Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / İran
    İran

    ABŞ-ın İordaniya və Küveytdəki hərbi bazalarına zərbələr endirmişik - SEPAH

    20 İyul 2026 11:44
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    ABŞ-ın İordaniya və Küveytdəki hərbi bazalarına zərbələr endirmişik - SEPAH
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA, Fərid Mikayılov

    İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) "Nəsr-2" əməliyyatının 21-ci və 22-ci mərhələləri çərçivəsində İordaniya və Küveytdə yerləşən ABŞ hərbi hədəflərinə raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirdiyini iddia edib.

    VOA xəbər verir ki, SEPAH-ın yaydığı bəyanata əsasən, İordaniyanın Əl-Əzraq bölgəsində ABŞ hərbçilərinin yerləşdiyi 20 anqar raket zərbələri ilə hədəfə alınıb. Bəyanatda hücum nəticəsində çox sayda ABŞ hərbçisinin öldüyü iddia olunsa da, bununla bağlı müstəqil təsdiq təqdim edilməyib.

    SEPAH həmçinin İordaniyanın Əqəbə hava limanına raket zərbəsi endirildiyini, ABŞ ordusuna məxsus C-17 ağır hərbi-nəqliyyat təyyarələri və P-8 komanda-idarəetmə təyyarələrinin ciddi ziyan gördüyünü iddia edib.

    Bəyanata görə, "Nəsr-2" əməliyyatının 22-ci mərhələsində isə Küveytdə yerləşən Əli Əl-Salem aviabazasına yüksək dəqiqlikli pilotsuz uçuş aparatları ilə hücum həyata keçirilib.

    SEPAH ABŞ ordusuna məxsus erkən xəbərdarlıq radar sisteminin tamamilə məhv edildiyini, hərbi avadanlıq və ehtiyat hissələrinin saxlanıldığı anqarın, eləcə də MQ-9 tipli pilotsuz uçuş aparatlarının yerləşdiyi anqarın vurulduğunu iddia edib. Bildirilir ki, baş verən yanğın nəticəsində çox sayda MQ-9 pilotsuz uçuş aparatı yararsız vəziyyətə düşüb.

    ABŞ və İordaniya rəsmiləri, eləcə də Küveyt hakimiyyəti İranın bu iddialarını hələlik təsdiqləməyib.

    #İran #Küveyt #ABŞ #İordaniya #Yaxın Şərq #SEPAH #MQ-9 pilotsuz uçuş aparatı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İordaniya İrandan buraxılan üç raketi zərərsizləşdirib

    20 İyul 2026 22:44

    ABŞ məhkəməsi 110 milyard dollarlıq media sövdələşməsini dayandırdı

    20 İyul 2026 22:35

    İsrail və Livan arasında razılaşmanın icrasında yeni problem yaranıb

    20 İyul 2026 22:25

    ABŞ-da süni intellekt təhlükəsizliyi institutuna yeni rəhbər gəlir

    20 İyul 2026 22:21

    Fransa İranda diplomatların saxlanılmasına görə Tehrana xəbərdarlıq edib

    20 İyul 2026 21:58

    Netanyahu ABŞ-da olduğu müddətdə həbs edilməyəcək - Tramp

    20 İyul 2026 21:52

    BƏƏ-nin Füceyrə limanı yaxınlığında gəmiyə zərbə endirilib

    20 İyul 2026 21:25

    ABŞ hərbçiləri öldürülərsə, İrana qarşı daha çox hücum olacaq - Tramp

    20 İyul 2026 21:08

    Bir gəmi hərəkətsiz vəziyyətə salınıb, yeddi gəmi yönləndirilib - CENTCOM

    20 İyul 2026 20:47

    Hörmüz boğazında Yunanıstana məxsus iki neft tankeri hücuma məruz qalıb

    20 İyul 2026 20:40

    ABŞ Şiraza hava zərbəsi endirib - İran

    20 İyul 2026 20:36

    İslamabad anlaşmasından sonra nə dəyişdi? ABŞ, İran və Körfəz ölkələri yeni mərhələdə

    20 İyul 2026 20:17
    XƏBƏR LENTİ

    “Əsrin məhkəməsi” son gününə çatdı - təkamül mübahisəsi tarixdə iz qoydu

    Tarixdə bu gün - 21 İyul

    Fransa parlament komitəsi 15 yaşdan aşağı uşaqlar üçün sosial media qadağasını təsdiqləyib

    İordaniya İrandan buraxılan üç raketi zərərsizləşdirib

    Prezident İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb

    ABŞ məhkəməsi 110 milyard dollarlıq media sövdələşməsini dayandırdı

    Əfqanıstanda sel fəlakəti nəticəsində azı 20 nəfər ölüb, 100 nəfər itkin düşüb

    İsrail və Livan arasında razılaşmanın icrasında yeni problem yaranıb

    ABŞ-da süni intellekt təhlükəsizliyi institutuna yeni rəhbər gəlir

    Fransa İranda diplomatların saxlanılmasına görə Tehrana xəbərdarlıq edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.