BAKI,VOA, Fərid Mikayılov
İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı, general Əhməd Vahidi İranın mərhum Ali Lideri Ayətullah Əli Xameneinin qətlünə görə Amerika Birləşmiş Ştatları və İsraildən qəti şəkildə qisas alınacağını bəyan edib.
VOA xəbər verir ki, komandan bu hadisənin heç bir halda "tarixi yaddaşdan silinməyəcəyini" vurğulayıb.
Briqada generalı Əhməd Vahidi ədalətin tam bərqərar olunması və cinayətkarlara, xüsusən də ABŞ ordusuna qarşı layiqli cavabın verilməsi üçün çağırış edib.
SEPAH rəhbəri bəyanatında şəhidlərin qisasının alınmasının və bu hadisəni törədənlərin cəzalandırılmasının İran dövləti üçün qəti, legitim və unudulmaz bir tələb olaraq qalacağını diqqətə çatdırıb.