Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / VOA təhlil mərkəzi / VOA analitika: Geosiyasi təhlillər
    VOA analitika: Geosiyasi təhlillər

    Bəsic etiraz edir - Xameneinin səsini eşitmək istəyirik

    29 Avqust 2026 00:03
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Bəsic etiraz edir - Xameneinin səsini eşitmək istəyirik
    Facebook Twitter LinkedIn Pinterest Email

    Müharibəni alovlandıran və Müctəba Xameneinin İranın ali rəhbəri postuna gəlməsi ilə nəticələnən hava zərbələrindən altı ay keçməsinə baxmayaraq, ağır yaralanmış oğul Xamenei hələ də ictimaiyyət qarşısına çıxmır. Bu vəziyyət ölkə rəhbərliyinin mərkəzində ciddi bir boşluq yaradıb. İran Yaxın Şərqi bürüyən və ölkənin onsuz da kövrək iqtisadiyyatına ağır zərbə vuran müharibə ilə bağlı taleyüklü qərarlar ərəfəsində ikən, onun səhhəti və idarəetmədəki real rolu ətrafında suallar getdikcə artır.

    Müctəba Xameneinin “yeni görüntüləri” saxta xəbər çıxdı Müctəba Xameneinin “yeni görüntüləri” saxta xəbər çıxdı

    İran rəsmiləri və yüksəksəviyyəli mənbələr bildirirlər ki, Xamenei proseslərə nəzarəti əlində saxlayır, təhlükəsizlik səbəblərindən dövlət işlərini pərdəarxasından idarə edir və xarici görünüşündə iz buraxan ağır yaralardan sonra sağalma mərhələsindədir. "Reuters" agentliyinin Xameneinin səhhəti və qərarvermə prosesindəki rolu ilə bağlı yaydığı məlumatları müstəqil mənbələrdən təsdiqləmək mümkün olmayıb.

    İranın ərəb və İslam dünyası ilə qarşı-qarşıya qoyulması ssenarisi hazırlanır

    Mənbələrin iddiasına görə, Xamenei gündəlik idarəetmə üzrə geniş səlahiyyətləri bir qrup yüksəkrütbəli məmura həvalə edib. Lakin müharibə başladıqdan bir həftə sonra ali rəhbər seçilməsinə rəğmən, onun bu günədək heç bir fotoşəklini, videosunu və ya səs yazısını paylaşmaması ölkə daxilində şübhələri artırır. Çünki İslam Respublikasında son söz məhz ali rəhbərə məxsus olmalıdır.

    ABŞ Prezidenti Donald Trampın bu həftə verdiyi bəyanatlar da Xameneinin taleyi ətrafında müzakirələri alovlandırıb. Tramp İranın ali rəhbərinin öldüyünü düşünmədiyini, lakin bədəninin sol tərəfi, qolu və ayağından "çox ağır xəsarətlər" aldığını bildirib. O əlavə edib ki, əgər Xamenei ölübsə, İran hakimiyyəti qərarların təsdiqi üçün daim ona müraciət edildiyini iddia edərək "çox inandırıcı bir tamaşa nümayiş etdirir".

    Vaşinqtondakı Yaxın Şərq İnstitutunun eksperti Aleks Vatanka bildirib ki, : "Artıq əsas sual Müctəbanın sağ olub-olmaması deyil; əsas məsələ İranın həqiqətən vəzifələrini icra edən bir ali rəhbərinin qalıb-qalmamasıdır".

    Xameneinin xalqa müraciətləri yalnız xəbər bülletenlərində diktorlar tərəfindən oxunan məhdud sayda yazılı bəyanatlarla məhdudlaşıb. O, hətta ötən ay atasının bir həftə davam edən dəfn mərasimində belə iştirak etməyib.

