Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / Yaxın Şərq
    Yaxın Şərq

    Fələstinin tanınması regionda sülhün təmin olunmasının yegənə yoludur - İordaniya XİN

    5 Avqust 2025 19:52
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Fələstinin tanınması regionda sülhün təmin olunmasının yegənə yoludur - İordaniya XİN
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Səməd Əyyubov

    İordaniyanın xarici işlər naziri Əymən əs-Səfədi bildirib ki, 1967-ci il iyunun 4-dəki sərhədlər əsasında, paytaxtı Şərqi Qüds olan Fələstin dövlətinin qurulması bölgədə ədalətli və hərtərəfli sülhün təmin olunmasının yeganə yoludur.

    AzerVoice xəbər verir ki, bu barədə İordaniya Xarici İşlər Nazirliyinin, Səfədinin Çexiyalı həmkarı Yan Lipavski ilə telefon danışığından sonra yaydığı bəyanatda bildirilib.

    Bəyanatda Qəzza zolağında humanitar böhranın qarşısını almaq üçün bütün sərhəd-keçid məntəqələrinin açılması və təcili yardımların bölgəyə daxil olmasına şərait yaradılması məqsədilə səylərin birləşdirilməsinin vacibliyi vurğulanıb.

    Tərəflər Qəzzada daimi atəşkəsin əldə olunması istiqamətində görülən işləri, eləcə də bu istiqamətdə Misir, Qətər və ABŞ-ın təşəbbüslərinə verilən dəstəyi müzakirə ediblər.

    Qeyd edək ki, hazırda BMT-yə üzv olan 193 ölkədən 147-si Fələstini tanıyır. Bu ölkələrə tezliklə Fransa, Böyük Britaniya, Malta və Kanada da qoşulacaq. Fransa prezidenti Emmanuel Makron, ölkəsinin sentyabr ayında Fələstin Dövlətini rəsmən tanıyacağını bəyan edib. Eyni açıqlamalar Kanada baş naziri və Malta hökuməti tərəfindən də verilib.

    Ekspertlərin fikrincə, Avropa ölkələrinin bu istiqamətdə atdığı addımlar, İsrail-Fələstin siyasətində yeni mərhələnin başlaya biləcəyini göstərir.

    #Qəzza #İsrail #Fələstin #Qəzza zolağı #Fransa #Böyük Britaniya #Çexiya #İordaniya #Qəzza hücumu #Qəzza münaqişəsi #Əymən əs-Səfədi #İordaniya Xarici İşlər Naziri #Fələstin dövlətinin tanınması #BMT Baş Assambleyası Fələstin tanınması #G7 və Fələstin tanınması #Fələstin tanınması
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Dünyanın ilk avtomobil yarışı 132 il əvvəl Fransada keçirilib

    22 İyul 2026 03:00

    Livan Prezidenti ABŞ vasitəçiliyi ilə İsraillə razılaşmanı tarixi nailiyyət adlandırıb

    21 İyul 2026 22:02

    İran Fransa diplomatlarını “qeyri-peşəkar” davranışda ittiham edib

    21 İyul 2026 21:52

    BMT Qəzzada artan hücumlarla bağlı xəbərdarlıq edib

    21 İyul 2026 21:08

    Tramp İranın hərbi imkanları barədə danışıb

    21 İyul 2026 20:21

    İsrail Livanın cənubunda yenidən yerləşdirilmə prosesindədir - Tramp

    21 İyul 2026 20:10

    İsrail qüvvələri Livan ordusunun yerləşdiyi ərazi yaxınlığında atəş açıb

    21 İyul 2026 20:00

    Paris Tehrandan diplomatik heyətin təhlükəsizliyini tələb edir

    21 İyul 2026 19:22

    Qəzzada gərginlik davam edir - yeni itkilər qeydə alınıb

    21 İyul 2026 19:18

    İordan çayının qərb sahilində təhlükəsizlik böhranı dərinləşir

    21 İyul 2026 19:08

    BƏƏ İranın Bəhreyn, Küveyt və İordaniyaya hücumlarını pisləyib

    21 İyul 2026 19:03

    HƏMAS siyasi bürosuna yeni rəhbər seçilib

    21 İyul 2026 18:57
    XƏBƏR LENTİ

    Pakistan şirkətləri Türkiyəyə 121 milyon lirədən çox sərmayə yatırıb – ÖZƏL

    İran şirkətləri Türkiyəyə 503 milyon lirədən çox sərmayə yatırıb – ÖZƏL

    Ankarada təlim helikopteri qəzaya uğrayıb - Pilot həlak olub

    Kılıçdaroğlu Özgür Özəl haqqında hansı göstərişi verdi?

    ABŞ-ın müttəfiqləri güclü hücumlara məruz qala bilər – Tehran

    Dünyanın ən böyük siyasi partiyaları açıqlanıb - Türkiyə partiyaları siyahıda neçəncidir?

    TUSAŞ HÜRKUŞ, HÜRJET və KAAN layihələri ilə bağlı yeni məlumatları açıqlayıb

    KOBİA media nümayəndələrini Milli Mətbuat Günü münasibətilə təbrik etdi

    Tramp İnfantinonu BMT-nin Baş katibi vəzifəsinə təklif etmək istəyir

    Nikaraquada prezident seçkiləri daimi ləğv edildi

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.