#Əhməd Vahidi

İran SEPAH-ının baş komandanı, general-mayor Əhməd Vahidi ölkəyə qarşı təhdidlərin davam edəcəyini və İranın müdafiə və hücum imkanlarını gücləndirməli olduğunu bildirib. SEPAH komandanı bildirib ki, müdafiə və hücum gücünün artırılması strategiyasının davam etdirilməsi həm mövcud, həm də gələcək təhdidlərin qarşısının alınması üçün ən effektiv yoldur.

İranın ali rəhbəri Müctəba Hüseyni Xamenei altı yüksək rütbəli hərbi komandir təyin edib. General-mayor Əli Abdullahı Silahlı Qüvvələrin Baş Qərargah rəisi olub. Kiymars Heydəri onun müavini vəzifəsinə gətirilib. Əhməd Vahidi İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı təyin edilib. Mustafa İzadinin onun müavini olduğu bildirilib. Kontr-admiral Əli Özmai korpusun Hərbi Dəniz Qüvvələrinə rəhbərlik edəcək. Hüseyn Taeb isə Bəsic qüvvələrinin rəhbəri təyin olunub. Təyinatlar İranın əsas hərbi strukturlarında rəhbərlik dəyişiklikləri ilə bağlıdır.

Müctəba Xameneinin fevralın 28-də Amerika-İsrail zərbəsi nəticəsində öldürülən atasının xələfi kimi "Ali Rəhbər" təyin edilməsindən bəri o, hələ də ictimaiyyət qarşısına çıxmayıb. Lakin buna baxmayaraq müharibə zamanı qərarın kimin əlində olduğu haqda sualları fonunda İran rejimi hələ də ayaqdadır. Sistemin sağ qalması indi əsas şəxslərdən asılıdır; bunlar "İnqlab Keşikçiləri"nin rəhbəri ilə yanaşı, hər ikisi "Keşikçilər" korpusundan gələn Ali Milli Təhlükəsizlik Şurasının sədri və parlament sədridir.