İsrailin baş naziri Benyamin Netanyahu Belçikanın baş naziri Bart de Viveri “zəif lider” adlandırıb. Netanyahu bu ifadəni Belçikanın digər Avropa ölkələrinin nümunəsini izləyərək Fələstin dövlətini tanımaq niyyətinə görə işlədib. Netanyahunun ofisinin yaydığı bəyanatda deyilir: “Belçika baş naziri de Viver zəif liderdir. O, İsrailin hesabına radikal islamçı terroru sakitləşdirməyə çalışır. Terror timsahını bəsləyərək onun Belçikanı udmasını gecikdirəcəyinə ümid edir. İsrail buna razı olmayacaq və özünü müdafiə etməyə davam edəcək.”
#G7 və Fələstin tanınması
Niderland hakimiyyəti yaxın vaxtlarda Fələstin dövlətini rəsmi şəkildə tanımağı planlaşdırmır. Bu fikri Niderland Krallığının xarici işlər naziri vəzifəsini icra edən Kaspar Veldkamp parlamentdə Qəzza zolağındakı humanitar vəziyyətlə bağlı keçirilən müzakirələr zamanı səsləndirib. “Hazırda Niderland Fələstini dövlət kimi tanımağı planlaşdırmır” - deyə, o bildirib. Debatlar zamanı bir neçə deputat hökumətə Fələstini tanımaq çağırışı edib. “Denk” Partiyasının nümayəndəsi Stefan van Baarle də daxil olmaqla bir sıra deputatlar İsrailə silah ixracının qadağan edilməsini də tələb ediblər.
İordaniyanın xarici işlər naziri Əymən əs-Səfədi bildirib ki, 1967-ci il iyunun 4-dəki sərhədlər əsasında, paytaxtı Şərqi Qüds olan Fələstin dövlətinin qurulması bölgədə ədalətli və hərtərəfli sülhün təmin olunmasının yeganə yoludur. Bu barədə İordaniya Xarici İşlər Nazirliyinin, Səfədinin Çexiyalı həmkarı Yan Lipavski ilə telefon danışığından sonra yaydığı bəyanatda bildirilib.
Finlandiya Prezidenti Aleksandr Stubb bildirib ki, əgər hökumət Fələstin dövlətinin tanınması ilə bağlı təklif irəli sürərsə, o, bu təşəbbüsü dəstəkləməyə hazırdır.
Fələstini tanıyan ölkələrin heç biri faktiki olaraq bir Fələstin dövləti yarada bilməz. Belə bir dövlətin yaradılması yalnız İsrailin razılığı ilə mümkün ola bilər.
İsrailin soyqırım siyasətinə qarşı Afrikadan da güclü reaksiyalar gəlib. Bu faciəyə heç kim səssiz qala bilməz. Əsas prioritetimiz Qəzzaya humanitar yardımların çatdırılmasıdır. Fələstin dövlətinin tanınmasına yönəlmiş bütün addımları məmnuniyyətlə qarşılayırıq
Macarıstan hökuməti Fələstin dövlətini tanımağı planlaşdırmadığını və bu məsələdə ilk növbədə fələstinlilər və israillilər arasında sülh razılaşmasının əldə olunmasının vacib olduğunu bəyan edib.
Ərdoğan və Makron arasında telefon danışığında Qəzzada ağırlaşan humanitar vəziyyət, İsrail-Fələstin münaqişəsi və Fransanın Fələstini tanıma qərarı müzakirə olunub. Türkiyə Prezidenti iki dövlətli həllin vacibliyini vurğulayıb və Makronun mövqeyini alqışlayıb.