iqtisadi rifahı İsrail və fələstinlilər arasında sülh və barışıq üçün əsas vasitə kimi görən baxışı ilə də tam üst-üstə düşür.

    Lakin "Qəzza Riviyerası" kimi tanınan bu layihə Fələstin reallığının həssaslıqlarını və mürəkkəbliklərini nəzərə almadığı üçün tənqidçilər tərəfindən kəskin etirazla qarşılanıb.

    Fələstinlilər Qəzzanın yenidən qurulması prosesinin başlamasını səbirsizliklə gözləyirlər; hətta "Həmas" hərəkatı bölgənin idarəçiliyini bu texnokrat rəsmiyə təhvil verməyə hazır olduğunu ifadə edib. Lakin bu qarşılanma narahatlıqlardan xali deyil. Bəzi fələstinlilər düşünürlər ki, Şaat və NCAG iqtisadi rifahı bəhanə edərək milli azadlıq mübarizəsini ikinci plana keçirən daha geniş bir planın tərkib hissəsi ola bilər ki, bu da Fələstin daxilindəki parçalanmanı daha da dərinləşdirər.

    "Şaat artıq əvvəllər Fələstin Muxtariyyətinin gördüyü işləri - Rəfah sərhəd-keçid məntəqəsinin idarə edilməsi, tələbələrə dərsliklərin paylanması və sair kimi vəzifələri icra edəcək. Bu isə Qəzza ilə İordan çayının qərb sahili arasındakı mövcud əlaqələndirməni təhlükə altına sala bilər".-deyə, Avropa Xarici Əlaqələr Şurasının təhlilçisi Məhəmməd Şəhadə bildirib

    Şaat fələstinlilər qarşısında öz etibarını qorumaq və başqa tərəflərin əlində alət kimi görünməmək kimi olduqca həssas bir sınaq qarşısındadır. Çünki bu hal onun inandırıcılığını tamamilə itirə bilər. Digər tərəfdən, NCAG-nin daimi idarəetmə modelinə çevrilməsi Qəzza ilə Qərb sahili arasındakı ayrılığı qətiləşdirə və Fələstin milli hərəkatını daha da zəiflədə bilər.

    HƏMAS silahsızlanmadan İsrail Qəzzadan çıxmayacaq - Netanyahu HƏMAS silahsızlanmadan İsrail Qəzzadan çıxmayacaq - Netanyahu

    İsrail kəşfiyyatının ehtiyatda olan polkovniki, keçmiş milli təhlükəsizlik müşavirinin müavini və hazırda Qüds Strategiya və Təhlükəsizlik İnstitutunun vitse-prezidenti vəzifəsini icra edən Eran Lerman: "Komitənin Qəzzadakı fəaliyyətinin nə vaxt başa çatacağını müəyyən edən heç bir rəsmi vaxt qrafiki yoxdur".-deyə bildirib.

    20 bəndlik sülh planına görə, NCAG Fələstin Muxtariyyəti zəruri islahat proqramını tamamlayana və idarəçiliyi təhvil almağa hazır olana qədər gündəlik ictimai xidmətləri idarə etməlidir.

    Lakin kağız üzərində aydın görünən məqamlar reallıqda xeyli mürəkkəbdir. Şaat qarşısı maneələrlə dolu bir yola qədəm qoyur ki, bu maneələrin bəziləri İsraillə, bəziləri isə Fələstin daxilindəki daha dərin ixtilaflarla bağlıdır.

    Bu çətinliklərin birincisi onun vəzifəsinin icrasına birbaşa başlaya bilməməsindən qaynaqlanır. Təyinatından yeddi aydan çox vaxt keçməsinə baxmayaraq, Şaat və komandasının üzvləri hələ də Qahirədəki otellərdən birində qalırlar və bölgənin bərpası üçün heç bir real addım atılmayıb.

    "Həmas" silahlarını uzaqlaşdırmağa və anbarlarda saxlamağa razılıq versə də, İsrail bunu tam tərksilah hesab etmir və oktyabrda keçirilməsi nəzərdə tutulan parlament seçkiləri ərəfəsində razılaşmaya əməl etmək öhdəliyi götürməyib. İsrail bildirir ki, "Həmas" bölgəyə nəzarətdən və silahlarından tam əl çəkməyəcək, həmçinin Qəzzanın yenidən işğalından sonra əldə etdiyi təzyiq rıçaqlarını itirmək istəmir. Bunun müqabilində fələstinlilər də İsrailin ən başdan bəri Qəzzadan geri çəkilmək niyyətində olduğuna şübhə ilə yanaşırlar.

