Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / VOA təhlil mərkəzi
    VOA təhlil mərkəzi

    Qəzza müharibəsi ABŞ-da Respublikaçıları iki yerə böldü

    6 Sentyabr 2025 15:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Qəzza müharibəsi ABŞ-da Respublikaçıları iki yerə böldü
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice Analitik Təhlil Mərkəzi

    “Telegraph” qəzetinin yazdığına görə, Donald Trampın rəhbərlik etdiyi Respublikaçılar Partiyasında Qəzza müharibəsi fonunda İsrail baş naziri Benyamin Netanyahunun dəstəklənməsi məsələsi ciddi mübahisələr yaradıb.

    Məlumata görə, Tramp və vitse-prezident Cey Di Vensin hakimiyyətə gəlməsindən sonra Vaşinqtonda keçirilən Milli Mühafizəkar Hərəkatın illik toplantısında bayram əhvali-ruhiyyəsi gözlənilsə də, İsrail siyasəti barədə fikir ayrılığı tədbirə damğa vurub.

    Mühafizəkar çevrələrin bir qismi İsrailin Qəzzadakı müharibəsini dəstəkləməyin siyasi yükə çevrildiyini bildirir. “The American Conservative” jurnalının direktoru Kurt Mills konfransda çıxış edərək qeyd edib: “Tramp hərəkatı ideoloji baxımdan həqiqətən bütöv olmaq istəyirsə, istisna edə bilməyəcəyi ölkə İsraildir”.

    Tramp administrasiyasından tanınmış fiqurlar – miqrasiya rəsmisi Tom Homan, kəşfiyyat direktoru Tulsi Qabbard və “MAGA” hərəkatının əsas simalarından Stiv Bannon tədbirdə iştirak ediblər. Lakin bir çoxları ABŞ-ın Yaxın Şərqdə dərinləşən münaqişələrə sürüklənəcəyindən narahatdır. Millsin sözlərinə görə, ABŞ artıq enerji ixracatçısıdır və İsrailin müdafiəsi strateji baxımdan əvvəlki qədər əsaslı arqument deyil.

    Bannon və sabiq Konqres üzvü Met Gets Trampa xəbərdarlıq edərək İsrailə dəstəyin “siyasi yük” olduğunu bildiriblər. Respublikaçı konqresmen Marjori Teylor Qrin isə İsrailin Qəzzadakı hərbi əməliyyatlarını “soyqırımı” adlandıraraq partiyanın ənənəvi xətti ilə ziddiyyətə düşüb.

    Netanyahu bu tənqidlərə cavabında “İsrail İranla mübarizə aparır, əgər MAGA hərəkatına üzv olmaq istəyirsinizsə, İsrailin əleyhinə ola bilməzsiniz”, – deyib.

    Stiv Bannon isə sərt reaksiya göstərərək bildirib: “Amerikalı vətəndaşlar sizin MAGA barədə fikirlərinizlə maraqlanmır, onlar bizi öz müharibənizə cəlb etmək üçün söylədiyiniz yalanların ifşa olunmasını istəyir”.

    #Qəzza #İsrail #Qəzza zolağı #ABŞ #Donald Tramp #Qəzza hücumu #Qəzza münaqişəsi #Trampın Qəzza planı #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Qəzzada humanitar böhran #Qəzzanın işğalı #Donald Tramp və Qəzza planı #Respublikaçılar və Tramp dəstəyi #Cey Di Vens #MAGA #Tulsi Qabbard #Tom Homan #Tramp hərəkatı #MAGA hərəkatı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    ABŞ-ın müttəfiqləri güclü hücumlara məruz qala bilər – Tehran

    22 İyul 2026 11:34

    Tramp İnfantinonu BMT-nin Baş katibi vəzifəsinə təklif etmək istəyir

    22 İyul 2026 10:36

    Tramp və Aun arasında görüş çox məhsuldar keçib - ABŞ rəsmisi

    21 İyul 2026 22:48

    TikTok rəhbəri ABŞ Konqresində Çin əlaqələri barədə sorğu-sual olunacaq

    21 İyul 2026 22:40

    ABŞ-da maliyyə bazarlarına nəzarət necə dəyişir?

    21 İyul 2026 22:16

    Livan Prezidenti ABŞ vasitəçiliyi ilə İsraillə razılaşmanı tarixi nailiyyət adlandırıb

    21 İyul 2026 22:02

    Kanada dolları ABŞ tarifləri təhdidi fonunda bir həftənin ən aşağı səviyyəsinə düşüb

    21 İyul 2026 21:59

    BMT Qəzzada artan hücumlarla bağlı xəbərdarlıq edib

    21 İyul 2026 21:08

    Tramp İranın nüvə obyektlərinə yeni zərbə ehtimalından danışıb

    21 İyul 2026 20:55

    İran müharibəsi aralıq seçkilərə təsir etməyəcək - Tramp

    21 İyul 2026 20:27

    Suriya Hizbullahla mübarizədə effektiv ola bilər - Tramp

    21 İyul 2026 20:24

    Tramp İranın hərbi imkanları barədə danışıb

    21 İyul 2026 20:21
    XƏBƏR LENTİ

    Pakistan şirkətləri Türkiyəyə 121 milyon lirədən çox sərmayə yatırıb – ÖZƏL

    İran şirkətləri Türkiyəyə 503 milyon lirədən çox sərmayə yatırıb – ÖZƏL

    Ankarada təlim helikopteri qəzaya uğrayıb

    Kılıçdaroğlu Özgür Özəl haqqında hansı göstərişi verdi?

    ABŞ-ın müttəfiqləri güclü hücumlara məruz qala bilər – Tehran

    Dünyanın ən böyük siyasi partiyaları açıqlanıb - Türkiyə partiyaları siyahıda neçəncidir?

    TUSAŞ HÜRKUŞ, HÜRJET və KAAN layihələri ilə bağlı yeni məlumatları açıqlayıb

    KOBİA media nümayəndələrini Milli Mətbuat Günü münasibətilə təbrik etdi

    Tramp İnfantinonu BMT-nin Baş katibi vəzifəsinə təklif etmək istəyir

    Nikaraquada prezident seçkiləri daimi ləğv edildi

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.