Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / VOA təhlil mərkəzi
    VOA təhlil mərkəzi

    İranın kölgə kabineti: Ali Rəhbər Müctəba Xameneinin yoxluğunda dövləti idarə edən hərbi elita

    9 Aprel 2026 22:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İranın kölgə kabineti: Ali Rəhbər Müctəba Xameneinin yoxluğunda dövləti idarə edən hərbi elita
    Facebook Twitter LinkedIn Pinterest Email

    Müctəba Xameneinin fevralın 28-də Amerika-İsrail zərbəsi nəticəsində öldürülən atasının xələfi kimi "Ali Rəhbər" təyin edilməsindən bəri o, hələ də ictimaiyyət qarşısına çıxmayıb. Lakin buna baxmayaraq müharibə zamanı qərarın kimin əlində olduğu haqda sualları fonunda İran rejimi hələ də ayaqdadır.Sistemin sağ qalması indi əsas şəxslərdən asılıdır; bunlar "İnqlab Keşikçiləri"nin rəhbəri ilə yanaşı, hər ikisi "Keşikçilər" korpusundan gələn Ali Milli Təhlükəsizlik Şurasının sədri və parlament sədridir.

    Birinci: General Məhəmməd Baqir Zülqədr - sirli adam

    Məhəmməd Baqir Zülqdər rejimin sirlərini və həqiqi idarəetmə otağını təmsil edir. Ali Milli Təhlükəsizlik Şurasının katibi kimi o; ordu, "Keşikçilər Korpusu", kəşfiyyat və xarici siyasət arasındakı koordinasiyaya nəzarət edir. Bura böyük qərarların: müharibə, nüvə proqramı və böhranlara reaksiyanın formalaşdığı yerdir.

    Onun 2026-cı ilin martında təyin edilməsi sadəcə inzibati dəyişiklik deyil, rejimin bu mərhələni idarə etmək üçün təhlükəsizlik keçmişi olan adamları üstün tutduğunun siqnalı idi. Zülqdər siyasətdən deyil, təhlükəsizlik strukturunun dərinliklərindən, yəni "Keşikçilər Korpusu", "Bəsic" və Baş Qərargahdan gəlib.

    "Demokratiyaların Müdafiəsi Fondu" bildirir ki, o, İranın bölgədəki proksi şəbəkəsinin mühəndisləri sırasındadır; hansı ki, onlar "Hizbullah"ı və İranın regiondakı digər qollarını uzaqdan idarə edirlər. Qərb hesabatları onun nüvə proqramındakı rolu və daxili repressiyalara görə sanksiyalara məruz qaldığını göstərir. Deyilənə görə, o, təkbaşına qərar verən şəxs deyil, müxtəlif güc mərkəzləri arasında koordinasiyanı təmin edən adamdır və Ali Rəhbərin yoxluğu dövründə bu rol daha mühümdür.

    İkinci: General Əhməd Vahidi - təhlükəsizlik nəzarətinin məsulu

    General Əhməd Vahidi rejimin təhlükəsizlik doktrinasının mahiyyətini təmsil edir: daxildə və xaricdə güc yolu ilə müdafiə. Onun adı tarixən "Keşikçilər Korpusu"nun xarici qolu olan və Qasım Süleymaninin qurduğu "Qüds Qüvvələri" ilə bağlanıb. Beynəlxalq hesabatlar onun 90-cı illərdən bəri xarici əməliyyatlarla, o cümlədən İnterpolun barəsində "qırmızı bülleten" çıxarmasına səbəb olan "AMIA" partlayışı işi ilə əlaqəli olduğunu göstərir.

    Daxildə isə ABŞ və Avropa İttifaqı 2022-ci il etirazlarının yatırılmasındakı roluna, o cümlədən internetin kəsilməsi və nümayişçilərə qarşı güc tətbiqinin əlaqələndirilməsinə görə ona yenidən sanksiyalar tətbiq edib. Tədqiqatçıların oxunuşuna görə, Vahidi daha geniş bir keçidin hissəsidir: xüsusən mövcudluq təhdidi zamanı hərbi-təhlükəsizlik qurumunun faktiki idarəetmə mərkəzinə çevrilməsi. General Vahidi sadəcə hərbi komandir deyil, həm də rejimin sağ qalmasının əvvəllər güclü olan dini hövzələrdən deyil, tam təhlükəsizlik nəzarətindən keçdiyi ideyasının təcəssümüdür.

    Üçüncü: Məhəmməd Baqir Qalibaf - təhlükəsizlik və siyasət adamı

    İranda Məhəmməd Baqir Qalibaf fərqli bir şeyi təmsil edir. O, təhlükəsizlik və siyasət arasında əlaqə halqasıdır. Bu müharibənin başında parlamentari, "Keşikçilər Korpusu" üzvü və filosof olan Ali Milli Təhlükəsizlik Şurasının sədri Əli Laricaninin öldürülməsindən sonra o, qəfildən məşhurlaşdı. Qalibaf bu üç xüsusiyyətdə ona bənzəyir və digərləri ilə müqayisədə mötədil hesab olunur.

