#İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK)

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Küveyt ərazisində yerləşən ABŞ hərbi kontingentinə və infrastrukturuna pilotsuz uçuş aparatları (PUA) ilə zərbələr endirdiyini açıqlayıb. Əməliyyat çərçivəsində Küveytdəki Əli əs-Salim Hava Üssündəki hərbi texnika anbarı, "Patriot" hava hücumundan müdafiə sistemi və MQ-9 tipli zərbə PUA-larının saxlandığı hangar sıradan çıxarılıb. Həmçinin, Əl-Udeyri Kampında ABŞ hərbçilərinin yerləşdiyi şəxsi heyət zonası və iki helikopter hangarı hədəf alınıb.

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı, general Əhməd Vahidi İranın mərhum Ali Lideri Ayətullah Əli Xameneinin qətlünə görə Amerika Birləşmiş Ştatları və İsraildən qəti şəkildə qisas alınacağını bəyan edib. Briqada generalı Əhməd Vahidi ədalətin tam bərqərar olunması və cinayətkarlara, xüsusən də ABŞ ordusuna qarşı layiqli cavabın verilməsi üçün çağırış edib.

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH), ölkənin cənubundakı Sirik şəhərinə təşkil edilən hava hücumlarına cavab olaraq ABŞ ordusunun regiondakı dislokasiya məntəqələrini və hərbi mövqelərini vurduğunu elan edib. Böhrana səbəb Vaşinqtonun Hörmüz boğazında icazəsiz marşrutla hərəkət edən kargo gəmisinə İranın müdaxiləsini bəhanə gətirərək Sirik şəhərindəki Taheruyi liman infrastrukturunu və radar müəssisələrini bombalaması olub.

1980-ci ildə rəsmi şəkildə SEPAH-a qoşulan Baqeri, İran-İraq müharibəsi dövründə hərbi kəşfiyyat sahəsində sahə təcrübəsi toplamış və bu sahədə ekspert kimi tanınıb.Məhəmməd Baqeri (fars. محمد باقری‎), 1960-cı ildə Təbrizdə anadan olub. O, hazırda İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi idi (2016-cı ildən). General-mayor rütbəsinə malik olan Baqeri, eyni zamanda İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) tanınmış hərbi komandirlərindən biri kimi tanınırdı.

İranın İnqilabi Qvardiyası bildirib ki, İsrail Livan ərazilərindən çıxmadıqca bölgədə sülh mümkün olmayacaq. Atəşkəsi qəbul etmək üçün bütün cəbhələrdə, o cümlədən Livanda dayanıqlı atəşkəs tələb olunur. Düşmən dərhal Livan xalqına qarşı hücumları dayandırmalı, işğal olunmuş əraziləri boşaldaraq beynəlxalq sərhədlərin arxasına çəkilməli və Livanın ərazi bütövlüyünü tanımalıdır.

İran İslam İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri bildirib ki, son 24 saat ərzində Hörmüz Boğazından 35 gəmi, o cümlədən neft tankerleri və konteyner gəmiləri keçib. SEPAH qeyd edib ki, bu keçidlər onların icazəsi və koordinasiyası ilə həyata keçirilib.

Bəyanatda İranın dünyanın “ən bahalı ordularına” qarşı dayanıqlılıq nümayiş etdirdiyi vurğulanaraq bildirilib ki, ölkənin əvvəlki müdafiə addımları bütün hərbi imkanların tam istifadəsi anlamına gəlmirdi. Rəsmi açıqlamada qeyd olunub ki, Tehran indiyədək təmkinli mövqe nümayiş etdirsə də, ölkənin suverenliyinə qarşı yeni təhdidlər yaranacağı təqdirdə bu yanaşma dəyişə bilər.

Müctəba Xameneinin fevralın 28-də Amerika-İsrail zərbəsi nəticəsində öldürülən atasının xələfi kimi "Ali Rəhbər" təyin edilməsindən bəri o, hələ də ictimaiyyət qarşısına çıxmayıb. Lakin buna baxmayaraq müharibə zamanı qərarın kimin əlində olduğu haqda sualları fonunda İran rejimi hələ də ayaqdadır. Sistemin sağ qalması indi əsas şəxslərdən asılıdır; bunlar "İnqlab Keşikçiləri"nin rəhbəri ilə yanaşı, hər ikisi "Keşikçilər" korpusundan gələn Ali Milli Təhlükəsizlik Şurasının sədri və parlament sədridir.

Türkiyədə Milli Kəşfiyyat Təşkilatı (MİT) və Daxili İşlər Nazirliyinin birgə keçirdiyi əməliyyat nəticəsində İran kəşfiyyat strukturları ilə əlaqədə şübhəli bilinən casus şəbəkəsi ifşa edilib. İstintaq materiallarına əsasən, saxlanılan şəxslərin İran İnqilab Keşikçiləri Korpusunun kəşfiyyat strukturları ilə birbaşa əlaqədə olduqları müəyyən edilib. Onların Türkiyə ərazisində yerləşən hərbi obyektlər, strateji əhəmiyyətli bölgələr, eləcə də ölkə hüdudlarından kənarda yerləşən kritik nöqtələr barədə məlumat topladıqları və bu informasiyaları İran kəşfiyyatına ötürdükləri aşkar olunub.