    Nə foto, nə səs: Tam gizlilik və qeyd

    8 martda ali rəhbər seçildikdən sonra Xamenei bir dəfə də olsun ictimaiyyət qarşısında görünməyib və İran rəhbərliyi onun çəkiliş vaxtı təsdiqlənə bilən heç bir yeni fotosunu və ya videomaterialını yayımlamayıb. Sepah-a bağlı "Fars" xəbər agentliyi bu həftə sosial şəbəkələrdə Xameneinin din xadimləri ilə görüntüləndiyi videonun onun vəzifəyə gəlməsindən sonrakı dövrə aid olduğunu təkzib edərək, kadrların köhnə olduğunu açıqlayıb.

    Əs-Sistani sonrası Nəcəf Hövzəsini gözləyən tarixi sınaq

    Yüksəkrütbəli məmurlar onun yoxluğunu sui-qəsd təhlükəsi ilə izah edir, rəsmilərlə mütəmadi görüşlər keçirdiyini, bütün əsas hesabatları aldığını və strateji qərarları şəxsən verdiyini bildirirlər. Prezident Məsud Pezeşkiyan 10 avqustda Xamenei ilə 7 saatlıq görüş keçirdiyini bəyan edib. Həmin gün Xameneinin ofisi də müharibənin gedişatı, iqtisadi vəziyyət və ölkənin gələcəyinin müzakirə olunduğunu təsdiqləsə də, görüşdən heç bir foto və ya video paylaşılmayıb. Bundan bir neçə gün əvvəl isə Pezeşkiyan Xamenei ilə əlaqə saxlamağın "hazırda çox çətin" olduğunu bildirmişdi.

    Mühafizəkarların qalası sayılan Qum şəhərindəki "Bəsic" qüvvələrinin bir üzvü qeyd edib ki, : "Liderimizin səsini eşitməyə və ya ölkəni idarə etdiyini göstərən bir işarə görməyə ehtiyacımız var ki, bu bizə güvən versin. Tək bir fotonun belə olmaması əhvali-ruhiyyəni zəiflədir".

    Müxalif və islahatçı kəsimdə isə şübhələr daha dərindir. "Müctəbanın öldürülmədiyini haradan bilək? Onun sağ olduğunu, qərarlarda iştirak etdiyini təsdiqləyən bircə sübutun belə olmaması məntiqsizdir".-deyə, Tehrandan olan bir iş adamı bildirib.

    "Sepah" və dəyişən idarəetmə arxitekturası

    İran güclü rəqibləri ilə 6 aydır davam edən müharibə fonunda tükənsə də, hələ ki ayaqda qalmağı bacarıb. Hakim teokratik sistem ali rəhbərin və yüksəkrütbəli hərbi komandirlərin yoxluğuna baxmayaraq süqut etməyib. Lakin hərbi xərclər və neft ixracına tətbiq olunan blokada riyalı çökdürüb və iqtisadi böhran xalq etirazları qorxusunu yenidən artırıb.

    İranda son söz kimindir? İranda son söz kimindir?

    Hakimiyyət daxilində "Sepah"ın təsiri müharibənin əvvəlindən bəri daha da güclənib. Hazırkı idarəetmə arxitekturası Ali Milli Təhlükəsizlik Şurası ətrafında formalaşıb. Bu elita qrupuna "Sepah" generalları ilə yanaşı, Prezident Məsud Pezeşkian və Parlament sədri Məhəmməd Baqir Qalibaf daxildir.

    Mənbələr Xameneinin yalnız məhdud sayda şəxslə birbaşa təmasda olduğunu, bunun ABŞ tərəfindən hədəf alınmasının qarşısını almaq məqsədi daşıdığını bildirirlər. Xarici işlər naziri Abbas Əraqçi iyul ayında Xamenei ilə üzbəüz görüşmədiyini demişdi. Baş Qərargah rəisi Əli Abdullahi və Pezeşkiyan isə görüşdüyü deyilən azsaylı şəxslərdəndir.

    Yüksək dairələrdən verilən məlumata görə, 28 fevralda ABŞ və İsrailin atasının ölümü ilə nəticələnən hava zərbələri zamanı Müctəba Xameneinin üz nahiyəsi ciddi xəsarət alıb və deformasiyaya uğrayıb. Lakin 1979-cu il inqilabından bəri ölkənin ən ağır böhranı yaşadığı bir dövrdə bu cür səbəblər ictimaiyyət üçün yetərli görünmür.

