Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • Körfəz Əməkdaşlıq Şurası
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    Böyük Britaniya SEPAH-a dəstəyi cinayət elan adlandırıb

    17 İyul 2026 19:48
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Böyük Britaniya SEPAH-a dəstəyi cinayət elan adlandırıb
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA,Yusif Şərifzadə

    Böyük Britaniya hökuməti İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) və İranla əlaqəli olduğu bildirilən "Haqq Yolunun Tərəfdarları İslami Hərəkatı"nı (IMCR) milli təhlükəsizliyə təhdid yaradan qurumlar siyahısına daxil edib.

    VOA xəbər verir ki, Böyük Britaniya hökumətinin yaydığı açıqlamaya əsasən, bu qərardan sonra sözügedən təşkilatlara hər hansı dəstəyin ifadə edilməsi cinayət hesab olunacaq.

    Rəsmi məlumata görə, bu qurumların fəaliyyətini tərifləyən, təşviq edən və ya onların Böyük Britaniyanın təhlükəsizliyini təhdid edən fəaliyyətinə dəstək verən şəxslər cinayət məsuliyyətinə cəlb oluna bilərlər.

    Hökumət bildirib ki, həmin təşkilatlara yardım göstərmək, onlardan maddi gəlir əldə etmək və ya hər hansı ödəniş qəbul etmək də qanunla qadağan olunur.

    Bu cinayətlərdə təqsirli bilinən şəxsləri 14 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyə bilər.

    Açıqlamada qeyd olunur ki, qərar Böyük Britaniya parlamentinin daxili işlər nazirinin təqdim etdiyi sərəncamı təsdiqləməsindən sonra 2026-cı il Milli Təhlükəsizlik (Dövlət Təhdidləri) Qanunu çərçivəsində qəbul edilib.

    Eyni qərarla Rusiyanın Baş Kəşfiyyat İdarəsi (GRU) ilə əlaqələndirilən Könüllülər Korpusu da milli təhlükəsizliyə təhdid yaradan qurumlar siyahısına əlavə edilib.

    İran tərəfi Böyük Britaniyanın qərarına hələlik rəsmi münasibət bildirməyib.

    #İran #Rusiya #Böyük Britaniya #SEPAH #Milli Təhlükəsizlik Qanunu #IMCR #Dövlət Təhdidləri Qanunu #14 il həbs
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    London Tel-Əvivə Qərb sahilində vəziyyətlə bağlı çağırış edib

    11 Avqust 2026 20:53

    İranın Hörmüz boğazındakı təsir imkanları zəifləyir

    11 Avqust 2026 20:40

    İran xarici işlər naziri Pakistanın daxili işlər naziri ilə görüşüb

    11 Avqust 2026 20:37

    ABŞ davranışını dəyişməyənədək Hörmüz boğazı açılmayacaq

    11 Avqust 2026 20:28

    İran İraq Kürdüstanında Komala Partiyasının qərargahını raketlə vurub

    11 Avqust 2026 19:32

    Pakistanın daxili işlər naziri danışıqlar üçün Tehrana gedib

    11 Avqust 2026 19:26

    Qətər İranla razılaşmanın və Qəzzada atəşkəsin icrasının sürətləndirilməsinə çağırıb

    11 Avqust 2026 19:22

    İran və Oman arasında Hörmüz boğazı ilə bağlı danışıqlar irəliləmiş mərhələdədir - Qətər

    11 Avqust 2026 18:31

    İran sentyabrın sonuna qədər 95 milyon kubmetr qaz hasilatını bərpa etməyi planlaşdırır

    11 Avqust 2026 18:20

    Neft qiymətləri 90 dollara yaxınlaşıb

    11 Avqust 2026 18:16

    Yaxın Şərq nə müharibə, nə də sülh vəziyyətində qala bilməz

    11 Avqust 2026 18:08

    Rusiya və Qırğızıstan birgə hərbi təlimlər keçirir

    11 Avqust 2026 16:51
    XƏBƏR LENTİ

    Prezident İlham Əliyev Əlahiddə Ümumqoşun Orduda yeni yaradılan komando hərbi hissələrinə Döyüş bayraqlarının verilməsi mərasimində iştirak edib

    İsrail və Livan arasında yeni danışıqlar sentyabrda Romada keçiriləcək - ABŞ

    London Tel-Əvivə Qərb sahilində vəziyyətlə bağlı çağırış edib

    İranın Hörmüz boğazındakı təsir imkanları zəifləyir

    İran xarici işlər naziri Pakistanın daxili işlər naziri ilə görüşüb

    İsrail Qəzza sülh planını rədd etməklə prosesi ləngidir - Qətər

    Husilər ölkənin qərb sahilinə silsilə hücumlar həyata keçirib - Yəmən

    ABŞ davranışını dəyişməyənədək Hörmüz boğazı açılmayacaq

    Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Naxçıvan Regional DOST Mərkəzinin açılışında iştirak ediblər

    Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Naxçıvanda elektrik mühərrikli yeni avtobuslara baxıb, dəmir yolu infrastrukturunda aparılan yenidənqurma işləri ilə tanış olub

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.