Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / VOA təhlil mərkəzi
    VOA təhlil mərkəzi

    Netanyahu iddia edir ki, İranın raketləri Vaşinqtonu vura bilər

    8 Oktyabr 2025 22:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Netanyahu iddia edir ki, İranın raketləri Vaşinqtonu vura bilər
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

    İranın raket arsenalı İsrail üçün fövqəladə narahatlıq mənbəyidir və bu, yəhudi dövlətinin təhlükəsizlik baxımından bu təhdidi neytrallaşdırma ehtiyacını İranın nüvə məsələsini həll etməkdən daha təcili bir prioritet halına gətirə bilər. Tehran nüvə proqramının hərbi xarakter daşıyıb-daşımadığı barədə qəti qərar verilməsə də, Təl-Əviv onun dinc məqsədli olmadığını dəfələrlə bəyan edib.

    Bu mənzərədə İranın raket silahlanması İsrail ilə Tehran arasında yeni bir müharibə mərhələsinin başlanması üçün səbəbə çevrilə bilər. Xüsusilə İsrailin İran raketlərindən gələn təhlükə ilə bağlı qorxu kampaniyasını intensivləşdirməsi və bu təhlükə ilə bağlı ABŞ-ı da xəbərdar etməsi Vaşinqtonu hərbi müdaxiləyə təhrik etməyə bənzəyir.

    İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, İran 8 min kilometr məsafəyə malik qitələrarası raketlər hazırlayır. O, yəhudi əsilli amerikalı jurnalist Ben Şapiroya verdiyi müsahibədə: “İran 8 min kilometr məsafəyə çata bilən qitələrarası raketlər hazırlayır. Əgər 3 min kilometr də əlavə etsək, onda Nyu-York, Vaşinqton, Boston, Mayami və hətta Mar-a-Lago belə onların nüvə silahlarının hədəfinə çevrilir. Bu, doğrudan da böyük bir təhlükədir. Biz bu cür ağılsız və ‘Amerikaya ölüm’ şüarını səsləndirən insanların atəşi altında qalmaq istəmirik.” - deyib

    O, eyni zamanda bildirib ki, “Təl-Əviv bu təhlükəni özündən uzaqlaşdırmaq üçün böyük səylər göstərir”

    İranın raket sistemi onun hərbi arsenalının əsas dayağı və müharibə aparmaq üçün ən effektiv vasitəsidir. Bu, son İsrail-İran müharibəsi zamanı da sübuta yetdi. Həmin müharibədə iranlılar qarşıdurmanı İsrailin daxilinə daşımağa nail olmuş, paytaxt Təl-Əviv də daxil olmaqla bir çox strateji obyektlərə zərbələr endirmişdilər. İsrailin itkiləri barədə rəsmi məlumat verilməsə də, hərbi analitiklər bu zərbələrin əhəmiyyətli nəticələr doğurduğunu və İran raketlərinin təsirli olduğunu, ABŞ və İsrail arasında olan güc balansını müəyyən qədər sabitləşdirdiyini qeyd ediblər.
    Netanyahu dəfələrlə xəbərdarlıq edib ki, İranın təhdidi yalnız İsraili deyil, həm də ABŞ və Avropa ölkələri daxil olmaqla bütün Qərbi hədəf alır. Bununla belə, Tehran rəsmiləri bir neçə dəfə bəyan ediblər ki, İranın nüvə və raket proqramları heç bir Qərb ölkəsini hədəf almır.

    Eyni müsahibədə Netanyahu həmçinin bildirib ki, İsrail ABŞ ilə birlikdə “başqa heç bir böyük dövlətin malik olmadığı hücum silahları” inkişaf etdirir. O deyib: “Dünyanın ən inkişaf etmiş silahlarını İsrail hazırlayır və onları ABŞ ilə bölüşür,” - lakin əlavə təfərrüat verməyib.

    İran isə beynəlxalq ictimaiyyətə, xüsusilə Qərb ölkələrinə aydın mesaj verir ki, öz raket proqramından imtina etməyə hazır deyil. Bu proqram onun hərbi gücünün onurğa sütunu və düşmənləri - başda İsrail olmaqla - qarşısında deterrent balansının əsas vasitəsidir.

    ABŞ və Qərb müttəfiqləri İranın raket proqramını nüvə danışıqlarına daxil etməyə çalışsalar da, Tehran əks siqnallar göndərərək raketlərinin uçuş məsafəsini artırmaq və istehsal infrastrukturunu yeniləmək niyyətində olduğunu açıq şəkildə bəyan edib.

    Keçən həftə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksək rütbəli komandiri bildirib ki, raketlərin məsafəsi Tehranın zəruri hesab etdiyi hər nöqtəyə qədər artırılacaq. Bu, Qərbin İran raketlərini məhdudlaşdırmaq tələblərinə cavab idi.

    İran rəsmiləri qeyd ediblər ki, ABŞ və bəzi Avropa dövlətlərinin İranın raket qabiliyyətini məhdudlaşdırmaq tələbləri nüvə razılaşmasına mane olan əsas problemlərdəndir.

    Rəsmi Tehranın açıqlamasına görə, hazırda İran raketlərinin uçuş məsafəsi 2 min kilometrdir. İran rəsmiləri bildirirlər ki, bu məsafə ölkəni qorumaq üçün kifayətdir, çünki o, İsrailə qədər olan məsafəni əhatə edir.