    #Müctəba Xameneyi #Muctəba Amani #Müctəba Xamenei liderliyi #Bəsic #Bəsic Meqdad #Bəsic və Ali Rəhbər #Bəsic milisləri və sosial nəzarət: İran cəmiyyəti necə zəncirlənib? #Bəsicdən Qüds Qüvvələrinə: İnqilab Keşikçilərinin Sosial və Regional Rolu #Bəsic milisləri #Müctəba Xameneyi kimdir? İranın gələcək ali lideri haqqında hər şey #Rəisinin ölümündən sonra tək qalan namizəd: Müctəba Xameneyi #İranın pərdəarxası rəhbəri: Müctəba Xameneyinin gizli hakimiyyəti #Bəsic ordusunun gizli komandanı: Xameneyinin oğlu və 2009-cu il repressiyaları #SEPAH və Bəsic #Bəsic könüllülərinin səfərbərliyi və vətən müdafiəsi #Tehran məscidlərində Bəsic qeydiyyat mərkəzləri #Trump reveals critical details: Severely wounded on his left side #Growing unease inside the Basij
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Müctəba Xamenei hökumətə çağırış etdi - Dözümlü olun

    29 Avqust 2026 09:38

    İranın ali rəhbəri altı yüksək rütbəli hərbi komandir təyin edib

    10 Avqust 2026 20:15

    Müctəba atasının siyasi xəttini davam etdirəcəyinə və qisas alacağına söz verdi

    11 İyul 2026 17:24

    İranda son söz kimindir?

    4 May 2026 06:58

    Tehranda Müctəba Xameneiyə dəstək yürüşü keçirilib

    29 Aprel 2026 20:03

    İslamabad danışıqlarına kimlər rəhbərlik edir - Masadakı əsas simalar

    15 Aprel 2026 08:16

    İranın kölgə kabineti: Ali Rəhbər Müctəba Xameneinin yoxluğunda dövləti idarə edən hərbi elita

    9 Aprel 2026 22:00

    İran "Vətən Müdafiəsi" kampaniyası üçün "insan qalxanları" yaradır

    7 Aprel 2026 22:23

    Hörmüz boğazı ABŞ, İsrail və onların tərəfdarlarına açılmayacaq - İran

    2 Aprel 2026 10:56

    Tehranın pərdəarxası danışıqları – Qalibaf Vaşinqtonun yeni həmsöhbəti ola bilərmi?

    26 Mart 2026 09:00

    Məhəmməd Baqir Zülqədr İran Milli Təhlükəsizlik Şurasının katibi təyin edildi

    24 Mart 2026 15:29

    İran rejiminin sonu: Regional hegemonluqdan daxili çöküşə və hərbi iflasa doğru

    21 Mart 2026 11:00
    XƏBƏR LENTİ

    Diplomatik böhranlar və hərbi əməliyyatlar: 30 avqustda ərəb dövlətlərində nə baş verdi?

    Tarixdə bu gün – 30 Avqust

    BMT mandatı olmadan beynəlxalq qüvvələrin Livanda qalması mümkün deyil - Nəbih Bərri

    İsrail qüvvələrinin Livanın cənubunda qocalar üçün sosial qayğı mərkəzini partlatdığı bildirilir

    İsrailli məskunlaşanların İordan çayının qərb sahilində yeni hücumlar həyata keçirdiyi bildirilir

    Qalibaf ABŞ-nin iqtisadi təzyiq iddialarına cavab verib - “Əsl 130-lar bunlardır”

    "The Unheard" serialını Livanlı rejissor Munia Akl çəkəcək

    Medianın İnkişafı Agentliyi “Ajmedia.news” saytının fəaliyyətinin qanunsuz hesab edildiyini açıqlayıb

    Misir və İtaliya Yaxın Şərqdə gərginliyin azaldılmasına çağırıb

    Qətər və Türkiyə xarici işlər nazirləri Yaxın Şərqdə gərginliyin azaldılması yollarını müzakirə ediblər

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.