Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Siyasət
    Siyasət

    Qarşıdakı illərdə Azərbaycan-Almaniya əməkdaşlığının geostrateji ölçüləri daha da genişlənəcək - Sevil Mikayılova

    22 İyul 2026 16:06
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Qarşıdakı illərdə Azərbaycan-Almaniya əməkdaşlığının geostrateji ölçüləri daha da genişlənəcək - Sevil Mikayılova
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı.VOA

    Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya rəsmi səfəri iki ölkə arasında münasibətlərin inkişafında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir. Səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər, imzalanan sənədlər və dövlət başçılarının mətbuata bəyanatları göstərdi ki, Bakı və Berlin əməkdaşlığı yalnız iqtisadi münasibətlərlə məhdudlaşdırmaq niyyətində deyil. Tərəflər siyasi dialoqdan enerji təhlükəsizliyinə, nəqliyyat-logistika layihələrindən Cənubi Qafqazda sülh prosesinə qədər geniş gündəlik üzrə strateji əməkdaşlığı dərinləşdirməyə qərarlıdır.

    Bunu saytımıza açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

    S.Mikayılovanın sözlərinə görə, Prezident İlham Əliyevin bəyanatında səslənən fikirlər onu deməyə əsas verir ki, Azərbaycan Almaniyanı Avropanın aparıcı siyasi və iqtisadi gücü olmaqla yanaşı, Avropa İttifaqı ilə münasibətlərin inkişafında mühüm tərəfdaş kimi görür. Eyni zamanda Almaniya da Cənubi Qafqazın dəyişən geosiyasi reallıqlarında Azərbaycanın artan rolunu nəzərə alaraq əlaqələri yeni müstəviyə çıxarmağa çalışır.

    "Səfərin ən mühüm nəticələrindən biri Azərbaycan və Almaniya arasında strateji dialoqun başlanması oldu. İmzalanmış sənədlər münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəldəcək və bu istiqamətdə artıq konkret mexanizmlər formalaşdırılıb.

    İmzalanan əsas sənəd – "Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə" iki ölkənin gələcək əməkdaşlığının yol xəritəsini müəyyənləşdirir. Bununla yanaşı, Azərbaycan–Almaniya Biznes Şurasının yaradılmasına dair Birgə Bəyannamə iqtisadi münasibətlərin institusional əsaslarının daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

    Bu sənədlər göstərir ki, tərəflər əməkdaşlığı ayrı-ayrı layihələr səviyyəsindən çıxararaq uzunmüddətli strateji planlaşdırma mərhələsinə keçirmək niyyətindədir".

    Deputat S.Mikayılova bildirib ki, Almaniya uzun illərdir Azərbaycanın Avropadakı əsas iqtisadi tərəfdaşlarından biri hesab olunur. Hazırda 200-dən çox Almaniya şirkəti Azərbaycanda müxtəlif sahələrdə uğurla fəaliyyət göstərir. Bu səfərdən sonra həmin şirkətlərin sayının daha da artacağı gözlənilir.

    "Səfər zamanı qarşılıqlı investisiyaların artırılması, sənaye, rəqəmsal texnologiyalar, maşınqayırma, logistika və infrastruktur layihələrində Almaniya şirkətlərinin daha fəal iştirakına dair konkret təkliflər irəli sürüldü.

    Azərbaycan son illərdə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirdiyi siyasət nəticəsində xarici investorlar üçün daha cəlbedici mühit formalaşdırıb. Almaniya isə yüksək texnologiyalar, sənaye istehsalı və innovasiya sahəsində malik olduğu təcrübə ilə bu prosesdə mühüm tərəfdaş rolunu oynaya bilər.

    Səfərin əsas mövzularından biri enerji əməkdaşlığı oldu. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan bu ildən etibarən təbii qazını Almaniyaya ixrac etməyə başlayıb. Beləliklə, Azərbaycan qazı artıq Avropa İttifaqına üzv on ölkəyə çatdırılır. Bu isə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolunun daha da artdığını göstərir.

