BAKI,VOA, Fərid Mikayılov
Xatəm əl-Ənbiya Mərkəzi Komandanlığı ABŞ-ı İranın nüvə və digər həssas obyektlərinə hər hansı hücumdan çəkinməsi barədə xəbərdar edib.
VOA xəbər verir ki, açıqlamada bildirilir ki, əgər ABŞ-ın “agressiv və terrorçu” hərbi qüvvələri bu cür addım atarsa, İran bunu regionda müharibənin genişlənməsi kimi qiymətləndirəcək.
Bəyanatda həmçinin ABŞ-ın, onun müttəfiqlərinin və dəstəkçilərinin bütün maraqlarının İran Silahlı Qüvvələri tərəfindən güclü hücumlara məruz qalacağı vurğulanıb.