BAKI,VOA, Fərid Mikayılov
ABŞ Prezidenti Donald Tramp FIFA-nın prezidenti Canni Infantinonu Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi vəzifəsində görmək istəyir.
VOA xəbər verir ki, Tramp ilə Infantino 2026-cı ildə keçirilmiş dünya çempionatının təşkili zamanı yaxın əlaqə qurub. Keçən ilin dekabrında Infantino Trampa FIFA-nın Sülh mükafatını təqdim edib.
Nəşrin məlumatına görə, Tramp Infantinonu dünya miqyasında hörmətli hesab edir və onun insanları birləşdirmək qabiliyyətini yüksək qiymətləndirir.
BMT-nin yeni Baş katibi bu ilin sonunda vəzifəsini başa vuracaq portuqaliyalı Antoniu Quterreşin yerini tutacaq. Infantinonun Baş katib vəzifəsinə seçilməsi üçün əvvəlcə BMT Təhlükəsizlik Şurasının 15 üzvündən dəstək alması vacibdir. Onlardan beşi veto hüququna malikdir. Daha sonra onun namizədliyi BMT Baş Assambleyası tərəfindən təsdiqlənməlidir.