    Karyerasına "Keşikçilər Korpusu"nda başlayıb və onun Hərbi Hava Qüvvələrinə rəhbərlik edib, sonra polis rəisliyinə keçib, ardınca Tehranın meri, sonda isə parlamentin sədri olub. Bu karyera yolu sadəcə vəzifə müxtəlifliyi deyil, aydın bir İran modelinin ifadəsidir: təhlükəsizlik elitasının mülki institutlar daxilində dövriyyəsi.

    "Reuters" xəbər verir ki, Qalibaf böhran zamanı qərar qəbuletmədə, xüsusən də Qərblə dolayı ünsiyyət kanallarında "daha mərkəzi" fiqura çevrilib. Din xadimləri ilə siyasətçilər arasındakı ənənəvi tarazlığın itdiyi bir məqamda, Qalibaf hərbçilərlə danışa bilən, siyasi danışıqlar apara bilən və daxili ritorikanı idarə edən "mərhələnin adamı" kimi çıxış edir. Qısaca desək, onu tanıyanların dediyinə görə, o, təhlükəli anlarda yenidən istehsal olunan təhlükəsizlik siyasətçisi nümunəsidir və sosial mediada kəskin dilinə baxmayaraq, nisbətən mötədil hesab olunur.

    "Demokratiyaların Müdafiəsi Fondu"nun bəhs etdiyi iki mühüm şəxsiyyət:

    Qulam Hüseyn Möhsüni Ejei: bu günün məhkəmə, keçmişin kəşfiyyat adamı İran rejimində təhlükəsizlik repressiyası kifayət deyil; ona hüquqi örtük verilməlidir. Burada Qulam Hüseyn Ejeinin rolu gəlir. Ejei məhkəmə hakimiyyətinin rəhbəri olmazdan əvvəl kəşfiyyat naziri vəzifəsini tutub. Təhlükəsizlik və məhkəmənin bu birləşməsi onu rejimin strukturunda ən təhlükəli şəxslərdən birinə çevirir: repressiyanı hüquqi legitimliyə çevirən adam. "Reuters" qeyd edir ki, onun 2021-ci ildən bəri rəhbərliyi dövründə edamlar artıb, Qərb sanksiyaları isə 2009-cu ildən bəri onun özbaşına həbslər və işgəncələrdəki rolunu təsdiqləyir. Əli Xameneinin öldürülməsindən sonrakı məqamda məhkəmə sadəcə bir institutdan daha çox şeyə çevrilir; o, mütəşəkkil qorxu vasitəsilə nəzarəti yenidən bərpa etmək alətinə çevrilir.

    Əhməd Rıza Radan: rejimin gündəlik dəmir yumruğu "Müdafiə Fondu" onun İranı idarə edən beş liderdən biri olduğuna inanır. Əgər Ejei hökmləri imzalayırsa, Əhməd Rıza Radan onları küçədə icra edən adamdır. Radan etirazlarla qarşıdurmada ilk xətt olan hüquq-mühafizə qüvvələrinə rəhbərlik edir. ABŞ və Avropa İttifaqı 2009-cu il nümayişlərinin yatırılmasındakı roluna görə 2010-cu ildən ona sanksiyalar tətbiq edib və bu sanksiyalar sonrakı etirazlarla birlikdə davam edib. Məlumatlar göstərir ki, o, son böhranlar zamanı birbaşa çəkindirmə ritorikası ilə geniş həbslərə nəzarət edib. Tədqiqatçıların qiymətləndirməsinə görə, Radan təhdidi gözləməyən, onu öncədən boğmağa çalışan "profilaktik repressiya" sisteminin əsas hissəsidir. O, "küçədəki dövlət" adlandırıla biləcək şeyi təmsil edir.

    Başsız sistem... amma nəzarətsiz deyil

    Bu üç əsas şəxsiyyətin (və ya bəzi araşdırma mərkəzlərinin inandığı kimi beş nəfərin) üzə çıxardığı reallıq odur ki, biz sadəcə hakimiyyətin bölüşdürülməsi ilə deyil, idarəetmənin təbiətinin dəyişməsi ilə üz-üzəyik. İran artıq zirvədəki tək bir din xadimi ilə dövlət institutları arasındakı incə tarazlıqla deyil, rəqib və bir-birini tamamlayan institutların ittifaqı ilə idarə olunur.

    Bu modeldə liderin yoxluğu sistemin çökməsi mənasına gəlmir, əksinə ola bilər: institutların tək bir vitrinə ehtiyacdan qurtulması və daha sərt, daha az çevik kollektiv rəhbərliyin yüksəlişi, bəlkə də gələcəkdə liderlər arasında rəqabətin yaranması.