    Bununla yanaşı, Azərbaycan Almaniyaya neft ixracını da davam etdirir. Perspektivdə isə yaşıl enerji əməkdaşlığı xüsusi yer tutur. Xəzər dənizində yaradılan külək enerjisi layihələri və Azərbaycanın bərpa olunan enerji potensialı gələcəkdə Almaniyanın enerji keçidi strategiyası üçün də mühüm mənbələrdən biri ola bilər.

    Enerji əməkdaşlığının genişlənməsi yalnız iqtisadi dividendlər vəd etmir. Bu, eyni zamanda Azərbaycanı Avropanın enerji təhlükəsizliyində etibarlı strateji tərəfdaş kimi daha da möhkəmləndirir".

    Deputat əlavə edib ki, Azərbaycanın son illərdə həyata keçirdiyi iri infrastruktur layihələri ölkəni Şərqlə Qərb arasında əsas logistika mərkəzlərindən birinə çevirib.

    "Azərbaycanın Orta Asiya məşvərət formatına tamhüquqlu üzv olması ölkənin Avropa ilə Mərkəzi Asiya arasında körpü rolunu daha da gücləndirib. Bu baxımdan Almaniyanın logistika və nəqliyyat sahəsində böyük təcrübəsi yeni əməkdaşlıq istiqamətləri yaradır.

    Səfər zamanı imzalanan sənədlərin icrası üçün bir neçə işçi qrupunun yaradılması barədə razılıq əldə olunması da onu göstərir ki, tərəflər verilən siyasi qərarların qısa müddətdə praktiki nəticələrə çevrilməsini hədəfləyirlər".

    Millət vəkili vurğulayıb ki, Prezident İlham Əliyev bəyanatında Almaniyanın Ermənistan–Azərbaycan münasibətlərinin normallaşdırılması istiqamətində göstərdiyi səyləri də yüksək qiymətləndirdi.

    "Dövlət başçısı qeyd etdi ki, Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə imzalanmış Birgə Bəyannamə otuz ilə yaxın davam edən münaqişənin siyasi baxımdan yekunlaşmasına imkan verdi. Azərbaycanın isə həmin razılaşmadan dərhal sonra praktik addımlar atdı.

    Hazırda Azərbaycan Ermənistana benzin və dizel yanacağı tədarük edir, eyni zamanda Azərbaycan ərazisi vasitəsilə Ermənistana göndərilən tranzit yüklərin həcmi artıq 40 min tonu ötüb. Bu faktlar göstərir ki, Bakı sülh prosesini yalnız siyasi bəyanatlar səviyyəsində deyil, iqtisadi əməkdaşlıq və qarşılıqlı etimad yaradan konkret layihələrlə dəstəkləməyə çalışır. Almaniya hökuməti danışıqlar prosesinə, o cümlədən xarici işlər nazirləri səviyyəsində keçirilən görüşlər vasitəsilə mühüm töhfə verib.

    Dövlət başçısı eyni zamanda bu il Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın və Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Azərbaycana səfərlərini xatırladaraq bildirdi ki, bu səfərlər Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin yeni mərhələyə keçdiyini nümayiş etdirir.

    Bu kontekstdə Almaniyanın Avropa İttifaqının aparıcı dövləti kimi rolu xüsusi əhəmiyyət kəsb edir. Berlin həm Brüssellə Bakı arasında siyasi dialoqun inkişafına, həm də iqtisadi əməkdaşlığın genişlənməsinə mühüm təsir göstərə biləcək əsas paytaxtlardan biridir".

    Deputat S.Mikayılova son olaraq əlavə edib ki, Azərbaycan xarici siyasətində Avropa istiqamətini daha da gücləndirmək niyyətindədir. Lakin bu əməkdaşlıq artıq əvvəlki dövrlərdən fərqli olaraq yalnız enerji sahəsi ilə məhdudlaşmır. Siyasi dialoq, strateji tərəfdaşlıq, innovasiya, sənaye, yaşıl enerji, logistika, rəqəmsal transformasiya və regional təhlükəsizlik yeni əməkdaşlıq gündəliyinin əsas istiqamətlərinə çevrilir.

    "İmzalanmış Birgə Bəyannamələr və yaradılan yeni institusional mexanizmlər onu göstərir ki, Bakı ilə Berlin münasibətləri artıq epizodik əməkdaşlıq formatından çıxaraq uzunmüddətli strateji tərəfdaşlıq mərhələsinə qədəm qoyur.

