Çoxları dramatik və aydın bir mənzərə gözləyirdi: "Ali Rəhbər" Əli Xameneinin ölümündən dərhal sonra İran rejiminin süqutu, yaxud Bəşər Əsədin qaçışından sonra olduğu kimi strukturun qəfil dağılması, yaxud Nikolas Maduronun həbsindən sonra Delsi Rodriqezin etdiyi kimi "yaxın çevrədən" birinin çevriliş edərək Vaşinqtonla sövdələşməyə getməsi.
#İranın kölgə kabineti: Ali Rəhbər Müctəba Xameneinin yoxluğunda dövləti idarə edən hərbi elita
Müctəba Xameneinin fevralın 28-də Amerika-İsrail zərbəsi nəticəsində öldürülən atasının xələfi kimi "Ali Rəhbər" təyin edilməsindən bəri o, hələ də ictimaiyyət qarşısına çıxmayıb. Lakin buna baxmayaraq müharibə zamanı qərarın kimin əlində olduğu haqda sualları fonunda İran rejimi hələ də ayaqdadır. Sistemin sağ qalması indi əsas şəxslərdən asılıdır; bunlar "İnqlab Keşikçiləri"nin rəhbəri ilə yanaşı, hər ikisi "Keşikçilər" korpusundan gələn Ali Milli Təhlükəsizlik Şurasının sədri və parlament sədridir.