BAKI,VOA, Fərid Mikayılov
Ankarada baş vermiş helikopter qəzasında pilot həlak olub.
VOA xəbər verir ki, Ankara Valiliyi Sincan rayonunda əkins sahəsində düşmüş “R-44” tipli təlim helikopterinin qəzaya uğradığını, hadisə nəticəsində yaralanan 2 əməkdaşın xəstəxanaya çatdırıldığını bildirib.
Xəstəxanaya çatdırılan pilot, ehtiyatda olan polkovnik Yasaözden Bakkalın həkimlərin səylərinə baxmayaraq həyatını itirdiyi açıqlanıb.
Qəza ilə bağlı Ankara Respublika Baş Prokurorluğu tərəfindən araşdırmaya başlanılıb.
XXX
Türkiyənin Ankara şəhərinin, Temelli rayonunda təlim məqsədli helikopter qəzaya uğrayıb.
VOA xəbər verir ki, helikopter yolun kənarındakı əkin sahəsinə düşüb.
Hadisə yerinə çox sayda xilasedici cəlb olunub. İlkin məlumata görə, qəza zamanı 2 nəfər yaralanıb.
Hazırda hadisənin səbəbləri araşdırılır.