#İran nüvə razılaşması

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası dekabrın 23-də İranın nüvə razılaşması - Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) icrasına dair vəziyyəti nəzərdən keçirmək məqsədilə iclas keçirəcək. Təhlükəsizlik Şurasının sözügedən iclası dekabrın 22–26 tarixləri arasında planlaşdırılan daha geniş sessiyalar silsiləsinin bir hissəsidir. Bu çərçivədə Şura Myanmada vəziyyət, Sudandakı böhran və regional təhlükəsizlik çağırışlarını da müzakirə edəcək.

İran, sentyabr ayında Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə imzaladığı və əməkdaşlığın bərpasını nəzərdə tutan Qahirə Anlaşmasını rəsmən ləğv etdiyini açıqlayıb. İranın Xarici İşlər naziri Abbas Əraqçi, İngiltərə, Fransa, Almaniya və ABŞ-ın MAQATE İdarə Heyətinə Tehran əleyhinə qərar layihəsi təqdim etməsindən sonra bu açıqlamanı verib. Əraqçi bildirib ki, qərar layihəsini təqdim edən ölkələr İranın yaxşı niyyətini nəzərə almadan MAQATE-nin etibarlılığına və müstəqilliyinə xələl vurublar və agentlik ilə İran arasındakı əməkdaşlıq prosesini pozublar. O, eyni zamanda, sentyabr ayında MAQATE ilə imzalanan əməkdaşlıq anlaşmasının artıq qüvvədə olmadığını vurğulayıb.

İran Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami ABŞ və onun müttəfiqlərini İranın elmi nailiyyətlərinə qarşı gərginliyi artırmaqda ittiham edib. Yəmənin “Əl-Məsirə” televiziyasına müsahibəsində İslami, İranın dinc nüvə obyektlərinə edilən hücumların ölkənin elmi potensialına qarşı görünməmiş təcavüz olduğunu bildirib. Onun sözlərinə görə, bu hücumların vaxtı və xarakteri qarşıdurmanın yeni və təhlükəli mərhələyə adladığını göstərir. İslami İranın hüquqlarından geri çəkilməyəcəyini vurğulayaraq qeyd edib ki, “Tehran heç vaxt öz hüquqlarından güzəştə getməyəcək və heç kimə iradəsini diktə etməyə icazə verməyəcək.”

İran ABŞ-lə nüvə danışıqları aparmayacaq. Bu sözləri İran Xarici İşlər Naziri Abbas Əraqçi İranın nüvə proqramına dair verdiyi açıqlamada bildirib. Əraqçi deyib ki, İran nüvə fəaliyyətlərindən vaz keçməyəcək və raket proqramı müzakirə mövzusu olmayacaq. “Heç bir ağıllı insan silahsızlanmanı qəbul etməz. Uranı zənginləşdirməyi dayandırmaq mümkün deyil. Müharibə ilə əldə edilməyən şey siyasətlə verilməz. Tehran nüvə fəaliyyətlərinin dinc xarakterli olduğundan əmindir və narahatlıqları aradan qaldırmaq üçün danışıqlara hazırdır. Lakin birbaşa görüş niyyətində deyilik. Ədalətli razılaşmağa gəlmək mümkündür, lakin Vaşinqton qəbulolunmaz şərtlər irəli sürüb. ABŞ öz tələb və şərtlərini yerinə yetirməyimiz üçün təkid etməsə, dolayı görüşlər vasitəsilə ədalətli razılığa gələ bilərik”-deyə nazir bildirib.

İranın raket arsenalı İsrail üçün fövqəladə narahatlıq mənbəyidir və bu, yəhudi dövlətinin təhlükəsizlik baxımından bu təhdidi neytrallaşdırma ehtiyacını İranın nüvə məsələsini həll etməkdən daha təcili bir prioritet halına gətirə bilər. Tehran nüvə proqramının hərbi xarakter daşıyıb-daşımadığı barədə qəti qərar verilməsə də, Təl-Əviv onun dinc məqsədli olmadığını dəfələrlə bəyan edib.

İranın iyun ayında İsrail və ABŞ-ın hücumları nəticəsində zədələnmiş nüvə obyektlərinin hazırda bərpası müşahidə olunmur. İsrail ordusu isə bu mərhələdə həmin obyektlərə yeni zərbələr endirməyi planlaşdırmır. Bunu İsrail ordusunun Baş Qərargahının Əməliyyat İdarəsinin briqada komandiri İsrail Şumer ordu radiosuna müsahibəsində bildirib. “Hazırda müharibə zamanı zədələnmiş İranın nüvə və raket imkanlarının bərpası aparılmır” - deyə, Şumer qeyd edib.

Tehran nüvə proqramı ilə bağlı ABŞ-la danışıqlardan imtina etməyib, lakin Vaşinqtonun irəli sürdüyü şərtləri qəbuledilməz hesab edir. Bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani bildirib. “ABŞ-la danışıqlar yolu hələ bağlanmayıb. Amma amerikalılar yalnız danışıqlardan yana olduqlarını deyir, masa arxasına əyləşmirlər və əsassız olaraq buna görə İranı ittiham edirlər” – deyə, Laricani “X” sosial şəbəkəsində yazıb.

Fransa və Böyük Britaniya BMT Təhlükəsizlik Şurasında İranın nüvə proqramı ilə bağlı Birgə Hərtərəfli Fəaliyyət Planı (BHFP) və danışıqların iflasa uğramasından sonra ölkəyə qarşı sanksiyaların bərpası məsələsini müzakirə etmək üçün avqustun 29-da qapalı məsləhətləşmələrin keçirilməsini tələb ediblər. Bu barədə diplomatik mənbə məlumat yayıb.

Avropa üçlüyü (Böyük Britaniya, Almaniya və Fransa) İranın nüvə proqramı üzrə danışıqlarının nəticəsiz qalmasından sonra avqustun 28-də Tehrana qarşı sanksiyaların bərpa olunmasına qərar verə bilər. Məlumata görə, yaxın günlərdə Avropa üçlüyü BMT Təhlükəsizlik Şurasına yazılı şəkildə qərarını təqdim edəcək. Qəbul olunduğu halda, İranın maliyyə, bank, enerji və müdafiə sektorlarına qarşı sanksiyalar 30 gün ərzində yenidən qüvvəyə minəcək.