#Tramp hərəkatı

İsrail Qəzzaya qarşı bombardımanı dərhal dayandırmalıdır ki, girovları tez və təhlükəsiz şəkildə çıxara bilək. ABŞ Prezidenti Tramp, HƏMAS-ın Qəzzədə atəşkəs planına verdiyi cavabla bağlı sosial media hesabında açıqlama yayıb. Tramp açıqlamasında bildirib: "HƏMAS tərəfindən az əvvəl verilən açıqlamaya əsasən, onların daimi sülhə hazır olduqlarına inanıram. İsrail Qəzzaya qarşı bombardımanı dərhal dayandırmalıdır ki, girovları tez və təhlükəsiz şəkildə çıxara bilək."

“Telegraph” qəzetinin yazdığına görə, Donald Trampın rəhbərlik etdiyi Respublikaçılar Partiyasında Qəzza müharibəsi fonunda İsrail baş naziri Benyamin Netanyahunun dəstəklənməsi məsələsi ciddi mübahisələr yaradıb. Məlumata görə, Tramp və vitse-prezident Cey Di Vensin hakimiyyətə gəlməsindən sonra Vaşinqtonda keçirilən Milli Mühafizəkar Hərəkatın illik toplantısında bayram əhvali-ruhiyyəsi gözlənilsə də, İsrail siyasəti barədə fikir ayrılığı tədbirə damğa vurub. Mühafizəkar çevrələrin bir qismi İsrailin Qəzzadakı müharibəsini dəstəkləməyin siyasi yükə çevrildiyini bildirir. “The American Conservative” jurnalının direktoru Kurt Mills konfransda çıxış edərək qeyd edib: “Tramp hərəkatı ideoloji baxımdan həqiqətən bütöv olmaq istəyirsə, istisna edə bilməyəcəyi ölkə İsraildir”.