    Xatəm əl-Ənbiyə Mərkəzi Hərbi Qərargahının müfəttiş müavini Məhəmməd Cəfər Əsədi yaxın günlərdə “Fars” xəbər agentliyinə deyib müsahibəsində : “Raketlərimiz ehtiyac duyulan məsafəyə qədər çatacaq.”-deyib.

    O əlavə edib ki, İran raketlərinin gücü və məsafəsi İsrailin iyun ayında başlatdığı müharibənin cəmi on iki gün davam etməsinə səbəb olub.

    Əsədinin açıqlamaları İranın İsrail tərəfindən hədəf alınan raket istehsal mərkəzlərini yenidən bərpa etməyə başlamasından bir neçə gün sonra səslənib. Bu addım Təl-Əvivin “uyğun vaxtda yeni müharibəyə hazır olduqlarını” bildirməsi fonunda, Tehranın da belə bir qarşıdurmanı istisna etmədiyini göstərir.

    İran raketlərinin yaratdığı təhdidə görə, ABŞ və Qərb ölkələri bu məsələni İranın nüvə proqramı ilə bağlı danışıqlara daxil etməyə çalışıblar. Lakin Tehran bunu qəti şəkildə rədd edib.

    Raket proqramının bərpası İran İslam Respublikası üçün olduqca vacib məsələ sayılır. Tehran hesab edir ki, İsraillə yeni müharibə mərhələsinin baş verməsi mümkündür.

    İranın xarici işlər naziri Abbas Əraqçi daha əvvəl demişdi ki, “Əgər təcavüz təkrarlansa, İran tərəddüd etmədən daha qəti şəkildə və gizlədilməsi mümkünsüz şəkildə cavab verəcək.”
    İran mediası, o cümlədən İnqilab Keşikçilərinə yaxın “Təsnim” agentliyi, İsrailə qarşı yeni müharibənin başlaya biləcəyi barədə xəbərlər və təhlillər yayımlayır. Müşahidəçilər bunu ictimai rəyi mümkün qarşıdurmaya hazırlamaq və onun nəticələrinə dözümlü olmağa istiqamətlənmiş kampaniya kimi dəyərləndirirlər.
    Eyni kontekstdə İsrailin Baş Qərargah rəisi Eyal Zamir açıq şəkildə bildirib ki, İranla yeni hərbi qarşıdurma ehtimalı mövcuddur:
    “Biz hələ İranla işimizi bitirməmişik,” - deyə o qeyd edib və iyun müharibəsini sadəcə “birinci mərhələ” adlandırıb.

    #Nüvə tərksilahı üzrə konfrans #nüvə enerjisi #SEPAH #Nüvə razılaşması #İranın nüvə irəliləyişi #İsrail və HƏMAS müharibəsi #SEPAH raket bölməsi #SEPAH casusları #İranın nüvə proqramı və beynəlxalq reaksiyalar #Eyal Zamir #İran nüvə silahı #İran-ABŞ nüvə gərginliyi #İran nüvə təhlükəsi #SEPAH komandirləri #İran nüvə razılaşması #Avropa İran nüvə danışıqları #İsrail-İran müharibəsi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İran İsrailin şimal bölgələrini vuracağını bildirdi - Sakinlərə təxliyyə çağırışı edildi

    1 İyun 2026 21:16

    Hörmüz boğazında təhlükəsizlik qaydaları yenidən gündəmə gəlib

    30 May 2026 20:57

    Hörmüz boğazında nə baş verir? İran son 24 saatda 24 gəminin keçdiyini açıqladı

    29 May 2026 18:39

    İsrail Baş Qərargahından sərt mesaj: Məhdudiyyət tanımayacağıq

    29 May 2026 18:29

    Qəzzada öldürülən HƏMAS liderləri “şəhid” elan olundu

    28 May 2026 21:33

    İran Hörmüz boğazında suverenliyə müdaxiləyə icazə verməyəcəyini açıqlayıb

    28 May 2026 20:55

    Hörmüz boğazından 25 gəmi keçib - SEPAH

    27 May 2026 14:35

    Netanyahu təhlükəsizlik müşavirəsi keçirdi: Livanda yeni əməliyyatlar başlayır?

    26 May 2026 19:28

    Son 24 saatda Hörmüz Boğazından 35 gəmi keçib - SEPAH

    22 May 2026 14:58

    SEPAH: Son 24 saatda 26 gəmi Hörmüz Boğazından keçib

    20 May 2026 19:11

    SEPAH ABŞ və İsrailə meydan oxudu

    20 May 2026 14:51

    İsrail Müdafiə qüvvələri qəfil hücumlara qarşı təlimlər keçirib

    15 May 2026 18:49
    XƏBƏR LENTİ

    Tarixdə bu gün – 2 İyun

    Tramp deyir ki, İranla danışıqlar “sürətli tempdə” davam edir

    Tramp: Netanyahu və Hizbullahla Livanda atəşkəs barədə danışmışam

    Ali rəhbərin müşaviri: İran dəniz blokadasına və Livandakı gərginliyə dözməyəcək

    Netanyahu və Tramp arasında gərginlik fonunda mühüm telefon danışığı baş tutdu

    Tramp: İranla danışıqların bitməsi məni narahat etmir

    Ceyhun Bayramov Kaleb Orrla Azərbaycan-ABŞ münasibətlərini müzakirə edib

    ABŞ-Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyası çərçivəsində əməkdaşlıq perspektivləri müzakirə olunub

    Avropa İttifaqı rəsmisi: Pakistan “böyük miqyaslı müharibənin” qarşısını alıb

    Tramp: İranla “razılaşma” yaxın zamanda mümkün ola bilər

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.