Şənbə günü sübh tezdən Bağdadın Kərrada məhəlləsində hərəkata məxsus evin hədəf alınmasından sonra "Kətaib Hizbullah" qruplaşmasının lideri Əbu Hüseyn əl-Hümeydavinin taleyi barədə ziddiyyətli məlumatlar yayılıb. Bəzi mənbələr onun öldüyünü desə də, digərləri sağ qaldığını iddia edir. Hadisə yerindən yayılan videoda Hümeydavi olduğu güman edilən şəxsin başından yaralandığı görünür. Bəs illərdir "İranın İraqdakı sirli adamı" kimi tanınan bu şəxs kimdir?
#Bağdadın regional müharibədən çəkinməsi
İranın son vaxtlar İraq səhnəsində səssiz və strateji manevr həyata keçirdiyinə dair ardıcıl işarələr görünür. Məqsəd son dövrdə onun regional qollarına endirilən ağır İsrail zərbələrindən sonra sarsılmış təsirini bərpa etməkdir.
İraqda son həftələrdə müşahidə olunan sakitlik, hökumətlə İrana bağlı silahlı qruplar arasında qeyri-rəsmi razılaşmaya əsaslanır.
Yeni koalisiyaya ilkin mərhələdə Sudaniyə bağlı Fəratin hərəkatı, Hadi əl-Amiri və Həşdi-Şəbi təşkilatının rəhbəri Falih əl-Fəyaz daxildir.
Müqtəda əs-Sədr, İraqın regional münaqişələrə sürüklənməsinin qarşısını almaq üçün "Səraya əs-Salam" üzvlərinə silahdan uzaq durmağı və yalnız dini rəhbərlərə müraciət etməyi əmr edərək, ölkədə sabitliyi qorumağa çalışır.