Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / VOA təhlil mərkəzi
    VOA təhlil mərkəzi

    İsrail hücumlarından ehtiyat edən Tehran İraq şiələrinə təzyiqi artırır

    3 Noyabr 2025 09:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İsrail hücumlarından ehtiyat edən Tehran İraq şiələrinə təzyiqi artırır
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

    İranın son vaxtlar İraq səhnəsində səssiz və strateji manevr həyata keçirdiyinə dair ardıcıl işarələr görünür. Məqsəd son dövrdə onun regional qollarına endirilən ağır İsrail zərbələrindən sonra sarsılmış təsirini bərpa etməkdir.

    Bu gizli manevrləri İran İnqilab Keşikçiləri Korpusunun “Qüds” qüvvələrinin komandanı İsmayıl Qaani şəxsən idarə edir. Artan narahatlıq isə ondan ibarətdir ki, Tehranın İraqdakı silahlı qrupları yenidən təşkil etməsi iki paralel hədəfə xidmət edir. Bir tərəfdən xarici təhlükəni neytrallaşdırmaq üçün intizam nümayiş etdirmək,
    digər tərəfdən isə İraq daxilində təhlükəsizlik qərarları üzərində nəzarəti daha da sərtləşdirmək.
    Bu isə ölkənin daxili sabitliyini riskə ata və dövlətin müstəqilliyini təhdid edə bilər.

    Məsələnin detalları ilə tanış olan mənbə Qaainin cari ayın əvvəlində Bağdada etdiyi səfərdə müzakirə olunan başlıca mövzuları açıqlayıb. Onun sözlərinə görə, danışıqlar silahlı qruplaşmaların yenidən strukturlaşdırılması, gərginliyin azaldılması və özünü nəzarətdə saxlamaq barədə olub. İran tərəfi narahatdır ki, nəzarətdən çıxmış hərbi eskalasiya İsrailin İraqın daxilinə zərbələr endirməsinə səbəb ola bilər.

    Bu məlumatlar bir daha göstərir ki, İraqın siyasi və təhlükəsizlik “qırmızı xətləri”ni müəyyən etməkdə İranın rolu həlledicidir.

    Shafaq News agentliyinə danışan mənbə bildirib ki, müzakirələrin əsas başlıqlarından biri “silahlı qrupların strukturlaşdırılması, bölgədə siyasi və təhlükəsizlik vəziyyətinin qiymətləndirilməsi və İsrailin İraqa hərbi zərbə endirmə planlarının qarşısının alınması” olub.

    Bu açıqlama Bağdad–Tehran xəttində koordinasiyanın mövcud olduğunu və regionun daha geniş müharibəyə sürüklənməsinin qarşısını almağa hesablandığını göstərir.

    Mənbə əlavə edib ki, Bağdad və Tehran arasında “gerginliyin azaldılması, özünü nəzarətdə saxlamaq və hazırkı mərhələdə ABŞ maraqlarına hücumların azaldılması ilə bağlı ortaq baxış” var.

    Bundan əlavə, tərəflər “gələcək təhlükələri önləmək, bölgəni gözlənilən müharibədən qorumaq və təhlükəsizlik–siyasi əməkdaşlığı artırmaq” barədə razılaşıblar.

    İranın “təhlükəsizlik və özünü nəzarətdə saxlamaq” vurğusu göstərir ki, Tehran məqsədsiz hərbi addımların İsrailin İraq ərazilərinə zərbə endirməsi üçün bəhanəyə çevrilməsindən ciddi şəkildə narahatdır. Xüsusilə də regionda mövcud olan gərginlik fonunda deterrensiya qaydaları dəyişir.

    Mənbəyə görə, Qaani Bağdadda mötəbər siyasi liderlər, əsas partiya rəhbərləri və silahlı fraksiyaların komandirləri ilə həm qrup halında, həm də fərdi görüşlər keçirib. Bu görüşlərin hamısında eyni mesaj verilib:
    gərginlik yaratmayın, silahı mərkəzləşdirin, razılaşmalara əməl edin.

    Bu vurğular göstərir ki, Qaainin iki əsas hədəfi var:
    - silahlı fraksiyaların hərbi fəaliyyətini mərkəzləşdirilmiş İran nəzarətinə tabe etmək;
    - və daxili siyasi sabitliyi, yəni Tehranın müttəfiqlərinin hakimiyyətdə qalmasını təmin etmək.

    Qaainin səfəri 21-də baş verib və bu vaxt “Koordinasiya Çərçivəsi” daxilində gərginlik artmışdı. Bəzi siyasilər dövlət resurslarından istifadə etməklə seçki kampaniyasına üstünlük qazanmağa çalışırdı. İran nümayəndələri məsələni cilovlamaq üçün vasitəçi rolunu oynayıb.

    Mənbədən alınan məlumata görə, Qaainin səfəri həm də Ali Şiə dini lideri Ayətullah Sistaninin həyat yoldaşının vəfatı ilə bağlı başsağlığı vermək məqsədi daşıyıb. Lakin paralel olaraq o, müxtəlif qrupların liderləri ilə ayrıca görüşərək “şiə mövqeyinin birliyinin qorunması və seçkilərdən əvvəl daxili mübahisələrin kənara qoyulması” tapşırığını verib.

