Azərbaycan Dövlət Gömrük Komitəsinin dərc etdiyi xarici ticarətin gömrük statistikasına əsasən, yanvar-iyun aylarında Azərbaycandan Xorvatiyaya 162,7 milyon ABŞ dollar dəyərində 276,3 min ton bitumlu süxurlardan alınmış neft və neft məhsulları ixrac edilib. Bu göstərici dəyər ifadəsində 2025-ci ilin eyni dövrü ilə müqayisədə 246,2 milyon ABŞ dolları və ya 60,2 faiz az, həcm baxımından isə 468,4 min ton və ya 62,9 faiz aşağı olub.
#Çexiya
İqtisadiyyat naziri Mikayıl Cabbarov Çexiyanın “Agrofert” Şirkətlər Qrupunun nümayəndələri ilə görüş keçirib. Görüşdə Azərbaycan və Çexiya arasında iqtisadi-ticarət əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub. Tərəflər aqrar-sənaye, kimya sənayesi və enerji sahələrində əməkdaşlıq imkanlarını nəzərdən keçiriblər. Azərbaycanın investisiya mühiti və qeyri-neft-qaz sektorunda aparılan islahatlar barədə məlumat təqdim olunub. Sahibkarlığa dövlət dəstəyi mexanizmləri də görüşün əsas mövzularından biri olub. Həmçinin investisiya layihələri üzrə birgə fəaliyyət imkanları müzakirə edilib. Tərəflər iqtisadi əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını bildiriblər.
Çexiya Respublikası Venesuelada zəlzələdən zərər çəkənlər üçün dərhal humanitar yardım və xilasedici əməliyyatlara dəstək göndərməyə hazır olduğunu açıqlayıb. Baş nazir Andrej Babis bildirib ki, düşüncələri faciə qurbanlarının ailələri və bütün zərərçəkmiş Venesuela xalqı ilədir.
Almaniyada Azərbaycan və Çex Respublikası arasında nəqliyyat və şəhər mobilliyi üzrə Anlaşma Memorandumu imzalanıb.
Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsi "L-39NG"ni təklif edib.
Çexiyanın Baş naziri Andrey Babiş Azərbaycana səfərə yollanıb.
Azərbaycan və Çex respublikalarının Müdafiə nazirlikləri nümayəndələri arasında görüş olub.
Azərbaycan ABŞ ilə tərəfdaşlığını Asiya və Avropa arasında nəqliyyat əlaqəsinin inkişaf etdirilməsi üçün əsas layihələrin irəliləməsində əsas amil kimi görür. Bunu Azərbaycan Respublikası Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Çexiya mediasına müsahibəsində bildirib. "Donald Trampın ikinci prezidentlik müddəti Azərbaycanla ikitərəfli münasibətlərdə yeni bir fəsil açdı. Bu gün demək olar ki, bu münasibətlər keyfiyyət və miqyas baxımından zirvəyə çatıb", -o deyib.
Azərbaycanın yeniyetmə və gənc stolüstü tennisçiləri növbəti beynəlxalq yarışlarda qüvvələrini sınamaq üçün yola düşüblər. Martın 9-dan 15-dək Berlin, Almaniya və Havirov, Çexiya şəhərlərində "WTT Youth Contender" turnirləri təşkil olunacaq.
Almaniyanın "Bavariya" klubu ilə Belçikanın “Yunion” klubu arasında UEFA Çempionlar Liqasının yeddinci turunun oyunu başa çatıb. Komandalar Almaniyanın Münhen şəhərindəki “Arena München” stadionunda qarşılaşıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda Çex Respublikasının Baş naziri Andrey Babişlə görüşüb. Söhbət zamanı ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, maşınqayırma, nəqliyyat və digər sahələri əhatə edən əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğu vurğulandı. Münasibətlərimizin dərinləşdirilməsində müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin önəminə toxunuldu.
Regionun müdafiə sənayesi üzrə ən mötəbər və ən əhəmiyyətli platformalarından hesab olunan, eləcə də Azərbaycanın müdafiə-sənaye kompleksinin gücünü və potensialını bütün dünyaya nümayiş etdirən 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi “ADEX” 30 sentyabr - 2 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində təşkil ediləcək. “ADEX”lə eyni tarixlərdə 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi “Securex Caspian” da baş tutacaqdır.