ABŞ Prezidenti Donald Tramp İranla mümkün nüvə razılaşmasının gələcəyi ilə bağlı nikbin olmadığını açıqlayıb. O bildirib ki, Tehranla əldə ediləcək hər hansı razılaşmanın uzun müddət qüvvədə qalacağına inanmır. Tramp bunun səbəbi kimi İran rəhbərliyinə etibar etmədiyini göstərib. Onun sözlərinə görə, əvvəlki təcrübə İranın öhdəliklərinə sadiq qalacağına dair inam yaratmayıb. ABŞ Prezidentinin bu açıqlaması Vaşinqton və Tehran arasında münasibətlərin gərgin olaraq qaldığı bir dövrdə səsləndirilib. Bəyanat mümkün danışıqların gələcəyi ilə bağlı müzakirələri daha da gücləndirib. Müşahidəçilər hesab edirlər ki, tərəflər arasında etimad çatışmazlığı mümkün razılaşmaların qarşısındakı əsas maneələrdən biri olaraq qalır.
#Nüvə razılaşması
ABŞ vitse-prezidenti Cey Di Vens İranla danışıqlarda “çox böyük irəliləyiş” əldə olunduğunu bildirib. O, İran nümayəndə heyətinin danışıqları tərk edəcəyi ilə bağlı xəbərdarlıqlar etdiyini, lakin bunun baş vermədiyini deyib. Vens sosial şəbəkələrdə yayılan iddialara da toxunub. O, danışıqların gecə saatlarına qədər davam etdiyini qeyd edib. ABŞ və İran texniki komandalarının müzakirələri davam edir. Vens prosesdə gərginliklərin yaşandığını, lakin irəliləyiş əldə olunduğunu bildirib. Diplomatik danışıqlar növbəti mərhələyə keçə bilər.
İranın sabiq prezidenti Həsən Ruhani ABŞ–İran memorandumunu müsbət qarşılayıb. O, razılaşmanın iranlıların milli qürurunu gücləndirdiyini deyib. Ruhani ölkə rəhbərliyinin birliyi qoruduğunu bildirib. O, silahlı qüvvələrin müharibədə uğur qazandığını iddia edib. Sabiq prezident əldə olunan nəticələrin qorunmasının vacibliyini vurğulayıb. Ruhani gələcəkdə mümkün pozuntulara qarşı diqqətli olmağa çağırıb. O, region ölkələrinin bu razılaşmadan faydalana biləcəyini qeyd edib. Siyasətçi İranın sabitlik prosesində rolunu önə çəkib.
Donald Tramp İranın ABŞ ilə razılaşmaya əməl etməməsi halında hərbi zərbə ehtimalını gündəmə gətirib. O, Tehran tərəfinə xəbərdarlıq edildiyini bildirib. Tramp razılaşmanın pozulacağı təqdirdə ABŞ-ın sərt cavab verəcəyini deyib. Onun sözlərinə görə, hüquqi addımlar deyil, hərbi güc nəzərdə tutulur. ABŞ Prezidenti İranın razılaşmaya sadiq qalmasının vacibliyini vurğulayıb. O, diplomatik öhdəliklərin pozulmasının qəbulolunmaz olduğunu bildirib. Tramp ABŞ-ın mövqeyinin dəyişməyəcəyini qeyd edib. Mövzu beynəlxalq gündəmdə diqqət mərkəzində qalır.
İran tərəfi ABŞ ilə danışıqların nəticəsindən asılı olaraq hərbi ssenarilərin mümkünlüyünü istisna etmir. İran Ordusunun sözçüsü Muhammed Ekreminiya dövlət televiziyasında çıxışı zamanı danışıqlara ehtiyatla yanaşdıqlarını bildirib. O vurğulayıb ki, tərəflər arasında etimad problemi qalmaqdadır və əvvəlki nüvə razılaşması dövründə əldə edilən təcrübə bu məsələdə ehtiyatlı yanaşmanı zəruri edir.
BMT-nin nüvə nəzarəti orqanının rəhbəri Rafael Qrossi bazar ertəsi günü bildirib ki, rəhbərlik etdiyi agentlik ABŞ və İsrailin hərbi zərbələri zamanı İranın nüvə obyektlərinin zədələnməsi və ya vurulmasına dair heç bir göstəricinin olmadığı barədə qiymətləndirməsini qüvvədə saxlayır. Qeyd edək ki, İranın Beynəlxalq Atom Enerjisi Agentliyindəki (BAEA) səfiri bazar ertəsi günü səhər saatlarında Nətənzdəki nüvə müəssisəsinin hücuma məruz qaldığını açıqlamışdı. Lakin mətbuat konfransında çıxış edən Qrossi vurğulayıb ki, agentlik indiyədək İsrail və ABŞ-ın iyun ayında İranın nüvə poliqonlarına etdiyi hücumlarla müqayisə oluna biləcək hər hansı bir hal müşahidə etməyib.