    Bəzi fələstinlilər ehtiyat edirlər ki, İsrail Şaat və NCAG-yə sonradan İordan çayının qərb sahilində tətbiq oluna biləcək bir idarəetmə modelinin təməli kimi baxacaq və nəticədə milli azadlıq layihəsinin əvəzinə iqtisadi rifah ön plana çıxarılacaq.

    Trampın 20 bəndlik sülh planına görə, NCAG zəruri islahatlar həyata keçirildikdən sonra Qəzzanın idarəçiliyini Fələstin Muxtariyyətinə təhvil verməlidir. Lakin bunun baş verməyəcəyi və NCAG-nin əksinə olaraq Qərb sahilinin də idarəçiliyini öz üzərinə götürə biləcəyi ilə bağlı ciddi şübhələr mövcuddur.

    "Fələstin Muxtariyyətinin son nəticədə Qəzzada rol alıb-almayacağı məlum deyil. Hazırda NCAG-nin Fələstin Muxtariyyətini əvəz etməsi planı olmasa da, bu komitə gələcəkdə Qərb sahilinə də tətbiq edilə biləcək bir idarəetmə modeli irəli sürə bilər.

    İsrailə ünvanlanan tənqidlərə baxmayaraq, fələstinlilər öz siyasi rəhbərliklərinin islahatlara ehtiyacı olduğunu və durğunluq yaşayan milli hərəkatın yenidən canlanmasının vacibliyini etiraf edirlər.

    Bu çərçivədə siyasi qrupların fikir ayrılıqlarını dəf edəcəyi təqdirdə noyabrda Fələstin Muxtariyyəti seçkilərinin, ən yaxşı halda isə gələn il prezident seçkilərinin keçirilə biləcəyinə dair ehtiyatlı bir ümid yaranır.

    Bəzi fələstinlilər düşünürlər ki, Qəzza ilə Qərb sahili arasındakı parçalanmanı aradan qaldırmağın yeganə yolu məhz seçkilərdir.

    Abbas siyasi qruplar və namizədlər qarşısında seçkilərdə iştirak etmək üçün zorakılıqdan imtina etmək və İsraili tanımaq şərtini qoyub; bu addım faktiki olaraq 2006-cı il seçkilərinin qalibi olan "Həmas"ı kənarlaşdırmağa hədəflənib. Həmin vaxtdan sonra "Həmas" ilə Fələstin Muxtariyyətinə rəhbərlik edən "Fəth" arasında baş verən toqquşmalar nəticəsində Fələstin səhnəsi Qəzza və Qərb sahili olmaqla iki yerə parçalanmışdı.

    "Həmas" zorakılıqdan imtina etməsə də, seçkilərdə iştirak etməyə imkan verən xüsusi mexanizmə əl ata bilər. Şəhadə bildirib ki, bir sıra siyasi qüvvələr seçki ittifaqı qurmaq üçün artıq hərəkatla təmaslara başlayıb, həmçinin "Həmas" seçkilərə bitərəf namizədlər vasitəsilə qatıla bilər.

    Hərəkat mümkün qədər geniş milli koalisiya daxilində iştirak etməyə hazır olduğunu bəyan edib, lakin heç vaxt İsraili tanımayıb və mövqeyi yalnız daimi nizamlanmanı qəbul etmədən atəşkəs təklifləri ilə məhdudlaşıb.

    Fələstinli təhlilçilər hesab edirlər ki, "Həmas" aldığı ağır zərbələrə baxmayaraq, hələ də siyasi rəqabət aparmaq gücündədir. Hərəkat ötən ay Xəlil əl-Həyyəni yeni rəhbər seçib.

    Ramallahdakı "Horizon" Mərkəzinin təsisçisi və direktoru İbrahim Dəlalşə: "Qəzzanın idarə olunması üçün hazırlanan saysız-hesabsız planların heç biri 'Həmas'ın rəsmi idarəetmə institutlarının dağıdılmasından sonra sağ qalan və qeyri-müəyyən müddətə qədər nəzarəti qoruya bilən qeyri-rəsmi sisteminin qalıqlarını necə cilovlamaq lazım olduğunu həll etməyib"-deyə qeyd edib.

    İllər boyu "Fəth" və "Həmas" arasındakı ayrılığa son qoyulması və barışığın əldə edilməsi üçün çağırışlar səsləndirilib. Bu baxımdan Abbasın müavini və onun mümkün varisi hesab edilən Hüseyn əş-Şeyx Xəlil əl-Həyyəni seçilməsi münasibətilə təbrik edib, lakin hələlik tərəflər arasında daha geniş siyasi yaxınlaşma əlamətləri görünmür.