    Mövcud geosiyasi şəraitdə Avropanın enerji təhlükəsizliyi, Orta Dəhlizin artan əhəmiyyəti və Cənubi Qafqazda formalaşan yeni reallıqlar fonunda Azərbaycan–Almaniya münasibətlərinin dərinləşməsi təkcə iki ölkə üçün deyil, bütövlükdə Avrasiya məkanında iqtisadi inteqrasiya və regional sabitlik baxımından da mühüm strateji əhəmiyyət daşıyır. Berlin səfərinin nəticələri göstərir ki, qarşıdakı illərdə bu əməkdaşlığın həm siyasi, həm iqtisadi, həm də geostrateji ölçüləri daha da genişlənəcək".

    #Sevil Mikayılova
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Rəqəmsal İnkişaf Şurasının yaradılması ilə qanunvericiliyin təkmilləşdirilməsi dinamik xarakter alıb - Sevil Mikayılova

    7 İyul 2026 14:35

    IPU-ya ilk qadın lider təyin edilib: yeni baş katib vəzifəsinin icrasına başlayıb

    1 İyul 2026 12:49

    Sevil Mikayılova Cenevrədə IPU-nun İcraiyyə Komitəsinin 300-cü iclasında iştirak edir

    29 İyun 2026 16:45

    “Media haqqında” qanuna dəyişikliklər müasir çağırışlara cavab verir - Sevil Mikayılova

    19 İyun 2026 13:14

    15 İyun – Azərbaycanın qurtuluş tarixinin başlanğıcı

    15 İyun 2026 09:25

    Sevil Mikayılova Belqradda IPU platformasında: Dünyada ayrıseçkilik xarakterli qanunlar qadınların cəmiyyətdəki rolu ilə bağlı stereotipləri gücləndirir

    4 İyun 2026 12:10

    Aqrar sektorda yeni yol xəritəsi kənd təsərrüfatının dönüş nöqtəsi olacaq - Sevil Mikayılova

    26 May 2026 15:12

    Azərbaycanın WUF13 kontekstində ən mühüm üstünlüklərindən biri postmünaqişə şəhərsalma təcrübəsidir - Sevil Mikayılova

    17 May 2026 15:46

    Prezident İlham Əliyev Zirvə görüşündəki çıxışı ilə Avropa təsisatlarının sülhə selektiv yanaşmasını dünyaya çatdırdı - Sevil Mikayılova

    5 May 2026 12:56

    İşğal dövründə Ermənistan tərəfindən Azərbaycanın mədəni irsinə qarşı sistemli dağıntılar həyata keçirilib - Sevil Mikayılova

    23 Aprel 2026 17:03

    Sevil Mikayılova İstanbulda Qadın Parlamentarilər Bürosu və Forumunun iclasında çıxış edib

    16 Aprel 2026 18:27

    Deputat Sevil Mikayılova Parlamentlərarası İttifaqda yüksək vəzifəyə təyin olunub

    15 Aprel 2026 11:21
    XƏBƏR LENTİ

    Türkiyə XİN Husilərin Səudiyyə blokadasını qınadı

    İordaniya dörd İran dronunu vurdu

    Qarşıdakı illərdə Azərbaycan-Almaniya əməkdaşlığının geostrateji ölçüləri daha da genişlənəcək - Sevil Mikayılova

    Misirdə fəaliyyət göstərən azərbaycanlı alim Seymur Nəsirov Əfqanıstan Tələbələr Birliyi tərəfindən təltif olunub

    ABŞ aviaşirkətləri Livana uçuşlar həyata keçirə bilər

    Məhəmməd bin Salman Mərkəzi-Xəttatlıq üzrə ən böyük kitabxana

    Səudiyyədə istifadəsiz torpaqlar tikintiyə cəlb olunacaq

    Prezident İlham Əliyev “Ümumi təhsil haqqında” qanunda dəyişiklikləri təsdiqləyib

    Türkiyədə Misir kapitallı yeni şirkətlərin sayı artıb – TOBB

    Tramp Səudiyyə Ərəbistanı ilə nüvə sazişini təsdiqləyib – Səudiyyə nüvə silahına hazırlaşır?

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.