BAKI,VOA,Yusif Şərifzadə
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ölkəsinin hazırda “genişmiqyaslı iqtisadi müharibə” ilə üzləşdiyini bildirib. O, İranın iqtisadi təzyiqlərə qarşı mübarizəni davam etdirəcəyini vurğulayıb.
VOA xəbər verir ki, Qalibaf İranın bu mübarizədə də düşmən üzərində qələbə qazanacağını söyləyib. İran parlamentinin sədri ölkəyə qarşı iqtisadi təzyiqləri müharibənin bir istiqaməti kimi qiymətləndirib.
Qalibafın açıqlaması İrana qarşı iqtisadi təzyiqlərin və sanksiyaların gücləndiyi bir dövrdə səsləndirilib. Son günlər Tehran rəhbərliyinin digər yüksək vəzifəli nümayəndələri də ölkənin iqtisadi təzyiqlərlə üzləşdiyini bildiriblər.
İran rəsmiləri Vaşinqtonun iqtisadi tədbirlərinin ölkənin maliyyə imkanlarını məhdudlaşdırmağa və Tehranı beynəlxalq iqtisadi əlaqələrdən təcrid etməyə yönəldiyini bildirirlər. Tehran isə bu təzyiqlərə müqavimət göstərəcəyini bəyan edir.