    Əgər seçkilər baş tutarsa, bu, Fələstin Muxtariyyətinə və ya seçkidən çıxacaq geniş siyasi təsisata Trampın rəhbərlik etdiyi "Sülh Şurası"nın nəzarəti altında fəaliyyət göstərən NCAG qarşısında bölgənin idarəçiliyini tələb etmək üçün daha böyük legitimlik verə bilər.

    aLakin seçkilərin keçirilməsi hələ də zəmanətli deyil; belə ki, 2021-ci ildə İsrail Şərqi Qüdsdəki fələstinlilərin səs verməsinə icazə vermədikdən sonra Abbas prosesi son anda ləğv etmişdi. Əgər proses yenidən dalana dirənərsə, Şaatın missiyası Qəzzanın bərpası üçün lazım olan vaxtdan qat-qat uzun sürə bilər.

    Qəzza əhalisi təcili olaraq təməl xidmətlərin bərpasına ehtiyac duyur və ümumilikdə fələstinlilər iqtisadi inkişafı öz müqəddəratını təyinetmə hüququna zərbə vurmadığı müddətcə müsbət qarşılayırlar. Şaat isə nə seçki çəkişmələrinə, nə də İsrailin açıq və ya gizli planlarına ciddi təsir etmək gücünə malikdir.

    Onun əsas çıxılmaz vəziyyəti də məhz bundadır: xalqın milli işinə zərər vurmadan fələstinlilərin gündəlik həyatını yaxşılaşdırmağa töhfə vermək.

    #Donald Tramp #Donald Tramp və Qəzza planı #Donald Tramp Qəzzə planı #Netanyahu və Donald Tramp görüşü #Fələstin Muxtariyyəti #Qəzzanın İdarə Edilməsi üzrə Milli Komitə #Əli Əbdülhəmid Şaat #NCAG #Əli Əbdülhəmid Şaat Qəzza idarəçisi #Qəzzanın İdarə Edilməsi üzrə Milli Komitə NCAG #Tramp 20 bəndlik sülh planı Qəzza #Qəzzanın yenidən qurulması və dəniz layihəsi #Fələstin Muxtariyyəti Mahmud Abbas seçkilər #Qəzza Riviyerası iqtisadi planı #Ali Abdel Hamid Shaath Gaza administrator NCAG
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Tramp bal zalını “hərbi mərkəz” adlandırır - Layihənin 65 faizi tamamlanıb

    21 Avqust 2026 22:43

    ABŞ-nin İrana qarşı iqtisadi təzyiq siyasəti uğursuzluğa məhkumdur - Abbas Əraqçi

    21 Avqust 2026 21:34

    ABŞ mühasirəsi İran neftinin Çinə satışını azaldıb, qiymətlər yüksəlib

    21 Avqust 2026 18:14

    Melaniya Tramp uzun fasilədən sonra yenidən ictimaiyyət qarşısına çıxdı

    21 Avqust 2026 12:05

    Tramp və Netanyahu seçki dilemması ilə üz-üzə - Ziddiyətlər niyə artır?

    21 Avqust 2026 09:00

    Amerikalılar niyə Trampın kriptovalyuta gəlirini qanunsuz hesab edir?

    21 Avqust 2026 06:00

    ABŞ-nin İrana qarşı sanksiya təhdidindən sonra neft bahalaşıb

    20 Avqust 2026 22:35

    İran ABŞ-nin yeni sanksiya təhdidlərini “qanunsuz və qeyri-insani” adlandırıb

    20 Avqust 2026 20:17

    ABŞ-nin iqtisadi təzyiqi nəticə verməyəcək - İran

    20 Avqust 2026 19:36

    ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını daha da genişləndirməyə hazırlaşır

    20 Avqust 2026 19:22

    Çin Trampın İrana qarşı iqtisadi təzyiq siyasətini tənqid edib

    20 Avqust 2026 18:20

    ABŞ məğlubiyyəti ört-basdır etməyə çalışır - İran XİN

    20 Avqust 2026 14:15
    XƏBƏR LENTİ

    Bu gün “Mona Liza”nın oğurlanması üzə çıxdı

    Qəzzanın milyardlıq büdcəsini kim idarə edəcək?

    Kəbənin yerləşdiyi müqəddəs Məkkənin tarixi, coğrafiyası və dini əhəmiyyəti

    Tarixdə bu gün – 22 Avqust

    Tramp bal zalını “hərbi mərkəz” adlandırır - Layihənin 65 faizi tamamlanıb

    Lula Trampa xəbərdarlıq edib - Tariflər hər iki iqtisadiyyata zərər verəcək

    ABŞ-nin İrana qarşı iqtisadi təzyiq siyasəti uğursuzluğa məhkumdur - Abbas Əraqçi

    Hərbi təchizat zəncirimiz fəaliyyətini davam etdirir - İran

    NATO ölkələri Hörmüz boğazı üçün planları müzakirə edib

    İran və Oman Hörmüz boğazı üzrə danışıqların bərpasını müzakirə edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.