1980-ci ildə rəsmi şəkildə SEPAH-a qoşulan Baqeri, İran-İraq müharibəsi dövründə hərbi kəşfiyyat sahəsində sahə təcrübəsi toplamış və bu sahədə ekspert kimi tanınıb.Məhəmməd Baqeri (fars. محمد باقری), 1960-cı ildə Təbrizdə anadan olub. O, hazırda İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi idi (2016-cı ildən). General-mayor rütbəsinə malik olan Baqeri, eyni zamanda İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) tanınmış hərbi komandirlərindən biri kimi tanınırdı.
#SEPAH komandirləri
Müharibə zamanı İran Hərbi Dəniz Qüvvələri son onilliklərin ən ağır zərbəsini aldı: 150-yə yaxın hərbi dəniz vasitəsi sıradan çıxdı, yüzlərlə hərbçi həlak oldu. Ölənlər arasında Hörmüz boğazının bağlanması doktrinasının memarı sayılan "İnqilab Keşikçiləri Korpusu"nun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin komandanı Əli Rza Təngsiri və dəniz kəşfiyyatının rəhbəri Behnəm Rezai də var. Bu, sadəcə avadanlıq itkisi deyil, qeyri-ənənəvi dəniz müharibəsində qərar qəbul etmə və beyin mərkəzinə endirilən bir zərbə idi.
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hərbi Dəniz Qüvvələri strateji əhəmiyyətli Hörmüz boğazı yaxınlığında İsrail rejimi ilə əlaqəli olduğu iddia edilən "MSC Ishyka" adlı gəmiyə pilotsuz uçuş aparatları (PUA) vasitəsilə hücum təşkil etdiyini açıqlayıb. SEPAH Hərbi Dəniz Qüvvələri Komandanlığının sosial media hesabından verilən bəyanatda bildirilir ki, "MSC Ishyka" gəmisinə Hörmüz boğazı mənzilində kamikadze PUA-larla birbaşa zərbə endirilib. Hücum nəticəsində gəmidə yanğın başladığı və gəminin ciddi zədələndiyi barədə məlumatlar daxil olub.
İsrail kİV-ləri İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin komandanı Əlirza Təngsirinin hava zərbəsi nəticəsində həlak olduğunu irəli sürüb. Məlumata görə, Təngsiri Bəndər-Abbas şəhərinə təşkil edilən hava hücumu zamanı hədəf alınıb.
İranın rəsmi xəbər agentliyi IRNA İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən həyata keçirilən "Sadiq vədə 4" əməliyyatının 14-cü dalğası ilə bağlı bəyanatını yayımlayıb. Bəyanatda Bəhreynin Şeyx İsa bölgəsində yerləşən ABŞ aviabazasının əsas komandanlıq və qərargah binasının 20 pilotsuz uçuş aparatı (PUA) və 3 raketlə hədəf alındığı bildirilib.Digər tərəfdən, Bəhreyndə sirenlər səslənib, hava hücumundan müdafiə sistemləri aktivləşdikdən sonra partlayış səsləri eşidilib.
İran SEPAH-ın Hərbi Dəniz Qüvvələri gəmidən atılan "Seyyad 3-G" raketini ilk dəfə sınaqdan keçirib. İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri ötən günlərdə keçirilən "Hürmüz Boğazı Ağıllı Nəzarət" təlimində gəmi bazalı "Seyyad 3-G" hava hücumundan müdafiə raketini ilk dəfə sınaqdan keçirib.
İran tərəfi Avropa İttifaqının (Aİ) İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatları siyahısına daxil etmək qərarına sərt reaksiya verib. İran mətbuatında yer alan xəbərlərə görə, ölkənin Xarici İşlər Nazirliyi etiraz əlaməti olaraq Aİ-yə üzv ölkələrin Tehrandakı bütün səfirlərini nazirliyə çağırıb. Səfirlərlə bazar və bazar ertəsi günləri keçirilən görüşlərdə Avropa İttifaqının qəbul etdiyi qərar qətiyyətlə pislənilib. Nazirlik rəsmiləri bildiriblər ki, SEPAH-ın terror siyahısına salınması beynəlxalq hüquq normalarına və Birləşmiş Millətlər Təşkilatının (BMT) nizamnaməsinə tamamilə ziddir. Görüşdə bu addımın İran xalqına qarşı təhqir kimi qiymətləndirildiyi vurğulanıb.
Cəfəri televiziya müsahibəsində deyib ki, İran İsrailə qarşı “böyük zərbə” endirib və bu müddətdə İran xalqı “məğlubiyyət hiss etməyib”. O, qarşıdurmanı “müharibə” kimi səciyyələndirməyin səbəbi kimi müəyyən müharibə meyarlarının - atışma, əməliyyatların genişlənməsi və s- mövcudluğunu göstərib, amma eyni zamanda qeyd edib ki, qarşıdurma tammiqyaslı hərbi əməliyyatlara çevrilməyib: “Quru döyüşləri baş vermədi, Körfəzdə hərəkətlər məhdud idi; buna baxmayaraq həqiqi qarşıdurma və atışma oldu”.
İranın raket arsenalı İsrail üçün fövqəladə narahatlıq mənbəyidir və bu, yəhudi dövlətinin təhlükəsizlik baxımından bu təhdidi neytrallaşdırma ehtiyacını İranın nüvə məsələsini həll etməkdən daha təcili bir prioritet halına gətirə bilər. Tehran nüvə proqramının hərbi xarakter daşıyıb-daşımadığı barədə qəti qərar verilməsə də, Təl-Əviv onun dinc məqsədli olmadığını dəfələrlə bəyan edib.
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Baş Komandanı, general-mayor Məhəmməd Pakpur bildirib ki, Fars Körfəzi bölgəsində və ölkənin cənub sahillərində hər hansı düşmən hərəkəti sürətli və sarsıdıcı cavabla qarşılanacaq.
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Qüds Qüvvələri”nin komandanı İsmayıl Qaani “HƏMAS” tərəfindən 2023-cü ildə həyata keçirilmiş “7 oktyabr əməliyyatı” ilə bağlı yeni detalları açıqlayıb. O bildirib ki, hərəkatın birinci sıra liderləri, o cümlədən İsmayıl Haniyyə, əməliyyatın dəqiq vaxtından xəbərsiz olublar.
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) raket birliyinin yeni komandiri general Məcid Musəvi bəyan edib ki, İsrail rəsmilərinin mümkün yeni hücumlarla bağlı verdiyi açıqlamalardan sonra İran hər cür ssenariyə hazır olmalıdır.