    Bu, bu gün İranın rəqiblərinin qarşısında duran əsl çağırışdır. Bu, yıxılmağı gözləyən kövrək bir sistem deyil, özünü ən sərt sağ qalma alətləri ətrafında yenidən formalaşdıran bir sistemdir.

    Eyni zamanda demək lazımdır ki, sistem ciddi daxili çağırışlarla üz-üzədir; ölkənin maliyyə resursları tükənib və müharibə elektrik, qaz, dəmir yolları və körpülər kimi mühüm xidmət obyektlərində dağıntılara səbəb olub. Bu, yaxın aylarda, xüsusən də yay mövsümünün yaxınlaşması ilə sistemi əsas xidmətləri göstərməkdə aciz qalan, qələbə haqqındakı rəsmi təbliğatı qəbul etməyən qəzəbli xalqla qarşı-qarşıya qoya bilər. Müharibədən sonrakı dövr — əgər müharibə tezliklə bitsə - sistem üçün müharibə mərhələsinin özündən daha təhlükəli olaraq qalır.

    #Hizbullah #SEPAH #İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) #İran İnqilab Keşikçiləri Korpusu #Məhəmməd Baqer Qalibaf #Hizbullah tərəfdarlarının etirazı #SEPAH raket bölməsi #Məhəmməd Baqir Qalibaf #İran İnqilab Keşikçiləri #İslam İnqilabı Keşikçiləri Korpusu #İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qolu #İran Qüds Qüvvələri #Bəsic #İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) baş komandanı Məhəmməd Pakpur #Məhəmməd Baqir Zülqədr #Məhəmməd Baqir Qalibaf faktoru: Tehranda pərdəarxası danışıqlar idarə olunur? #Ejei #Qulam Hüseyn Möhsüni-Ejei #Parlament sədri Qalibafın atəşkəs barədə açıqlaması #Əhməd Vahidi #AMIA #ABŞ və Avropa İttifaqı #Əhməd Rıza Radan #İranın kölgə kabineti: Ali Rəhbər Müctəba Xameneinin yoxluğunda dövləti idarə edən hərbi elita #İranı kim idarə edir
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Vaşinqton İran, Rusiya və Nigeriyadakı qurumları sanksiya siyahısına salıb

    15 İyul 2026 21:01

    İsrail-Livan danışıqları Romada məhsuldar keçib - ABŞ rəsmisi

    14 İyul 2026 22:40

    ABŞ İranın hərbi imkanlarının böyük hissəsini məhv edib - Tramp

    14 İyul 2026 22:31

    İsrail-Livan danışıqlarının Romadakı ilk günü başa çatıb

    14 İyul 2026 21:18

    Bəhreyndə İran üçün casusluqda ittiham olunan üç nəfərə ömürlük həbs cəzası verilib

    14 İyul 2026 20:13

    İsrail Livanda “pilot zonaların” yaradılmasını həyata keçirməyə hazır olduğunu bildirib

    14 İyul 2026 20:04

    İsrail və Livan arasında növbəti birbaşa danışıqlar Romada başlayıb

    14 İyul 2026 19:28

    İran Britaniyanın SEPAH-ı təhlükə mənbəyi elan etməsini pisləyib

    14 İyul 2026 17:46

    Britaniyada SEPAH-ın statusu ilə bağlı qərar yaxınlaşır

    13 İyul 2026 22:58

    İsrail payızda seçkilərə gedir: Netanyahunun aqibəti necə olacaq?

    13 İyul 2026 15:00

    İsrail ordusu Livanda "Hizbullah" üzvlərinə zərbə endirdiyini açıqlayıb

    11 İyul 2026 21:34

    Nəbatiyədəki hücumların hədəfi nə olub?

    10 İyul 2026 19:19
    XƏBƏR LENTİ

    Romanovlar ailəsinin edamı: 300 illik imperiya sülaləsinin sonu

    Tarixdə bu gün - 16 İyul

    Rubio ifrat solçu terrorçuluqla bağlı beynəlxalq toplantı keçirəcək

    Qalibaf milli maraqlar üçün vahid mövqeyin vacibliyini vurğulayıb

    Enerji təchizatında uzunmüddətli fasilə qlobal iqtisadiyyata ciddi zərbə vura bilər - BVF

    Danışıqlar güzəştə getmək demək deyil - Qalibaf

    Bəndər Abbas üzərində ABŞ-a məxsus pilotsuz uçuş aparatı vurulub - İran

    İşğal altındakı İordan çayının qərb sahilində gərginlik davam edir

    Meyndə demokratların Senat debatı səkkiz namizədlə keçiriləcək

    "X" platforması hansı yeni öhdəlikləri yerinə yetirəcək?

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.