Yaponiyanın Niigata prefekturasında yerləşən və dünyanın ən böyük istehsal gücünə malik "Kaşivazaki-Kariva" Atom Elektrik Stansiyasında (AES) yenidən texniki problemlər yaranıb. TEPCO şirkəti tərəfindən idarə olunan stansiyanın 6 nömrəli reaktoru dünən rəsmi yoxlamalardan sonra işə salınsa da cəmi bir gün sonra fəaliyyətini dayandırıb. Buna səbəb reaktordakı nüvə parçalanmasını tənzimləyən idarəetmə çubuqlarının elektrik komponentlərində yaranan nasazlıq olub. Qeyd edək ki 2011-ci ildə baş verən güclü zəlzələ və "Fukuşima" fəlakətindən sonra stansiyanın bütün yeddi reaktoru 2012-ci ildə təhlükəsizlik məqsədilə qapadılmışdı.
Cənubi Koreyada Nüvə Təhlükəsizliyi və Təhlükəsizlik Komissiyası ölkənin təyyarə hücumlarına qarşı dayanıqlı şəkildə dizayn edilmiş ilk nüvə reaktorunu olan Saeul-3-ün işləməsinə icazə verib. Ulsan şəhərində yerləşən Saeul Nüvə Enerjisi Stansiyası sahəsindəki yerli istehsal olan Saeul-3 reaktoruyla əlaqədar toplantı keçirilib. Cənubi Koreya Nüvə Təhlükəsizliyi və Təhlükəsizlik Komissiyasının sədri Choi Won-ho, toplantıdan sonra etdiyi açıqlamada, reaktorun işləməsinə icazə verildiyini bildirib.
İranın Nüvə Enerjisi Təşkilatının (AEOI) rəhbəri Məhəmməd İslami ölkənin mülki nüvə proqramını inkişaf etdirməyə davam edəcəyini bildirərək, eyni zamanda Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) çərçivələrinə tam riayət edəcəyini vurğulayıb. Bu, Tehran fəaliyyətləri ilə bağlı siyasi səbəblərlə irəli sürülə biləcək ittihamlardan çəkinmək məqsədi daşıyır. İslami, müasir dünyada “cangüdümlü qanun və ikili standartlar”ın hökm sürdüyünü qeyd etsə də, MAQATE-nin BMT-yə tabe olan bir qurum olduğunu bildirərək, İranın “qaydaları pozmaq iddialarından qorunmaq üçün çərçivələrə riayət etməsinin vacib” olduğunu bildirib.
Cənubi Koreya Dövlət Başçısı Li Cae Myonq, ölkəsində istifadə olunmuş nüvə yanacağının yenidən işlənməsi və ya uran zənginləşdirmə fəaliyyəti üçün ortaq müəssisə yaradılması barədə ABŞ Prezidenti Donald Tramp ilə razılığa gəldiklərini bildirib. Cənubi Koreyada nəşr olunan The Chosun Daily qəzetinin məlumatına görə, Li, paytaxt Seulda təşkil edilən mətbuat konfransında, ölkəsinin nüvə sahəsində atdığı addımlar barədə danışıb. Li, Trampın istifadə olunmuş nüvə yanacağının yenidən işlənməsi və ya uran zənginləşdirmə fəaliyyətlərinin Cənubi Koreyada həyata keçirilməsini və bunun üçün iki ölkə arasında 50-50 ortaq müəssisə yaradılmasını təklif etdiyini bildirib.
Türkiyə Enerji və Təbii Sərvətlər Naziri Alparslan Bayraktar Dünya Bankı Avropa və Orta Asiya üzrə vitse-prezidenti Antonella Bassani ilə aparılan görüşdə ilkin mərhələdə 6 milyard dollarlıq maliyyə paketi üzərində işlərə start verilməsi barədə razılıq əldə olunduğunu açıqlayıb. Nazir sosial media paylaşımında bildirib ki, maliyyə vəsaiti yüksək voltajlı elektrik ötürmə yatırımlarında istifadə olunacaq və Türkiyənin 2035-ci il üçün müəyyən etdiyi 120 min meqavatlıq günəş və külək enerjisi hədəfinə töhfə verəcək.
İran İslam Respublikası Xarici İşlər Nazirliyi, Beynəlxalq Atom Enerjisi Agentliyinin (IAEA) İdarə Heyətinin (BoG) İranın sülh məqsədli nüvə proqramı ilə bağlı qəbul etdiyi qətnaməni qanunsuz və əsassız adlandırıb. Nazirliyin bəyanatında qətnamənin ABŞ, Almaniya, Fransa və Böyük Britaniyanın təzyiqi ilə qəbul edildiyi qeyd olunub. Qətnamə 20 noyabr 2025-ci il tarixində üç Avropa ölkəsi (Fransa, Böyük Britaniya, Almaniya) tərəfindən ABŞ-ın dəstəyi ilə irəli sürülüb və 19 səs lehinə, 12 bitərəf və 3 əleyhinə olmaqla qəbul edilib.