    Son aylarda Qaani xüsusilə şiə fraksiyaları arasındakı ixtilafları yatırmaq üçün aktiv müdaxilələr edir. Tehran üçün siyasi parçalanmanın qarşısını almaq - silahlı qrupların nəzarətdə saxlanılması qədər strateji məsələdir.

    Bu proses ABŞ-ın Bağdada artan təzyiqi fonunda baş verir. ABŞ dövlət katibi Marko Rubio İraq baş naziri Məhəmməd Şiə əs-Sudaniyə açıq şəkildə bildirib ki, “İranın dəstəklədiyi milislər həm amerikalıların, həm də iraqlıların həyatına və işinə təhdiddir, ölkənin resurslarını Tehranın xeyrinə istifadə edir.”

    Bu açıqlamalar göstərir ki, silahlı qruplaşmaların yenidən təşkil edilməsi həm daxili (İsrail təhlükəsi), həm də xarici (ABŞ təzyiqi) səbəblərlə aktuallaşıb.

    Beləliklə, Qaainin səfərinin mahiyyəti “ikili nəzarət strategiyası”dır:
    - fraksiyaları cilovlamaq ki, İsrailə bəhanə verilməsin,
    - və şiə siyasi blokunun parçalanmasının qarşısını almaq.

    Bu da göstərir ki, İran hazırda İraqda “təhlükəsizlik diplomatiyası” yürüdür: silahlı fraksiyaları təşkilatlanmış şəkildə nəzarətdə saxlayaraq həm siyasi idarəetməni qoruyur, həm də regional böhranda öz arxa cəbhəsini təhlükəsizləşdirir.

    Nəticə etibarilə, “fraksiyaların yenidən strukturlaşdırılması” qərarı və de-eskalasiya çağırışları sübut edir ki, İsrailin hərbi zərbələri ehtimalı və beynəlxalq səviyyədə silahlı qruplara artan təzyiq İranın İraqdakı siyasətinin əsas hərəkətverici qüvvəsinə çevrilib.

    #Bağdad #Tehran #AzerVoice #Təhlil #İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) #İran İnqilab Keşikçiləri Korpusu #İsmayıl Qaani #Şiə teologiyası #Bağdadın regional müharibədən çəkinməsi #İraqda şiə siyasi mübarizəsi #Bağdadın elmi inkişafı #Nigeriyada polis və şiələr arasında nələr baş verir? #Nigeriyada şiə icması niyə İranı dəstəkləyir? #İraqda şiə fraksiyaları #İran İnqilab Keşikçiləri #Tehran nüvə danışıqları #İslam İnqilabı Keşikçiləri Korpusu #VOA Analitik Təhlil Mərkəzi #Bağdadın yeni kursu #İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qolu #Radikal şiəlik
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    ABŞ təzyiqləri qlobal enerji bazarını və Avropanı sarsıda bilər - İran

    18 İyul 2026 18:25

    ABŞ-nin hücumları xalqın birliyini daha da gücləndirib - İran XİN

    18 İyul 2026 12:26

    İran ABŞ-ın İordaniyadakı əsas aviabazasını vurub

    18 İyul 2026 10:16

    Tehranın cümə imamı hansı qisas çağırışını edib?

    17 İyul 2026 19:25

    İran Qətərdəki ABŞ hərbi bazasına zərbə endirdiyini açıqlayıb

    17 İyul 2026 18:20

    Suriya İranın əl-Tənf bazasına zərbə endirməsi barədə xəbərləri təkzib edib

    17 İyul 2026 18:16

    Yeni hücum olarsa, bölgədəki infrastruktur hədəfə alınacaq - Tehran

    17 İyul 2026 12:55

    İsrail İranla sülh danışıqlarını pozmağa çalışır - Vens

    16 İyul 2026 16:39

    İranın çoxsaylı hava hücumlarının qarşısı alınıb - Bəhreyn ordusu

    16 İyul 2026 14:48

    İranda saxlanılan ABŞ vətəndaşı azad edilib - Donald Tramp

    16 İyul 2026 11:56

    Vaşinqton İran, Rusiya və Nigeriyadakı qurumları sanksiya siyahısına salıb

    15 İyul 2026 21:01

    İranın hər qarışını müdafiə edəcəyik - Məsud Pezeşkian

    14 İyul 2026 22:35
    XƏBƏR LENTİ

    Səhərləri enerjili başlamağın sadə yolları: Gününüzü daha məhsuldar keçirin

    Kəhf surəsi nədən bəhs edir?

    Bu gün qədim Romanı bürüyən Böyük Yanğın başladı

    Lüks və hərbi zireh bir arada: Aston Martin Call of Duty üçün virtual V12 canavarı hazırladı

    Tarixdə bu gün - 19 İyul

    Vaşinqton Avropada söz azadlığı təşəbbüslərini maliyyələşdirməyi planlaşdırır

    ABŞ memorandumun mürəkkəbi qurumamış hücuma keçdi - Məhəmməd Rza Arif

    Macarıstan prezidentinin səlahiyyətlərinə rəsmən xitam verilir

    İordaniyada iki hərbçi İranın hücumları zamanı həlak olub, daha biri itkin düşüb - CENTCOM

    Qəzza şəhərinin əz-Zeytun məhəlləsinə endirilən zərbədə ölənlərin sayı artıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.