#BMT Baş Assambleyası Fələstin tanınması

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Birləşmiş Millətlər Təşkilatının (BMT) 80-ci Ümumi Məclisi çərçivəsində və ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtonda həyata keçirdiyi səfərin ardından ölkəsinə qayıdıb. Təyyarədə jurnalistlərə açıqlama verən Türkiyə Prezidenti Ərdoğan, BMT üzvü dövlət və hökumət başçılarının geniş iştirak etdiyi Ümumi Məclis iclaslarında Türkiyənin güclü iştirakını vurğulayıb.

ABŞ Prezidenti Donald Tramp, BMT Baş Assambleyasının kənar çərçivəsində Türkiyə, Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Misir, İordaniya, İndoneziya və Pakistan liderləri ilə toplantı keçirəcək. Tramp bu görüşdə Qəzzədə atəşkəsin əldə olunması, müharibədən sonrakı idarəetmə və İsrailin bölgədən çəkilməsi ilə bağlı təkliflər təqdim etməyi planlaşdırır. Bu barədə məlumat verən Ağ Evin Mətbuat Katibi Karoline Leavitt, jurnalistlərə açıqlamasında Trampın bu gün adıçəkilən ölkələrin liderləri ilə mühüm görüş keçirəcəyini bildirib.

Portuqaliyanın xarici işlər naziri Paulo Rangel bazar günü Nyu-Yorkda verdiyi açıqlamada, hökumətin Fələstini dövlət olaraq tanıdığını bildirib. Rangel bu addımın, “qalıcı sülh üçün yeganə həll yolunun iki dövlətli həll olduğu” vizyonunu dəstəklədiyini vurğuladı.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 23 sentyabr çərşənbə axşamı Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 15-ci dəfə iclasında çıxış edəcək. Onun nitqinin əsas mövzuları arasında İsrailin Qəzzada həyata keçirdiyi soyqırımı, Fələstinin dövlət kimi tanınması və beynəlxalq ictimaiyyətin İsrailə qarşı atacağı addımlar olacaq. Ərdoğan BMT Baş Assambleyasına ilk dəfə 2005-ci ildə, baş nazir vəzifəsində olarkən qatılıb. 60-cı Baş Assambleyada çıxışı zamanı BMT-nin daha demokratik, şəffaf və bütün üzvlərin ortaq iradəsini təmsil edən bir quruma çevrilməsinin zəruriliyini vurğulayıb.

İsrailin baş naziri Benyamin Netanyahu Belçikanın baş naziri Bart de Viveri “zəif lider” adlandırıb. Netanyahu bu ifadəni Belçikanın digər Avropa ölkələrinin nümunəsini izləyərək Fələstin dövlətini tanımaq niyyətinə görə işlədib. Netanyahunun ofisinin yaydığı bəyanatda deyilir: “Belçika baş naziri de Viver zəif liderdir. O, İsrailin hesabına radikal islamçı terroru sakitləşdirməyə çalışır. Terror timsahını bəsləyərək onun Belçikanı udmasını gecikdirəcəyinə ümid edir. İsrail buna razı olmayacaq və özünü müdafiə etməyə davam edəcək.”

Niderland hakimiyyəti yaxın vaxtlarda Fələstin dövlətini rəsmi şəkildə tanımağı planlaşdırmır. Bu fikri Niderland Krallığının xarici işlər naziri vəzifəsini icra edən Kaspar Veldkamp parlamentdə Qəzza zolağındakı humanitar vəziyyətlə bağlı keçirilən müzakirələr zamanı səsləndirib. “Hazırda Niderland Fələstini dövlət kimi tanımağı planlaşdırmır” - deyə, o bildirib. Debatlar zamanı bir neçə deputat hökumətə Fələstini tanımaq çağırışı edib. “Denk” Partiyasının nümayəndəsi Stefan van Baarle də daxil olmaqla bir sıra deputatlar İsrailə silah ixracının qadağan edilməsini də tələb ediblər.

İordaniyanın xarici işlər naziri Əymən əs-Səfədi bildirib ki, 1967-ci il iyunun 4-dəki sərhədlər əsasında, paytaxtı Şərqi Qüds olan Fələstin dövlətinin qurulması bölgədə ədalətli və hərtərəfli sülhün təmin olunmasının yeganə yoludur. Bu barədə İordaniya Xarici İşlər Nazirliyinin, Səfədinin Çexiyalı həmkarı Yan Lipavski ilə telefon danışığından sonra yaydığı bəyanatda bildirilib.