Cəmi bir gündən az davam edən danışıqlar, üç dəqiqəni keçməyən qısa bir mətbuat konfransı ilə və heç bir ciddi irəliləyiş olmadan başa çatdı. Şənbə günü günortadan sonra başlayan ABŞ-İran müzakirələri bütün gecə boyu, təxminən 21 saat davam etdi. C.D. Vens İslamabadda jurnalistlərin qarşısına çıxanda Pakistan paytaxtında artıq günəş doğmuşdu. ABŞ vitse-prezidenti bildirdi: "Razılığa gələ bilmədik. Qırmızı xətlərimizin nə olduğunu çox aydın şəkildə izah etdik... Onlar isə şərtlərimizi qəbul etməməyi seçdilər".
#Məhəmməd Baqir Qalibaf faktoru: Tehranda pərdəarxası danışıqlar idarə olunur?
Müctəba Xameneinin fevralın 28-də Amerika-İsrail zərbəsi nəticəsində öldürülən atasının xələfi kimi "Ali Rəhbər" təyin edilməsindən bəri o, hələ də ictimaiyyət qarşısına çıxmayıb. Lakin buna baxmayaraq müharibə zamanı qərarın kimin əlində olduğu haqda sualları fonunda İran rejimi hələ də ayaqdadır. Sistemin sağ qalması indi əsas şəxslərdən asılıdır; bunlar "İnqlab Keşikçiləri"nin rəhbəri ilə yanaşı, hər ikisi "Keşikçilər" korpusundan gələn Ali Milli Təhlükəsizlik Şurasının sədri və parlament sədridir.
ABŞ-ın nüfuzlu "Axios" xəbər portalı Ağ Evdəki yüksək rütbəli rəsmiyə istinadən bildirir ki, Tramp administrasiyası ilə Tehran arasında mümkün danışıqlar prosesində sükut davam edir. Məlumatda vurğulanır ki, İranın daxili auditoriya üçün verdiyi sərt bəyanatlara və mətbuatda yayılan təkziblərə baxmayaraq, rəsmi diplomatik kanallar vasitəsilə Vaşinqtona hər hansı bir neqativ cavab daxil olmayıb.